Icma.az
close
up
RU
Futbol əfsanəsi Lionel Messi və onun komanda yoldaşları Bakıya gəliblər

Futbol əfsanəsi Lionel Messi və onun komanda yoldaşları Bakıya gəliblər

Futbol əfsanəsi Lionel Messi və onun komanda yoldaşları Bakıya gəliblər.

Oxu.Az xəbər verir ki, bu gün Bakı Kristal Zalında keçiriləcək tədbir üçün Azərbaycana gələnlər sıransında dünyanın ən yaxşı futbolçusu - dünya çempionu, səkkiz dəfə "Qızıl top" mükafatı qazanan Lionel Messi ilə yanaşı dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba da var.

Tədbirdə xüsusi musiqi atmosferi olacaq.

Dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur "Morandi" qrupu çıxış edəcəklər. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.

Futbolçularla görüşün biletlərini iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Qeyd edək ki, satılan biletlərdən əldə olunan gəlir xeyriyyə məqsədlərinə sərf ediləcək.

seeBaxış sayı:63
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri