Icma.az
close
up
RU
Futbola baxmaq istəmirəm, ürək bulanması gəlir Deputat

Futbola baxmaq istəmirəm, ürək bulanması gəlir Deputat

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın Futbol üzrə Milli Komandası son qarşılaşmalarda ard-arda məğlubiyyətlərlə üzləşib. Milli komandamız Haiti ilə qarşılaşmada "3:0", Belarusla qarşılaşmasında isə "2:0" hesabı ilə məğlub olub. Bu isə azərbaycanlı azerşkeşləri, futbol həvəskarlarını məyus edib. 

Millinin baş məşqçisi Fernando Santuş isə qalib gəlmək üçün komandanın əllərindən gələni etdiyini bildirib.

"Dəfələrlə demişəm. Bəlkə də hamıdan çox üzgünəm. Karyeram boyu bu qədər uduzmamışdım. Öz işimə inanıram, oyunçuların potensialına da inanıram. İstədiyimiz nəticələri əldə edə bilərik", - o, son oyundan sonra bildirib.

Qeyd edək ki, Santuş baş məşqçi təyin edildən sonra Azərbaycan millisi 8 oyun keçirib, onların 7-sində məğlub olub, biri isə qolsuz başa çatıb.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycan futbolunun hazırkı durumunu kriptovalyutalara bənzədib:

"Futbolumuz hazırda bir neçə günlük və ya aylıq yaradılan, qiyməti tez qalxan, yenidən sıfıra düşən birjalarda oynanılan kriptovalyutalara bənzəyir. Biz neçə illərdir düşünürük ki, Azərbyacan futbolu irəli gedəcək. Azərbyacan futbolu isə gah irəli gedir, sonradan yenidən geriləyib sanki quyunun dibinə düşür. Mənə belə gəlir ki, biz kifayət qədər tez-tez Azərbaycana xarici mütəxəssislər cəlb edirik, amma hələ bu günə qədər xarici mütəxəssislərdən Azərbaycan futboluna nəsə yaxşı töhfə yadıma gəlmir. Hazırki məşqçi qələbə ilə yadda qalmayıb. Bildiyim qədəri ilə 7-8 oyundur ki, komanda ard-arda məğlub olur. Bu bir göstərici deyilmi? Çox ciddi göstəricidir. Mənə elə gəlir ki, artıq Azərbaycan azerkeşləri futbola baxıb əsəb xəstəliyi keçirmək istəmirlər, hər kəsin psixologiyası pozulur, futbola olan inamı azalır. Bu baxımdan Azərbaycan futbolunu mən hazırda dərin  böhranda görürəm. Amma baş məşqçi belə düşünmür. Ancaq bu,necə ola bilər? Fakt göz qarşısındadır, bir dəfə də uğur qazanmayıb. Belə bir futbol olarmı? Ona görə də yenə ümidimizi bağlayaq yerli futbolçularımıza, qoy, uşaq futbolu yaxşı yaransın. Bu istiqamətdə müəyyən  addımlar atılır. Ancaq illərdir eşidirik ki, uşaq komandaları ilə bağlı müxtəlif dünya komandalarının klubları fəaliyyət göstərib, bağlanıb. Amma davamlı fəaliyyət göstərən, qalan olmur. Sanki hamısı hansısa müddətli layihəyə hesablanıb. Bu istiqamətdə işlər görülsə də, bu işə pul yatıran  iş adamları nəsə düzgün strategiya seçə bilmirlərmi? Burada günahı AFFA-da da görə bilmərik. AFFA futbol oynamır, futbolçular oynayırlar, qurum əlindən gələni edir. Lakin istənilən halda futbolumuz ağır vəziyyətdədir”.

Deputat artıq futbola baxmaq istəmədiyini deyib: “Artıq mən futbola baxmaq istəmirəm. Çünki mənə pis təsir edir. Futbola baxandan sonra iki gün beynimdə o fikirlər qalır, əhval-ruhiyyəm pozulur, ürək bulanması gəlir mənəözümü pis hiss edirəm, başım ağrıyır. Mənə elə gəlir ki, Azərbaycan futbolunun yaxşı olması, həm də xalqımızın əhval-ruhiyyəsinin qalxmasına səbəb olardı, onların depressiyadan qurtarmasına səbəb olardı”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Mart 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri