Fuente: “İspaniyanın böyük ambisiyaları var”
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Millətlər Liqasının birinci turunda İngiltərə yığması üzərində qazandıqları səfər qələbəsini (3:2) şərh edib.
İdman.Biz xəbər verir ki, de la Fuente “Teledeporte” efirində açıqlamasında komandasının mübarizəyə kökləndiyini bildirib.
“Bu komandanın böyük ambisiyaları var və o, qalib gəlməkdən dayanmaq istəmir. Çətinlik çəkdiyimiz və ingilis futbolçuların istedadını cilovlamalı olduğumuz anlar oldu, lakin düşünürəm ki, biz özünü yenidən kəşf etməyi bacaran İspaniya gördük”, - deyə Fuente vurğulayıb.
Qeyd edək ki, İspaniya millisi sentyabrın 29-da Sevilyada Xorvatiya yığmasını qəbul edəcək.
Bu mövzuda digər xəbərlər:De la Fuente İspaniyanın niyə autsayderlə oyunda xal itirdiyini izah edib
16 İyun 2026 02:47
De la Fuente: “Bizim Yamala ehtiyacımız var”
07 Noyabr 2025 18:05
İspaniyanın idman zəfəri
21 İyul 2026 12:48
Fuente ilə yeni müqavilə imzalanacaq
22 İyul 2026 13:25
Fuente: Biz şanslıyıq ki, Yamal bizimlədir
20 Mart 2025 21:25
Baxış sayı:103
Bu xəbər 27 Sentyabr 2026 04:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















