Icma.az
close
up
RU
“Futbolun tarixinə 10 ən yaxşı bombardirdən biri kimi düşmək mənim üçün inanılmaz uğur ola bilər”

“Futbolun tarixinə 10 ən yaxşı bombardirdən biri kimi düşmək mənim üçün inanılmaz uğur ola bilər”

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Luis Suares “El Pais” nəşrinin bir sıra aktual suallarını cavablayıb.

"Football-plus.az" xəbər verir ki, “İnter Mayami”nin 38 yaşlı uruqvaylı hücumçusu hələ karyerasını başa vurmaq haqda düşünmədiyini deyib.
- “İnter Mayami” sizə yeni müqavilə təklif edib? Rəhbərliklə bu mövzuda danışıq olub?
- Klub həmişə mənim qərarı özümün verməyimə şərait yaradıb. Komandaya bundan sonra da kömək etmək iqtidarında olduğumu hiss etsəm, bunu boslar da anlasalar, onda yeni müqavilə reallaşacaq. Yeni mövsüm ötən ay başlayıb və mövzu ilə bağlı danışıq aparmaq üçün kifayət qədər vaxt olacaq. Baxarıq, görək komanda və mən ili necə başa vuracağıq, hər şeyə bundan sonra aydınlıq gələcək.
- Messi ilə karyeranızı başa vurmaq haqda müzakirə aparmısız?
- Xeyr. Biz bu barədə tez-tez zarafatla söhbət edirik. Amma o, gələn il keçiriləcək dünya çempionatında oynamaq istəyir. Özümə gəlincə, təbii ki, milli komandadan ayrıldıqdan sonra bu məsələ mənim üçün onun qədər aktual deyil. Amma hələ bu barədə ciddi danışmamışıq. Bəli, yaşa dolduqca bu mövzuya qayıdıb qərar verə bilərik, lakin indiyə qədər aramızda ciddi söhbət olmayıb.
- Jurnalistlər Lionel ilə dost olduğunuzu nəzərə alaraq sizdən onun meydanı nə vaxt tərk etmək haqda düşündüyünü tez-tez soruşurlar? Messi növbəti dünya çempionatında oynamaq istədiyini təsdiqləyib?
- Yox, yox, yox. Mən hətta bu haqda ondan soruşmuram. Bəziləri məsələnin əsas məğzini anlamırlar. Yeri gəlmişkən, bir neçə gün əvvəlki matçda (“Los Anceles” ilə oyunu nəzərdə tutur – red.) təyin olunan penalti ilə bağlı danışım. Komanda yoldalarım onu alqışladılar, təriflədilər, ona yaxınlaşıb təbrik etdilər, amma mən hətta Leoya tərəf baxmadım. Hər hansı jest etmədim, çünki Messini çox yaxşı tanıyıram. Onu da deyim ki, bu rolda tez-tez görünürəm, çünki qolu bayram etmək məni əsəbiləşdirir. Ona görə ki, belə ana hədsiz dərəcədə sevinmək adamda öz gücünə inamsızlıq doğurur. Mən Leonun necə futbolçu olduğunu yaxşı bilirəm. Buna görə də ondan heç nə soruşmuram. Zaman hər şeyi göstərəcək.
- Karyeranızda 600-cü qola çatmağa yaxınsız. Bunun üçün 13, futbolun tarixinə 10 ən yaxşı bombardirdən biri kimi düşmək üçün isə 34 qol vurmalısız. Qarşınıza belə hədəflər qoyursuz?
- Hərdən statistikaya və hədəflərə əhəmiyyət vermədiyimi demək asan olur, amma adama adrenalini məhz bu amil bəxş edir. 38 yaşım olsa da, Uruqvay futbolu üçün nəsə əhəmiyyətli göstəriciyə imza ata biləcəyimi düşünürəm. Məsələn, futbolun tarixinə 10 ən yaxşı bombardirdən biri kimi düşmək mənim üçün inanılmaz uğur ola bilər. Mən bu hədəf uğrunda mübarizədən məmnunluq almaq, qarşıma yeni hədəflər qoymaq və onlara çatmaq istəyirəm.
- Bir valideyn kimi uşaqlarınızın məyusluğu, sosial şəbəkələr və öz həyatınzın nümayişinə necə nəzarət edirsiz?
- Ata kimi turnirlərin çoxluğuna görə çox şeyi nəzərdən qaçırırsız. Onların çox sayda təəssüratları var, ancaq siz bunlardan həzz ala bilmirsiz. Amma bunun da hardasa öz müsbət yönləri var. Onlara “bu yolla gedin, belə doğru olacaq” deməklə doğru yolu göstərmək çətindi. Vaxtı gələndə uşaqlar da qərar verirlər və siz, ola bilsin ki, öz fikirlərinizlə onlara ziyan vurursuz. Sosial şəbəkələri dəstəkləyən və bu sahənin əleyhinə olanlar var. Sosial şəbəkələr adamın psixikasını korlaya bilər. Hansısa xəbəri yazmaq və ya harasa göndərmək asandı. Amma siz hansısa şəxsə necə böyük zərbə vurduğunuzu təsəvvür etmirsiz. Məhz buna görə övladlarımın sosial şəbəkələrdən mümkün qədər uzaq olmasına üstünlük verirəm. Biz başqa dünyada yaşamırıq, çünki ünvanımıza yönələn tərif və tənqidlərlə barışmalı oluruq. Ancaq valideyn kimi hərdən belə vəziyyətlərin öhdəsindən gəlmək çətin olur. Hərdən “kiminsə övladı” olmaq isə durumu daha da çətinləşdirir. Onlar öz şəxsiyyətini özləri müəyyən etməlidilər. Texnologiyalar çox inkişaf edib, biz onlara smartfonlarımız vasitəsilə nəzarət edirik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Aprel 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see130

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

Maskın təklifi

08 İyun 2025 04:23see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see113

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see112

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see112

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see111

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri