Futbol üzrə Meksika millisi Los Ancelesdəki etirazlara görə qaldığı hoteli dəyişdirəcək
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Meksika millisinin futbolçuları və məşqçilər korpusu Los-Ancelesdəki etirazlara görə Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (KONKAKAF) kuboku oyunlarından əvvəl komandanın qaldığı hoteli dəyişəcək.
Oxu.Az xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.
Mənbə yazır ki, komanda iğtişaşların mərkəzinə düşməmək üçün Lonq-Biçdəki hotelə yerləşəcək.
Qeyd edək ki, Meksika millisi KONKAKAF kubokunda ilk oyununu iyunun 15-də Dominikan Respublikası komandasına qarşı keçirəcək. Görüşün Los-Anceles dairəsinin cənub-qərbində yerləşən İnqlvud şəhərindəki stadionda keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Los-Ancelesdəki qanunsuz mühacirlərə qarşı polis basqınlarından sonra şəhərdə iğtişaşlar baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 11 İyun 2025 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















