Icma.az
close
up
RU
“Futbola gəlməyimdə ən böyük dəstək anam olub” millimizin futbolçusu

“Futbola gəlməyimdə ən böyük dəstək anam olub” millimizin futbolçusu

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Neftçi”nin futbolçusu Coşqunə Əliyeva İdmanxeber.az saytına müsahibə verib. 

– Futbola başlamağınıza ən çox kim dəstək olub – ailəniz, dostlarınız, yoxsa özünüzün qərarı idi?

Futbola gəlməyimdə ən böyük dəstək anam olub. Bacımla birlikdə kiçik yaşlarımızdan futbola başlamışıq. İndi isə bacım Nərgizlə birlikdə milli komandada çıxış edirik.

– Qadın futbolçuların üzləşdiyi ən böyük çətinlik sizcə nədir?

Qadın futbolu ölkəmizdə hələ yenicə inkişaf mərhələsindədir. Ən böyük çətinliklərdən biri həm ev işləri, həm məşqlər və oyunlar, həm də təhsil arasında vaxt bölgüsü etməkdir. Bundan əlavə, qadınlara qarşı olan müəyyən ön yargılar hələ də mövcuddur.

– Qadın futbolunun Azərbaycanda inkişafı ilə bağlı fikirləriniz necədir?

Son illərdə qadın futbolunda böyük işlər görülüb. İnşallah, bundan sonra da məqsədimiz ölkəmizin adını daha yüksək yerlərdə səsləndirmək olacaq. Artıq bu il əvvəlki illərə nisbətən daha çox qadın komandası liqada iştirak edəcək və daha çox qız futbola cəlb olunacaq. Federasiyamız da bizə tam dəstək göstərir, biz də çalışırıq ki, onları sevindirək.

– Karyeranızda sizi ən çox qürurlandıran an hansıdır?

Karyeramda bir çox oyun var ki, qürur hissi keçirmişəm. Onlardan biri Millətlər Liqasında 2 il əvvəl qrupumuzu məğlubiyyətsiz birinci yerdə tamamlamamız idi. Bu nəticə ilə milli komanda olaraq pley-off mərhələsinə yüksəldik və ən yaxşı 12 komanda sırasında yer aldıq. Bundan əlavə, bu il liqanı 31 qolla bombardir kimi başa vurdum və ayrıca mükafat aldım. Bu da mənim üçün çox qürurverici oldu.

– Futbol karyeranızı davam etdirərkən təhsil və şəxsi həyatla necə balans qurursunuz?

Hazırda təhsil almıram, çünki bir çox futbolçu kimi mən də seçim qarşısında qalaraq futbolu seçmişəm. Amma gələcəkdə futbol karyeram bitdikdən sonra məşqçilik üçün müəyyən addımlar atmağı düşünürəm.

– Hansı kişi və ya qadın futbolçu sizin üçün ən böyük ilham mənbəyidir?

Qadın futbolçulardan Aitana Bonmatí mənim üçün böyük ilham mənbəyidir. O, bir neçə dəfə “Qızıl top” mükafatına layiq görülüb.

– Azərbaycan qızlarına futbolu seçmək üçün nə demək istərdiniz?

Onlara demək istərdim ki, artıq Azərbaycanda da qadın futbolu öz sözünü deməyə başlayıb. Əgər ölkələrini təmsil etmək, ailələrini qürurlandırmaq və gələcəkdə tanınmış idmançı olmaq istəyirlərsə, heç tərəddüd etmədən futbolu seçsinlər.  

Fərid Nəsibov 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 19 Avqust 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri