Icma.az
close
up
RU
Futbol siyasətdir, bəzən demək istəmədiyin şeyləri söyləməli olursan Benzia

Futbol siyasətdir, bəzən demək istəmədiyin şeyləri söyləməli olursan Benzia

"Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzia Fransa mətbuatına danışıb.

Bakıvaxtı.a qafqazinfo-ya istinadən xəbər verir ki, o, Əlcəzair millisinin xeyrinə seçimi barədə fikirlərini söyləyib.

"18-19 yaşım olanda Fransanın "Canal+" telekanalına müsahibə vermişdim. Siz başa düşməlisiniz ki, mənim bütün uğurlarım Fransanın gənclərdən ibarət komandalarında başlayıb: Dünya çempionatı U-17, AVRO U-19... Amma buna baxmayaraq, Əlcəzair həmişə mənim bir parçam olub və ürəyimdədir. Gənc olanda və Fransa matçlarına baxanda xoşbəxt idim. Zidanı və bütün həmin nəsli gördüm.

Amma Əlcəzair millisinin oyununu görəndə fərqli hisslər keçirdim. Stresli idim, Əlcəzairin qalib gəlməsini çox istəyirdim. Fransa yığmasında isə hər şey fərqli idi: qalib gəlsələr, yaxşıdır, olmasa, mənim üçün fərqi yox idi. Məndən hansı ölkədə oynamaq istədiyimi soruşduqda Fransa cavabını verirdim. Həmin müsahibəni verəndə mənə əvvəlcədən məlumat göndərilmişdi. Ona görə də o zaman həqiqəti deyə bilmədim. Futbol siyasətdir, bəzən demək istəmədiyin şeyləri söyləməli olursan", - Benzia qeyd edib.

seeBaxış sayı:86
embedMənbə:https://bakivaxti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri