Icma.az
close
up
RU
Futbolumuzun bu günü və gələcəyi: Milli komandanın inkişafı üçün nələr edilməlidir? ARAŞDIRMA

Futbolumuzun bu günü və gələcəyi: Milli komandanın inkişafı üçün nələr edilməlidir? ARAŞDIRMA

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsini cəmi 1 xalla başa vurması bir daha futbolumuzdakı problemləri gündəmə gətirdi. Bu mərhələdə yığmamız həm nəticə, həm də oyun baxımından ciddi çətinliklərlə üzləşdi. Komanda əvvəlcə Fernandu Santuşun, daha sonra isə Ayxan Abbasovun rəhbərliyi altında mübarizə apardı. Baş məşqçi dəyişikliyinə baxmayaraq, nəticələrdə nəzərəçarpan irəliləyiş qeydə alınmadı. Qrupun özü də kifayət qədər çətin idi. Azərbaycan millisi Avropanın ən güclü komandalarından biri olan Fransa, yeni inkişaf mərhələsinə qədəm qoyan Ukrayna, həmçinin xüsusilə də son illərdə fiziki gücü və kompakt oyunu ilə seçilən İslandiya kimi rəqiblərlə qarşılaşdı. Bu üç kollektiv həm fərdi ustalıq, həm komanda oyunu baxımından Azərbaycan millisini üstələdi. Qrupda yalnız Ukraynadan xal almağı bacaran millimiz qalan 5 matçda məğlub oldu. Ümumilikdə yığma 3 qol vurub, qapısından 16 top buraxdı.

Bəs futbolumuzun hazırkı vəziyyətinin, uğursuz nəticələrinin əsas səbəbləri nələrdir? Bu sualı “Qarabağ” futbol akademiyasının meneceri Nail Kərimova və Azərbaycan futbolunun canlı əfsanələrindən Vəli Qasımova ünvanladıq.

N. Kərimov mövcud vəziyyəti belə dəyərləndirdi: “Dörd komandalı qruplarda yaxşı nəticə qazanmaq bizim kimi yığmalar üçün həqiqətən çox çətindir. Rəqiblərimizin hamısı güclü və sanballı komandalar idi. Bunu son oyunlarda daha aydın gördük. Düzdür, Berti Foqtsun və Robert Prosineçkinin dönəmində nəticələr nisbətən ürəkaçan idi. Amma nəzərə almaq lazımdır ki, həmin vaxtlar 6 və ya 7 komandalı qruplarda çıxış edirdik və belə şəraitdə xal toplamaq daha asan olurdu. Ona görə də indiki durumu o dövrlə müqayisə etmək tam doğru deyil. Performansa baxsaq, Prosineçkinin dönəmində komanda hətta məğlub olduğu matçlarda belə məzmunlu futbol oynayırdı. Xorvatiyalı mütəxəssis ətrafına aparıcı futbolçuları toplamışdı və onlarla davamlı işləyirdi. Bu yaxşı təcrübə idi, amma təəssüf ki, uzun sürmədi”.

Akademiya rəsmisi ölkədə yaxşı futbolçu çatışmazlığının olduğunu söyləyib: “Fernandu Santuş və Ayxan Abbasovun yığmadakı məşqçilik dövrləri ilə bağlı kiçik statistik araşdırma apardım. Belə ki, son 6 oyunda meydana çıxan minimum 4, maksimum 7 olmaqla, orta hesabla 6 futbolçu Azərbaycanda yetişməyib. Yəni, əsas heyətin böyük hissəsi ölkə xaricində dünyaya gəlmiş və orada yetişmiş oyunçulardan ibarət idi. Bu isə onu göstərir ki, ölkədə futbolçu yetişdirmək baxımından ciddi qıtlıq var. Bu, təkcə bu günün deyil, illərin problemidir. Əlbəttə, digər ölkələr də legioner mənşəli futbolçulardan istifadə edir, bu, normal praktikadır. Amma adətən belə oyunçuların yığmaya kifayət qədər xeyri dəyir. Lakin bizdə vəziyyət tamam başqadır. Həmin futbolçular Azərbaycanda yetişmiş oyunçulardan azca fərqlənirlər və nisbətən yaxşı performansla yadda qalırlar. Onlar daha istedadlı və yüksək keyfiyyətə malik olduqlarına görə yox, Azərbaycanda yetişən futbolçuların daha aşağı səviyyədə olmasına görə seçilirlər. Belə məqamda sual yaranır: niyə yaxşı futbolçular yetişmir? Bu, çox dərin və mürəkkəb məsələdir. Hazırkı reallıq budur ki, milli komanda səviyyəsində oynaya biləcək futbolçularımızın sayı çox azdır”.

N. Kərimovun sözlərinə görə, yerli məşqçilərə daha çox şans verilməli, onların işləməsi üçün şərait yaradılmalıdır: “Santuşun rəhbərliyi ilə İslandiyaya 5 cavabsız qolla uduzduq. Halbuki Ayxan Abbasovun təyinatından sonra Ukrayna ilə matçda heç-heçə qeydə alındı, minimal hesablı məğlubiyyətlər yaşadıq, hətta qollar da vurduq. Ən önəmlisi, futbolçularda döyüşkənlik, inam, əzmkarlıq və oyun intizamı göründü. Bu, onu göstərir ki, futbolçu keyfiyyəti aşağı olsa belə, iş düzgün qurulduqda nəticə əldə etmək mümkündür. Bu gün Avropa və dünya çempionatlarının final mərhələsinə vəsiqə qazanmağı real hədəf kimi göstərmək doğru olmaz. Növbəti oyunlarda bəzi qələbələr qazansaq belə, bu, bizim daha yaxşı səviyyədə olduğumuz anlamına gəlmir. Amma biz “qığılcımlar”ı görə bilərik. Ayxan Abbasov kimi yaxşı mütəxəssislərimiz var və onların potensialından həm əsas yığmada, həm də aşağı yaş qruplarında istifadə etmək lazımdır”.

Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov isə bildirib ki, yığmada çıxış edən futbolçular klub səviyyəsində daha çox oyun praktikası qazanmalıdırlar ki, milli komandaya töhfə verə bilsinlər: “Öz klublarında stabil olaraq çıxış etməlidirlər. Legioner həyatı yaşayan futbolçularımız da komandalarında əsas heyətdə yer almalıdırlar ki, milliyə faydaları olsun”.

Veteran hücumçu ikinci əsas problemin məşqçi çatışmazlığı ilə bağlı olduğunu deyib: “Məktəblərdə idman müəllimləri qaydaları dərindən bilmir və uşaqlara düzgün istiqamət verməyi bacarmırlar. Bu, aşağı yaş qruplarından etibarən futbolçuların formalaşmasına mənfi təsir göstərir. Ona görə də orta məktəblərdə fiziki tərbiyə müəllimlərinin hazırlığı gücləndirilməli, futbolla bağlı baza bilikləri artırılmalıdır. İnkişaf üçün bu, mütləqdir. AFFA bununla bağlı növbəti ildən bölgələrdə idman müəllimləri üçün kurslar təşkil edəcək”.

V. Qasımovun sözlərinə görə, məşqçilər yalnız texniki və taktiki hazırlığa deyil, uşaqların qidalanma və həyat tərzinə də diqqət yetirməlidirlər: “Sağlam və balanslı qidalanma futbolçuların fiziki forması və oyun performansı üçün əsas şərtdir. Eyni zamanda, düzgün yuxu rejimi və aktiv həyat tərzi onların inkişafını sürətləndirir. İlkin olaraq, məktəblərdə uşaqlara sağlam həyat vərdişləri aşılanmalıdır ki, onlar həm fiziki, həm də psixoloji cəhətdən hazır olsunlar. Bu yanaşma milli komandaya keyfiyyətli və döyüşkən oyunçular yetişdirməyə imkan verəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri