Icma.az
close
up
RU
Futboldan daha önəmli məsələlər var...

Futboldan daha önəmli məsələlər var...

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yenə də futbol! Oyunda ağır məğlubiyyət və xal hesabı ilə qazanılmış pley-off!

Off! Nə qədər yorucudur. Şəxsən mən çox yoruluram. Tək-tük Azərbaycanlının oynadığı komandanın oyunu məni xüsusi maraqlandırmır.

Bilirəm, vətənpərvərlikdən uzaq kimi görünəcəm, amma mən vətənpərvərıiyin futbol meydanından daha geniş müstəvilərini də tanıyıram.

Nə edim?! Mən də belə düşünürəm, belə hiss edirəm.

Əcnəbilər Azərbaycan komandası adı altında əcnəbilərlə qarşılaşır. Ya udur, ya uduzur.

Udanda çox sevinmirəm, uduzanda da çox üzülmürəm. Heç oyunlara axıra qədər baxmıram, izləmirəm. Üstəlik şərhçi komandaya "Ağdamlılar" deyəndə lap qanım qaralır. Orda ağdamlı var?!

Nə isə. Bu qədər. Xüsusi zərurət olmasa, futboldan çox yazası deyiləm. Daha ciddi məsələlər var!

Demirəm, futbolun başını buraxaq (onsuz da çoxdan buraxmışıq, dünyanın yaşıl meydanlarında cəmi bir komandamız var, heç millimiz də felən yoxdur). Mətləb başqadır: mən daha böyük meydanlarda, daha mühüm oyunlarda qələbəni və ya məğlubiyyəti müzakirə etməyin tərəfdarıyam.

Məsələn, dünya səviyyəli maliyyəçi, iqtisad elmləri doktoru, professor Saleh Məmmədovun feysbuk hesabındakı bir paylaşımı mənim diqqətimi cəlb etdi. Alim yazır:

"Sinqapur 2 milyon dollarla islahata başladı, indi trilyonlara sərəncam verir, dünyada inkişaf səviyyəsinə görə top 5-likdədir. Azərbaycanın 200 milyardı hazırdı, belə nailiyyəti niyə qazanmasın?"

Azərbaycanın iqtisadi inkişaf səviyyəsinə görə dünyada hələ ilk beşlik demirəm, ilk on beşlikdə yer alması, sizcə, doxsan dəqiqəlik oyunda udmaqdan, yaxud uduzmaqdan daha önəmli deyil?!

Professor Saleh Məmmədovun süni intellekt əsasında hazırladığı riyazi modelə görə, əgər ölkədə düzgün iqtisadi islahatlar aparılarsa, Azərbaycan dövləti 2050-ci ilə artıq trilyon dollarlarla ölçülən iqtisadiyyatla çıxar.

Məni şəxsən futbol komandasının (adı "Qarabağ" olsa belə) uduzmağımız deyil, ölkədən kapital qaçışının sürətlənməsi, investisiya qoyuluşlarının azalması, iqtisadi artım tempinin aşağı düşməsi kimi tendensiyalar narahat edir. Futbol meydançasında rəqibin qapısından neçə top keçirdiyimiz deyil, hansı pozisiyalarda mal və məhsul ixracını hansı ölkələrə və necə artırdığımız daha maraqlıdır.

Təkcə elə sərmayələrlə bağlı alimin bir fikrini sitat gətirəcəm. Saleh Məmmədov yazır: "Son 3-4 ildir ki, ölkədən kapital qaçışı başlayıb, ölkədən çıxan birbaşa xarici investisiyalar (outflow of FDI) ölkəyə gələni (inflow of FDI) 5-6 dəfə üstələyir. Ciddi və təhlükəli meyl formalaşır" .

Mütəxəssis əmindir ki, Azərbaycan bu mənfi tendensiyaların qarşısını almağa və iqtisadi inkişafa nail olmağa qadirdir. Təbii ki, islahatlar aparmaqla.

Azərbaycan müdafiə və təhlükəsizlik sferalarında uğur qazanıbmı?! Qazanıb. Ölkə artıq bütövləşib. Bütün ərazisinə nəzarət edir. Həm də santimetrlərlə. Qarabağ və Şərqi Zəngəzur öz nəhəng iqtisadi potensialları ilə Azərbaycana inteqrasiya olunur. Deməli, ölkədə iş artıb. O zaman sual yaranır: görüləsi iş çoxalan yerdə iş yerləri niyə azalmalıdır ki?! Orduda islahat aparıb otuz illik işğala son qoya bilən dövlət iqtisadiyyatda da islahat aparıb, ölkəni inhisarçılıqdan, məmur biznesindən, neft asılılığından xilas edə bilər, elə deyilmi?!

Mən iqtisadçı deyiləm, ona görə iqtisadçılara bu sualı verirəm.

