Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəldi AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Azərbaycana səfərə gəlib.
Bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Səfərdə məqsəd Azərbaycan Milli Məclisinin təşkilatçılığı ilə dekabrın 6-dan 8-dək Bakıda keçiriləcək “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında iştirak etməkdir.
Tədbirdə 13 ölkə parlamentinin və beynəlxalq təşkilatların 100-ə yaxın nümayəndəsinin iştirakı gözlənilir. Konfrans çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada Azərbaycan və Türkiyə parlamentlərinin nümunələri” mövzusunda dəyirmi masa da keçiriləcək.
Səfər çərçivəsində Fuat Oktay dekabrın 7-də Şəhidlər Xiyabanı, "Türk Şəhidliyi" abidəsini ziyarət edəcək. Komitə sədrinin mətbuat nümayəndələri üçün açıqlama verməsi nəzərdə tutulur.
Fuat Oktay həmçinin Azərbaycan Milli Məclisinin qarşısında da media nümayəndələri üçün açıqlama verəcək.
Baxış sayı:140
Bu xəbər 06 Dekabr 2024 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















