Icma.az
close
up
RU
Futbolçu idi, ölkə Prezidenti oldu Kavelaşvili kimdir?

Futbolçu idi, ölkə Prezidenti oldu Kavelaşvili kimdir?

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, hakim “Gürcü arzusu” partiyasının namizədi Mixeil Kavelaşvili Gürcüstanın altıncı prezidenti seçilib.

“Qafqazinfo” Gürcüstanın yeni liderinin tərcümeyi-halını təqdim edir:

Kavelaşvili 22 iyul 1971-ci ildə Bolnisi şəhərində anadan olub. Kiçik yaşlarından futbola olan marağı onun yolunu yaşıl meydanlarla kəsişdirib.

Peşəkar futbolçu kimi 1989-cu ildə Tbilisi “Dinamo”sunda başlayır.

1991-2002-ci illərdə Gürcüstan millisinin heyətində 46 oyunda aktivinə 9 qol yazdırır.

Bacarıqlı hücumçu, 1995-ci ildə Rusiyanın “Spartak Vladiqafqaz” klubunda özünü təsdiqləyir.

1996-cı il martında “Mançester Siti”nin heyətinə cəlb olunur.

Bu klubda debütünü həmin ilin aprelin 6-da “Mançester Yunayted”lə derbi oyununda edir. Həmin matçda adını tabloya yazırmağa da nail olur.

“Mançester Siti” aşağı liqaya düşdükdən sonra o, Futbol Liqasının Birinci Divizionunda 24 oyuna 2 qolla yadda qalır. Bu göstərici onun müqaviləsinin yenilənməsinə kifayət etmədiyi üçün 1998-ci ildə İsveçrə “Grasshoppers” klubuna icarəyə göndərilir.

Kavelaşvili burada 1997-98-ci il mövsümündə ölkə çempionluğunu qazanır.

Sonralar İsveçrənin “Sürix” və “Lütsern” də daxil olmaqla bir neçə klubunda çıxış edib.

2005-2006-cı illərdə İsveçrənin “Bazel” klubunda çıxış edir və bu da onun peşəkar futbolçu karyerasının sonu olur.

2009-cu ildə Gürcüstanda Beynəlxalq Peşəkar Futbolçular Federasiyasını təsis edir. Hazırda həmin federasiyanın fəxri prezidentidir.

Siyasi karyerasına isə ilk dəfə 2016-cı ildə başlayır.

Bu zaman “Gürcü Arzusu” partiyasından Gürcüstan parlamentinə deputat seçilir. O, 2022-ci ildə “Gürcü Arzusu”ndan ayrılır və “Xalq Gücü” partiyasının həmtəsisçisi olur.

 2024-cü ildə dekabrın 14-nə təyin edilmiş seçkilərdə “Gürcü Arzusu” tərəfindən Gürcüstanın prezidentliyinə namizəd kimi Kavelaşvilinin adı irəli sürülür.

2024-cü il dekabrın 14-də 300 səsdən 224-nü toplayaraq Gürcüstanın altıncı prezidenti seçilir.

Qeyd edək ki, Gürcüstanın ümümxalq sərverməsi olmadan seçiilən ilk liderinin andiçmə mərasimi dekabrın 29-da olacaq.

Qeyd edək ki, “Gürcü Arzusu” partiyasının baş katibi, mer, Kaxa Kaladze də vaxtilə yaşıl meydanlarda çıxış edib. O, İtaliya nəhənglərindən “Milan”da çıxışı ilə məşhurlaşıb.

Hazırladı: Telli Minbir

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Dekabr 2024 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see349

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see252

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see232

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see229

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see213

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see212

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see209

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see199

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see181

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see180

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see178

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see175

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see174

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see174

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see171

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see166

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see164

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see163

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see162

FHN kollektivi Zəfər parkında Fotolar+Video

27 Sentyabr 2026 16:17see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri