İrəvan hava limanında insident Hollandiya vətəndaşı 1 kq narkotiklə yaxalandı FOTO
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hollandiya vətəndaşı 1 kq-a yaxın kokainlə Ermənistandan yola düşmək istəyərkən həbs olunub.
Bakupost.az erməni agentliyinə istinadən xəbər verir ki, hava limanında özünü şübhəli aparan şəxsin mədəsindən əvvəlcə bir neçə kapsul çıxıb. Vəziyyətdən şübhələnən səlahiyyətlilər həmin şəxsi rentgen müayinəsi etdirmək qərarına gəlib.
Şübhələr yarandıqdan sonra o, gömrük yoxlamasına dəvət edilib və şəxsi rentgen müayinəsindən keçirilib. Məlum olub ki, turistin mədəsində 50 kapsul, ümumi çəkisi 845 qram kokain var. O, Vyana hava limanından İrəvana uçmuş və paytaxtdakı hotellərin birində qalırmış. Daha sonra hollandiyalı Ermənistan Milli Tibb Mərkəzinə aparılıb və kapsullar orada çıxarılıb.
Şübhəli dərhal həbs olunub və onun barəsində cinayət işi açılıb. Eyni zamanda narkotiklərin paylanmasında iştirak edən şəxslərin müəyyənləşdirilməsi üçün araşdırma başlanıb.
Qısa müddət sonra İrəvanda daha iki nəfər tutulub və onların mənzillərində yerlərində axtarış aparılıb.
Ermənistan qanunlarına görə, böyük miqdarda narkotik daşımaq və ya cinayətkar dəstənin üzvü olduğuna görə Hollandiya vətəndaşını 15 ilə qədər həbs gözləyir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:15
Bu xəbər 03 Fevral 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















