Icma.az
close
up
RU
Füzulinin Dəmir dövrü abidələri rəqəmsal metodlarla öyrəniləcək

Füzulinin Dəmir dövrü abidələri rəqəmsal metodlarla öyrəniləcək

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 5 may, AZƏRTAC

Azərbaycan Elm Fondu tərəfindən maliyyələşən “Qarabağın Dəmir dövrü kurqanları: Füzuli rayonu Yedditəpə abidəsi və ətraf ərazilərin arxeoloji tədqiqi” layihəsinin rəhbəri AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Zaur Həsənov və layihə üzvü institutun elmi əməkdaşı Nərmin Məmmədli Azərbaycanın “Bimex” və Çinin “DJI” şirkətləri tərəfindən təşkil olunmuş təlimdə iştirak ediblər.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Qeyd edilib ki, rəqəmsal texnologiyaların Qarabağın arxeoloji tədqiqatlarında tətbiqinin genişləndirilməsi məqsədilə aprel ayının son günlərində ixtisaslaşdırılmış təlim təşkil olunub. Təlim RTK modulla təchiz olunmuş PUA-ların idarə edilməsi, ortofoto planlarının hazırlanması və 3D modelləşdirmə proseslərini, eləcə də multispektral və termal kameralarla təchiz olunmuş PUA-ların idarə edilməsi və onlardan alınan məlumatların emalını əhatə edib. Həmçinin LİDAR cıhazı ilə təchiz olunmuş PUA-ların vasitəsilə sıx və hündür bitki örtüyü olan ərazılərdə topoqrafik planların çıxarılması təlimi keçirilib. Alimlərin əldə etdikləri bilik və bacarıqlar layihənin növbəti mərhələlərində rəqəmsal metodların daha effektiv tətbiqinə imkan yaradacaq.

Layihənin əsas məqsədi Qarabağın Dəmir dövrünə aid kurqanlarının və onların ətrafında yerləşən yaşayış yerlərinin Coğrafi İnformasiya Sistemləri (GIS) vasitəsilə öyrənilməsi və bu abidələrin rəqəmsal xəritələrinin hazırlanmasıdır. Bu yanaşma kurqanlar və yaşayış yerlərinin harada və hansı şəraitdə yerləşdiyini daha aydın göstərməyə, onların təbii mühitlə əlaqəsini anlamağa imkan verir. Eyni zamanda, bu məlumatlar gələcəkdə yeni arxeoloji abidələrin aşkarlana biləcəyi ərazilərin müəyyən olunmasına yardım edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see313

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see301

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see297

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see293

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see293

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see289

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see280

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see277

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see272

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see249

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see246

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see242

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see240

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see240

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see235

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see229

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see228

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see226

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri