Icma.az
close
up
RU
Futbolumuzu fikirləşənlər qayğı göstərməlidir, azca axsayan kimi futbolçunu siyahıdan silmək olmaz Elnur Cəfərov

Futbolumuzu fikirləşənlər qayğı göstərməlidir, azca axsayan kimi futbolçunu siyahıdan silmək olmaz Elnur Cəfərov

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"İmişli"nin yarımmüdafiəçisi Elnur Cəfərov Sportal.az saytına açıqlama verib. O, komandasının ölkə kubokunun 1/8 final mərhələsində "Kəpəz"ə qarşı keçirdiyi və 0:1 hesabı ilə məğlub olduğunu görüşü şərh edib. Cəfərovun fikrincə, komandası bu görüşdə layiqli futbol nümayiş etdirib:

"Kəpəz"i qələbə münasibətilə təbrik edirəm. Öz komandamı isə göstərdiyimiz performansa görə alqışlayıram. Komandamız "Kəpəz"dən üstün oynadı. Baxmayaraq ki, biz Birinci Liqa təmsilçisiyik. Hər şey göz qabağındadır. Bunu təkcə mən demirəm, bütün futbol ictimaiyyəti deyir. Birinci Liqa klubu olaraq, Premyer Liqa təmsilçisi ilə başabaş oynayırıqsa, demək ki, biz də yüksək liqada oynaya bilərik. Elə oyunçularımız var ki, yüksək liqada çıxış etməyə qadirdir. Birinci Liqada elə potensiallı uşaqlar var ki. Azərbaycan futbolunun inkişafından danışırıq. Elə potensiallı uşaqlar var ki, onlara qayğı göstərilməlidir. Yoxsa, ayaqları bir az axsayan kimi...Futbolumuzu fikirləşənlər, bu futbolçuları ovucunda saxlamalıdır. Yoxsa, azca axsayan kimi futbolçunu siyahıdan silmək olmaz".

"İmişli"nin aparıcı futbolçusu "Kəpəz"lə görüşün 81-ci dəqiqəsində penaltiyə səbəb olduğu epizod haqda isə bunları deyib: "Düzü, topa qalxarkən rəqib oyunçunu görmədim. Son anda gördüm və ayağımı çəkdim. Onu baş hakim də gördü, penalti qərarı vermədi. VAR-dan çağırdılar ki, toxunuş var. Burada komandanın simpatiyasını qazanmaq lazımdır. Biz Birinci Liqada klubuyuq gəlmişik, "Kəpəz"lə başabaş oynamışıq, hətta üstün də. Matçın 85-ci dəqiqəsi gedir...Baş hakim istəsə, penaltini verməyə bilərdi. Oyunu sındırmamaq olardı. O qədər də ciddi bir şey yox idi. Cüzi, çox cüzi toxunuş olmuşdu. Yəni, hansısa qol epizodu deyildi axı. Çəkilən əziyyətə, aradakı fərqə fikir verərək, penalti təyin edilməməli idi. Əgər futbolun inkişafından danışırqsa, bunlar incəliklərdir. Oyunu sındıranda, futbolçular da mental olaraq düşür.  Baş hakim penalti verməsəydi, heç kim heç nə deməyəcəkdi. Onsuzda baş hakim penalti nöqtəsini göstərməmişdi. Artıq bu oyun geridə qaldı. Sadəcə onu bilirəm ki, hakim matçın daha maraqlı məcrada keçməsinə səbəb ola bilərdi".

Azərbaycan milli komandasında da oynamış futbolçu millimizin uğurlu nəticələr qazanmasını istədiyini söyləyib:

"Kim istəməz ki, millimiz böyük turnirlərdə oynasın? Baxaq, həzz alaq. Niyə də olmasın? Bunu bütün qəlbimlə istəyirəm. Mənim millimdir, mənim ölkəmdir də. Kim istəməz? Bunun üçün hətta Birinci Liqadakı oyunçulara qayğı göstərilməlidir. Belə olarsa, vaxtı gələcək və effektini görəcəklər. 22-28 yaş aralığı futbolçu üçün yaxşı yaşdır. Bu yaşda olan oyunçulara diqqət edilməlidir. Vaxtı gələndə, milliyə də xeyir verə bilərlər. Yoxsa, biz gözləyək ki, 10 il uşaq futboluna diqqət ediləcək, uşaqlar böyüyəcək... Amma bir az əlimizdəki imkanlardan da istifadə etməliyik. Məsələyə geniş baxmalıyıq. Təkcə Premyer Liqada dayanmalı, ora baxmaq lazım deyil. Azərbaycanda futbolçu qıtlığı var. Birinci Liqadakı oyunçulara baxmaq lazımdır, orada rəqabət yüksəkdir, maraqlıdır. Dediyim kimi, biz "Kəpəz"lə başabaş oynadıq. Bizim çox yaxşı kollektivimiz var. Daha yaxşısını bacara bilərik. Bunu da zamanla göstərəcəyik".

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sportal.az
archiveBu xəbər 08 Dekabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri