Futbol Assosiasiyasının rəhbəri korrupsiyaya görə saxlanılıb
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Cənubi Afrika Futbol Assosiasiyasının rəhbəri Denni Cordan korrupsiyada şübhəli bilinərək həbs edilib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.
Mənbənin məlumatına görə, 73 yaşlı Cordan maliyyə cinayətləri və 1,3 milyon rand (72 min dollar) məbləğində dələduzluqda ittiham olunub.
Xüsusi epizodlara onun öz təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik şirkəti, həmçinin federasiyanın direktorlar şurasından yan keçərək ictimaiyyətlə əlaqələr şirkəti ilə müqavilə bağlaması daxildir.
Noyabrın 13-də assosiasiyanın maliyyə direktoru və adıçəkilən ictimaiyyətlə əlaqələr şirkətinin rəhbəri də saxlanılıb. Qısa məhkəmə iclasından sonra hər üçü zaminə buraxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 14 Noyabr 2024 00:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















