Icma.az
close
up
RU
“Füzulini, Nəsimini Azərbaycan bölməsinin şagirdləri düz əməlli başa düşmür, qaldı ki, rus bölməsinin...“

“Füzulini, Nəsimini Azərbaycan bölməsinin şagirdləri düz əməlli başa düşmür, qaldı ki, rus bölməsinin...“

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bir çox hallarda hər hansı bir məsələyə münasibət bildirərkən, adətən ayrı- ayrı dövlətərdən nümunə gətirir, hansısa bir əcnəbi ölkəyə istinad edərək, öz reallığımızı nəzərə almırıq. Başqa ölkələrin nümunəsi bizim üçün etalon ola bilməz. Belə bir yanaşmanı rus dilinin tədrisinə olan münasibətdə də görmək olar. Gürcüstanda elə ediblər, Ermənistanda və ya Ukraynada belə... Halbuki, bu kimi siyasi, iqtisadi, və sosial xarakterli məsələlərdə dövlətin maraqları və buna uyğun yürütdüyü siyasi kurs nəzərə alınmalıdır, nəinki hansısa bir ölkənin digər bir ölkəyə olan münasibəti. Səbəb - nəticə əlaqəsinə dair latın mənşəli determinizm deyilən bir anlayışı var axı...”

Bu fikirləri Moderator.az-a açıqlamasında təhsil eskperti Nadir İsrafilov deyib.

Təhsil ekspertinin sözlərinə görə, məsələyə siyasi yanaşmanı bir kənara qoysaq belə, rus dilinə  “imperiya dili” kimi yox, ən pis halda belə, Tolstoyun, Dostoyevskinin, Turgenevin dili kimi baxmalı, heç olmasa, BMT- nin 6 rəsmi dilindən biri, ən yaxın qonşumuzun dili kimi yanaşmalıyıq:

“Onu da nəzərə almalıyıq ki, Tolstoyun “Hərb və sülh” romanının motivləri əsasında Qərb ölkələrində onlarla film çəkilib, onun “Anna Karenina” romanı  dünya reytinqində Şekspirin “Romeo və Cülyetta” kimi əsərini üstələyib.  Dostoyevskinin elə bir əsəri yoxdur ki, türk dilinə tərcümə olunmasın. Turgenev dünyada ən mahir hekayə ustası kimi qəbul edilib. Azərbaycanın ən məşhur və tanınmış ziyalıları, maarifçiləri Qori seminariyasının yetirmələri olub.

O ki, qaldı, imperiya məsələsinə elə isə, ən uzun ömürlü Osmanlı, İspaniyanın Əndəlüs vilayətinə qədər uzanan Ərəb xilafəti,  Makedoniyalı İskəndərin, Çingiz xanın yaratdıqları dövlətlər imperiya olmayıb? Hələ, Roma imperiyasını, Hindistanı 300 il əsarətdə saxlayan, hansı ki, Bakıya qədər gəlib, Sentrokaspi Diktaturası yaradan Böyük Britaniya imperiyasını demirəm. Və ya Əlcəzirdə, digər ölkələrdə azğınlıqlar törədən Fransa höküməti imperiya maraqlarından çıxış etməyib? Hansı birini deyim?

Xüsusilə son zamanlar rus dilinə olan münasibəti bir qədər də siyasiləşdirmək meylləri yalnız təəssüf doğurur. Hesab edirəm ki, hətta AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin Rusiya ərazisində vurulması, dövlət məktəblərində rus sektorlarının bağlanması barədə radikal fikirlər söylənməsi və bu məsələnin siyasi müstəviyə keçirilməsi üçün əsas ola bilməz. Hər şeydən əvvəl ona görə ki, “Rus dövləti”, “Rus xalqı” və “Rus dili” tam fərqli anlayışlardır. Onu da nəzərə alaq və unutmayaq ki, xeyli sayda insanın sağ qalmasına öz ölümləri bahasına nail olan, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş pilotlar rus xalqının nümayəndələri olub və xalqımızın böyük hörmət və rəğbətini qazanıblar.

Ümumiyyətlə götürsək və məsələyə ümumi konteksdən yanaşsaq, son zamanlar müzakirə edilən mövzulardan biri də Azərbaycanda erməni dilinin öyrənilməsi olub. Əksəriyyətin fikrincə, ölkəmizdə erməni dilini öyrədən mərkəzlər olmalı, bu dil məktəblərdə tədris olunmalıdır, Universitetlərdə “Ermənistanşünaslıq” fakültəsinin yaradılması ilə bağlı və digər bu kimi təkliflər də irəli sürülür. Halbuki, artıq bir neçə ildir ki, Azərbaycan Dillər Universitetində də erməni dili tədris olunur. Bildiyim qədər, bu universitetdə Erməni Araşdırmaları Mərkəzi də fəaliyyət göstərir, “Erməni dilinin qrammatikası” dərsliyi belə nəşr olunub. 2021-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində də erməni dilinin tədrisinə başlanılıb. Hətta, Universitetdə Elmi-Tədqiqat Mərkəzi də fəaliyyət göstərir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Strasburq Universitetinin rəhbərliyi altında həyata keçirilən birgə layihəyə əsasən ölkəmizdə Azərbaycan-Fransız Universiteti və ya qısaca UFAZ fəaliyyət göstərir. Halbuki, Fransanın ermənipərəst siyasəti heç kəsə gizli deyil. İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair sazişlər imzalanıb. 2024-2025-ci tədris ilində İtaliya-Azərbaycan Universitetinə də ilk dəfə tələbə qəbulu keçiriləcəyi nəzərdə tutulub. Ümumilikdə təkcə, Bakı şəhərində 180-dan çox ümumtəhsil məktəbində xarici dildə tədris həyata keçirilir. Həmin məktəblərdə 70 minə yaxın şagird xarici dildə təhsil alır. Onlardan böyük əksəriyyəti rus, türk, ingilis, fransız dilində təhsil alır. O cümlədən bir sıra xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən həftəsonu məktəblərində uşaqlara Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, incəsənəti tədris olunur.

Sovet dönəmində bütün İttifaq Respublikalarında, o cümlədən Azərbaycanda də rus dili ikinci ana dili kimi 2-sinifdən tədris olunurdu.  Elmi və kütləvi ədəbiyyatlar əsasən rus dilində idi. Təkcə ötən əsrin 70-ci illərində yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilərək, Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar. Müstəqillik əldə etdikdən sonra bir çox birlik ölkələri kimi biz də bu dil xarici dillər qrupuna daxil etdik. Rus dilinə qarşı bir çox şəxslər tərəfindən radikal fikirlər səsləndirildi. Əksər məktəblərdə rus dili tədris planından çıxarıldı və fakültativ hesabına tədris olunmağa başladı. Bir çox məktəblərdə ümumiyyətlə, tədris olunmadı. Bu, ona gətirib çıxardı ki, bizim bir çox peşəkar rus dili müəllimləri müəllimlik peşəsini tərk etdilər və başqa sahələrə keçdilər”.

 Təhsil eskperti əlavə edib ki, kadr çatışmazlığı reallıqdır. Yaranan problemi aradan qaldırmaq üçün uşaqları daha çox Azərbaycan bölməsinə cəlb etmək və rus bölməsində “Azərbaycan tarixi”, “Azərbaycan ədəbiyyatı” və “Azərbaycan coğrafiyası” fənlərinin Azərbaycan dilində keçirilməsi ilə bağlı təkliflər səsləndirilir:

 “Belə ki, 2022-2023-cü tədris ilində ölkənin 20 ümumi təhsil müəssisəsinin tədrisi digər dillərdə aparılan bölmələrinin V siniflərində  “Azərbaycan tarixi” fənni dövlət dilində tədris edilir. Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi və tətbiqi imkanlarının genişləndirilməsi digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədi daşıyır. Cari ildə 20 məktəbdə pilot layihənin nəticələri təhlil edildikdən sonra növbəti il üçün qərar qəbul ediləcəkdi. Son illər övladlarını rus bölməsində oxutmaq istəyində olanların say etibarı ilə nəzərəçarpacaq artımının müşahidə olunması, bu danılmazdır. Bununla belə, bu təbii artımın süni yollarla qarşısının alınması da yolverilməzdir.

Qanunvericiliymizə əsasən, valideynlər övladları üçün dil seçimini etməkdə sərbəstdirlər. Azərbaycan dili bizim dövlət dilidir və bunu hamı bilməlidir. Təlimi rus dilində olan məktəblərdə Azərbaycan dilinin tədrisinin zəifliyi barədə əsassız iddialar isə heç də o demək deyil ki, bunun səbəbkarı məhz rus dilidir. Digər bir məsələ. Azərbaycanda təhsil alan 1,5 milyon şagirddən 130 min nəfərinin rus bölməsinin payına düşməsi heç də ona əsas vermir ki, "ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı", "rus bölməsi ləğv olunmalı", "rus bölmələrində təhsil ödənişli olmalı", "rus məktəbləri özəlləşdirilməli" kimi fikirlər irəli sürülsün.

Bir müddət rus dilinə maraq azalsa da, sonradan əsasən elit məktəblərdə rus dilinə meylin artması müxtəlif səbəblərlə əlaqələndirilir. Bir səbəb isə işə götürənlər tərəfindən ali məktəbi bitirənlərdən rus dilini bilməsi əsas şərt kimi tələb olunmasıdır. Eyni zamanda rusdilli ədəbiyyatın çoxluğu və daha əlçatan olması da əsas amilərdən biridir. Bu dilə meyillilikdə bir məqsəd də oxuyanın gələcəkdə bu dilin onun quracağı kariyerasında köməyinin olacağını düşünməsidir. Valideyn də indidən bunu nəzərə alır. Digər səbəb Rusiyanın qonşu ölkə olması və onun ali məktəblərində təhsil ödənişlərinin bizdəkindən ucuz başa gəlməsidir. Başqa və başlıca bir səbəb isə insanların özlərini elit, kübar göstərmək istəyidir”.

N.İsrafilov onu da diqqətə çatdırıb ki,  son zamanlar Təhsil Nazirliyi  vəziyyətdən çıxış yolu kimi rus sektoruna qəbul olunan uşaqlarla müsahibə keçirir:

“Məqsəd qəbul olunan şagirdlərin rus dilindən anlayış dərəcəsini müəyyən etməkdir. Mövcud təlimatlara əsasən digər dildə tədris aparılan bölmədə oxumaq istəyən uşaqların birinci sinfə qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarıqları qiymətləndirilir. Uşaqlar şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibə mərhələsində iştirak etməlidir. Müsahibədən keçə bilməyən uşaqlar digər dildə tədris aparılan bölmələr üzrə təhsil ala bilməzlər. Əgər, ailəlikcə rusdillidirlərsə və uşaq da rus dilində normal danışır, anlayır, qavrayırsa hər hansı bir maneədən söhbət gedə bilməz. Düzdür, əzi hallarda sadə müsahibəni ciddi imtahana çevirənlər də var. Bu da şübhəsiz ki, ayrı-ayrı valideynlərin haqlı narazılığına səbəb olur”.

Ekspert vurğulayıb ki, təhsil qanununvericiliyimizdə nəzərdə tutulduğu kimi Azərbaycan Respublikasının təhsil sistemi milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakter daşıyır:

 “Bəlkə, rus dilinə yerli-yersiz hücumlar əvəzinə, ümumilikdə rus dili ilə bağlı yaranan vəziyyətin nədən qaynaqlandığı barədə düşünmək daha faydalı ola bilər. Bəlkə, rus bölməsi ilə müqayisədə Azərbaycan bölməsindəki müəllimlərimizin peşəkarlıq səviyyəsinin qaneedici olmamasında nəsə bir həqiqət var? Bəlkə, bunun başlıca səbəbi həqiqətən də Azərbaycan bölməsində tədrisin səviyyəsinin valideynləri lazımınca qane etməməsidir? Bəlkə bir səbəb də öz ana dilimizdə kifayət qədər tələb olunan ədəbiyyatın olmaması, mövcud tərcümələrin qüsurlu olması, rus dilində olan ədəbiyyatların hələ də dominantlıq etməsidir? Bəlkə, əksər qurum və şirkətlərin işə qəbul olunanlar qarşısında rus dilini mükəmməl bilmək tələbi qoymasıdır? Bəlkə, bunun əsas və başlıca səbəblərindən biri bir çox elit ailələrin dəb xatirinə ailədə və məişətdə rus dilində danışığa üstünlük verməsidir?

Lakin, problem heç də yaranmış vəziyyətə fərqli yanaşmalarla bitmir. Təbii prosesin süni yollarla qarşısının alınması və rus dilində tədrisin əleyhinə getmək də düzgün mövqe sayıla bilməz və vəziyyətdən yeganə çıxış yolu hesab edilə bilməz. Əsas problem rus dilində təhsil almağa müraciətlərin çoxluğunda, rus bölməsində yerlərin məhdudluğundadır. Azərbaycan Respublikasının Konstitusiyası və Təhsil haqqında Qanunvericiliyə görə, məktəb yaşına çatmış hər bir şəxs dövlət təhsil müəssisələrində istədiyi bölmədə təhsil almaq hüququna malikdir. Dövlət bu öhdəliyi üzərinə götürür və bütün hallarda şagirdi bilik və bacarıqlarına, istəyinə uyğun olaraq arzu etdiyi bölmədə təhsilini təmin etməlidir. Bunu nəzərə alaraq biz də rus və digər xarici dildə təhsilə qarşı çıxmamalıyıq. Cəmiyyətdə rus və digər xarici dilləri bilən kadr və mütəxəssislərə ehtiyac var. Əsas odur ki, uşaqlarımız hansı dildə oxumalarından asılı olmayaraq milli ruhda böyüsünlər, onların düşüncə və təfəkkürü öz dilində formalaşsın. İstənilən halda ana dilimizin mükəmməlliyini qoruyub saxlamalı və xarici dillərdən heç birini, heç bir halda doğma dilimizi üstələməyinə yol verməməliyik”.

“O ki, qaldı, rus bölməsində oxuyan şagirdlərə ədəbiyyat fənninin Azərbaycan dilində tədrisinə bu yanaşma o qədər də real görünmür. Bir bir müddət əvvəl “Zəfər tarixi” kursunun “Ortaq Türk tarixi”nin də Azərbaycan dilində tədrisi barədə fikirlər səsləndirilmişdi. Hələ cöğrafiya fənni də bir yana, Yerdə nə qaldı ki...? Yəqin, bir az da belə getsə, bir müddət sonra, digər fənnlərə də növbə çatacaq. Rus bölməsində “Azərbaycan tarixi”nin Azərbaycan dilində tədrisini hardasa başa düşmək olar, Ancaq, Azərbaycan ədəbiyyatının rus bölməsində Azərbaycan dilində…? Füzulini, Nəsimini heç Azərbaycan bölməsinin şagirdləri düz-əməlli başa düşmürlər, o ki, qaldı olsun rus bölməsinin uşaqları… Son olaraq onu deyə bilərəm ki, rus bölməsində ayrı-ayrı fənnləri Azərbaycan dilində tədris etməkdənsə, dövlət dilimizə ayrılan gündəlik dərs saatlarının sayı 1 saat olmaqla, həftəlik 5 saata çatdırmaq, daha məqsədəuyğun və faydalı olar, nəinki  rusdilli şagirdlər üçün əlavə problemlər yaratmaq və onların valideynlərinin narazılıqlarına səbəb olmaq. Hesab edirəm ki, tədris planındaki belə bir dəyişiklik, rusdilli  şagirdlərə istənilən informasiyanı, istənilən mənbəədən Azərbaycan dilində əldə etməyə, mətnin məzmun və mahiyyətini sərbəst şəkildə anlamağa və qavramağa lazımi imkan yaradar”,- deyə təhsil ekspert şərh edib.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Fevral 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see189

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see178

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see135

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see134

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see131

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see130

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see124

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see124

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see122

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see121

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see115

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see114

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see114

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see114

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see113

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see113

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see112

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see111

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see111

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri