Futbolçularımdan razıyam Ayxan Abbasov
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Şamaxı" səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov fikirlərini jurnalistlərlə bölüşüb:
"Maraqlı oyun oldu. Turnir cədvəlindəki vəziyyətə görə hər iki komanda qalib gəlmək istəyirdi. Sərt və mübarizəli bir qarşılaşma idi. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu atmosferdə oynamaq çempionatımıza rəng qatır. Futbolçularımdan razıyam. Həm gənc futbolçularımızın, həm də legionerlərin komandaya belə xeyir verməyi məni sevindirir. Bundan artığını da etmək olar. Milli fasiləsinə qədər 1 oyunumuz qaldı. Həqiqətən yorulmuşuq. Amma istəməzdim fasilə olsun."
Baxış sayı:89
Bu xəbər 13 Mart 2026 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