Bəli, rəsmi rəqəmlər hər şeyin elə də fəlakətli olmadığını deyir. Hətta proqnozlara görə, Azərbaycan 2029-cu ildə neft-qaz sektorundan asılılığı tamamilə aradan qaldırmış olacaq.

Sözün doğrusu, bunu eşitməkəyin özü mənə xoş gəlir; necə deyərlər, xəyalı belə gözəldir. Deyilənə görə, qeyri-neft iqtisadiyyatı hazırda ÜDM-in 80 faizi civarındadır. Üç il ərzində isə bu 100 faizə çatacaq. Hər halda hökumətin iqtisadi bloku bunu vəd edir. Ancaq deyilənlərlə, vəd olunanlarla yanaşı, mənfi prosesləri də görürük. Bu, bizi narahat etməli deyilmi?! Sual ritorikdir.

Beynəlxalq siyasətdə, diplomatiyada ciddi uğurlar var. Bunları başqa yazılarımda geniş şərh etmişəm. Məsələn, Rusiya ilə siyasi münasibətlərdə bəlli məsafəyə çəkilmişik. Xüsusilə, indiki məqamlarda Rusiya ilə müttəfiq olmaq, rəqib olmaqdan daha təhlükəli görünür. ABŞ-la, Çinlə, eləcə də, Avropa İttifaqı ilə münasibətlərdə əldə olunan nəticələr var. Xüsusilə, ABŞ kimi supergüclə sıfıra düşmüş münasibətləri yerdən qaldırıb, strateji tərəfdaşlığa doğru aparmaq böyük işdir. Bu iş uğurla başa çatdırılsa, Azərbaycan üçün çox böyük imkanlar açılacaq. O cümlədən, yeni mərhələyə - strateji müttəfiqliyə qədər gedə bilər. Bu miqyasda diplomatik uğurlar iqtisadi inkişaf üçün inanılmaz imkanlar açır. Azərbaycan ABŞ-dan gözlənilən sərmayələri cəlb edə bilsə, bu, olduqca mühüm tarixi bir nəticə olacaq. Bu mənada ABŞ-ın iqtisadiyyata məsul olan ən yüksək ikinci vəzifəsini daşıyan vitse-prezidentin Azərbaycana səfərindən gözləntilər çoxdur. Azərbaycanın Sülh Şurasına qurucu dövlətlər sırasında qoşulması, iki ölkənin prezidentləri arasında şəxsi münasibətlər faktoru, bir sıra başqa mühüm amillər təbii və xüsusi gözləntilər yaradıb. Azərbaycan qlobal siyasi platformalarda əldə etdiyi nəticələri iqtisadiyyatın inkişafına da konvertasiya edə bilsə, professor Saleh Məmmədovun da yazdığı kimi dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilə bilər. Bunun üçün uyğun şərtlər də var. Bu yerdə yenə də Saleh Məmmədovun paylaşımına diqqəti cəlb etmək və fikirlərimi yekunlaşdırmaq istəyirəm. Professor yazır: "Hesab edirəm ki, ciddi islahatlara ehtiyac var. Bu ölkənin dinamik inkişafı üçün ölkə rəhbərliyi tərəfindən hər cür şərait yaradılmışdır, bu qədər ehtiyyatlar, maliyyə təhlükəsizlik yastığı tək-tək və yalnız inkişaf etmiş ölkələrdə var. Kapital qoymağa (trilyonlarla) obyekt var, ehtiyac var, həm də resurs var".

Məncə, bu yerdə əlavə şərhə ehtiyac qalmır.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Yanvar 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see300

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see217

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see202

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see192

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see188

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see184

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see175

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see169

Ukrayna qüvvələri Rusiyanın Rosneft Sızran Neft Emalı Zavoduna zərbə endirib

21 May 2026 16:05see165

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

22 May 2026 00:27see163

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see161

Xəstəlik vərəqələrini yeni qayda ilə hesablamaq mümkün olmur EKSPERT

21 May 2026 14:25see160

30 yaşdan sonra qadın bədənində nə baş verir?

21 May 2026 21:03see159

Ağ şəhərdə uçqun oldu VİDEO

22 May 2026 01:09see155

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see153

“Qarabağ”ın növbəti transferi kimdir? Bakıya gəldi

21 May 2026 15:49see149

Gənclərə insan alverinin cəmiyyət üçün yaratdığı təhlükələr barədə məlumat verilib

21 May 2026 19:43see148

“Müsahibənin mühüm hissələrindən biri də regional sabitlik və diplomatiya ilə bağlı idi” DEPUTAT DANIŞDI

21 May 2026 17:18see147

Jurnalistlər üçün çay plantasiyasına mediatur təşkil olunub FOTO

21 May 2026 14:12see141

Möhtəşəm fürsət: ERKƏN UDUŞ

22 May 2026 00:43see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri