Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil Qurban Qurbanov
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Futbolçular "Zirə" ilə matçda qəbuledilməz səhvlərə yol verdilər. Yaxşı oldu ki, burada onları gördük. Bundan sonra Avstriya hazırlığına diqqət ayıracağıq".
Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə"ilə keçirilən yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.
Təcrübəli mütəxəssis qarşılaşmanın maraqlı məcrada keçdiyini deyib:
"Baxımlı oyun alındı. Xüsusilə "Zirə" ilk hissədə yaxşı təsir bağışladı. Hətta deyərdim ki, bizdən daha hazırlıqlı idilər. İkinci hissə daha fərqli oldu və ardıcıl qollar vurduq. Bununla belə, səhvlərimiz çox oldu. Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil. Bu da gözlənilən idi. Ümumilikdə pis çıxış etmədik. Lakin bəzi qəbuledilməz səhvlərimiz oldu. Bunu görməyimiz yaxşı idi ki, qarşıda bu səhvlərin üzərində işləyək".
Qeyd edək ki, "Qarabağ" bu gün "Azərsun Arena"da keçirilən yoxlama oyununda "Zirə"yə 4:0 hesabı ilə qalib gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 30 İyun 2025 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















