Icma.az
close
up
RU
Fuad Muradov Vyetnamda bir sıra rəsmi görüşlər keçirib

Fuad Muradov Vyetnamda bir sıra rəsmi görüşlər keçirib

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində Xaricdəki Vyetnamlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nguyen Trung Kien, Vyetnam xarici işlər nazirinin müavini Le Thi Thu Hang və mədəniyyət, idman və turizm nazirinin müavini Ta Quang Dongla görüşüb.

Bu barədə XQ-yə komitədən məlumat verilib.

Xaricdəki Vyetnamlılarla İş üzrə Dövlət Komitəsinin sədri qonaqları səmimi salamlayaraq, Azərbaycan ilə Vyetnam arasında siyasi-diplomatik əlaqələrin tarixinə və ölkə başçılarının qarşılıqlı rəsmi səfərlərinə diqqət çəkib, DİDK əməkdaşlarını Vyetnamda görməkdən məmnunluğunu ifadə edib. O, Vyetnamda kinematoqrafiyanın əsasını qoyan azərbaycanlı kinorejissor Əjdər İbrahimovun “Vyetnamda gördüklərim” adlı kitabının iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcəyini söyləyib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan ilə Vyetnam arasında münasibətlərin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları, eləcə də Azərbaycan icmasının Vyetnam cəmiyyətinə inteqrasiyası barədə fikirlərini bölüşüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya azərbaycanlılarının həmrəyliyinə yönələn diaspor siyasəti haqqında məlumat verib, Azərbaycanın Qafqaz regionundakı nüfuzunu və beynəlxalq əlaqələrinin inkişafına verdiyi töhfələri diqqətə çatdırıb. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun genişmiqyaslı layihələri sayəsində ölkəmizin beynəlxalq müstəvidə artan mədəni əlaqələrinin daha da genişləndiyini vurğulayıb.

Görüşlərdə xaricdə yaşayan azərbaycanlıların milli-mədəni özünəməxsusluğunu qorumaq, onları vahid platformada birləşdirmək və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə görülən işlərin nəticələrindən danışılıb.

Xaricdə fəaliyyət göstərən Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu Azərbaycan məktəbləri, ixtisaslaşmış forumlar və Komitənin dəstəyi ilə həyata keçirilən mədəni tədbirləri əhatə edən video təqdimat böyük maraq və diqqətlə izlənilib.

130-dan çox ölkədə 6 milyondan artıq vyetnamlının yaşadığını bildirən Vyetnam xarici işlər nazirinin müavini Le Thi Thu Hang Azərbaycanın Vyetnam üçün etibarlı tərəfdaş və səmimi dost olduğunu vurğulayıb. O, diaspor sahəsində formalaşan ortaq maraqların və qarşılıqlı təcrübə mübadiləsinin xaricdə yaşayan soydaşların təşkilatlanmasına, onların uğurlu inteqrasiya prosesinə xidmət etdiyini bildirib.

Vyetnamın mədəniyyət, idman və turizm nazirinin müavini Ta Quang Dong komitə sədri ilə görüşdə iki ölkə arasında mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın diaspor sahəsində formalaşan zəngin təcrübəsini yüksək qiymətləndirib, bu təcrübənin öyrənilməsi və gələcək əməkdaşlıqda səmərəli şəkildə istifadəsinin vacibliyini qeyd edib.

Müzakirələr zamanı Azərbaycanın yeni nəsil diaspora yönələn təşəbbüsləri böyük maraq doğurub. Eyni zamanda, Azərbaycan ilə Vyetnam arasında tarixən mövcud olan dostluq münasibətlərinin inkişafına mühüm töhfə verən Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin işinə uğurlar arzulanıb.

Rəsmi görüşlərdə iştirak edən Azərbaycan Respublikasının Vyetnam, Laos və Kambocadakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə Vyetnamdakı soydaşlarımızın hər zaman Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Belə görüşlərin milli dəyərlərin qorunmasına və təbliğinə mühüm töhfə verdiyini vurğulayıb.                                 

Görüşlər qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi və geniş fikir mübadiləsi ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2026 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri