Yağışlardan sonra Bakıdakı qəbiristanlıqlar su altında qaldı VİDEO
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Abşeron rayonunun Mehdiabad qəbiristanlığını su basıb, bir sıra məzarlar su altında qalıb.
Modern.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, yaxınlarının məzarlarını ziyarətə gələn sakinlər vəziyyətdən narazılıqlarını bildiriblər.
Sakinlərin sözlərinə görə, ərazidəki göl və intensiv yağışlar nəticəsində qəbiristanlıqda su yığılıb. Bu səbəbdən bəzi məzarlara yaxınlaşmaq mümkün deyil. Süjetdə su basması səbəbindən bir mərhumun nəşinin başqa əraziyə köçürülərək yenidən dəfn olunduğu da bildirilib.
Məsələ ilə bağlı aidiyyəti su idarəsindən qeyd olunub ki, əraziyə xidmət Mehdiabad bələdiyyəsi tərəfindən həyata keçirilir. Qəbiristanlığın yerləşdiyi ərazidə kanalizasiya şəbəkəsi yoxdur. Bununla belə, əvvəllər qrunt sularının kənarlaşdırılması üçün ərazidə nasos quraşdırılıb.
Mehdiabad bələdiyyəsinin sədri Əbülfət Nuriyev problemdən məlumatlı olduqlarını bildirib. Onun sözlərinə görə, yeraltı qrunt suları sızaraq bir neçə qəbrə dolub.
Bələdiyyə sədri problemin qısa müddətdə aradan qaldırılacağını deyib. Əraziyə 110 maşın torpaq daşınacağı da qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 16 Noyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















