Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 10 oktyabr, AZƏRTAC
Mövsümün ilk oyunu idi, qızlar bir az gərgin başladılar, top itkisi var idi, amma sonra öz oyunlarını nümayiş etdirdilər.
AZƏRTAC xəbər verir ki, bunu “Kür” qadın həndbol komandasının baş məşqçisi Fuad Yanqildin Kiprin “APOEL” klubuna qarşı keçirilən Avropa Kubokunun ikinci təsnifat mərhələsinin ilk matçından sonra jurnalistlərə müsahibəsində deyib.
Rəqib barədə ətraflı məlumatlarının olmadığını etiraf edən baş məşqçi deyib: “Rəqibimiz Avropa Kubokunda ilk dəfə oynayır. Məlumatımız az idi, ancaq hazırlaşmışıq, başqa heç nə”.
Ölkədə həndbol çempionatının olmamasının komandaya mənfi təsir etdiyini vurğulayan F.Yanqildin deyib: “Əslində, bu, çox böyük çətinlikdir. İki aydan sonra ilk oyunumuzdur. İki ay müddətində ancaq öz aramızda oynamışıq, real oyun təcrübəmiz olmayıb. Buna görə də matça bir az gərgin və əsəbi başlayıb top itkilərinə yol verdik, lakin sonra özümüzü toplayıb oyuna çıxdıq”.
Növbəti mərhələdə daha güclü rəqiblərlə qarşılaşma ehtimalına toxunan baş məşqçi komandanın qarşıya qoyduğu məqsədlərdən də söz açıb: “Hədəf həmişə yüksəkdir. Püşkatma sabahkı oyundan sonra olacaq və ondan sonra fikirlərimizi bildirə bilərik”
Qeyd edək ki, oyun “Kür”ün 40:18 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasındakı cavab oyunu oktyabrın 11-də keçiriləcək.
Müxbir - Mikayıl Məmmədov
Baxış sayı:70
Bu xəbər 10 Oktyabr 2026 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















