Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Füzulinin yenidən qurulması bölgənin sosial iqtisadi inkişafı baxımından mühüm önəm kəsb edir

Füzulinin yenidən qurulması bölgənin sosial iqtisadi inkişafı baxımından mühüm önəm kəsb edir

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Bu tarixi günlərdə demək olar ki, hər gün Ali Baş Komandan tərəfindən kənd, qəsəbə və şəhərlərimizin azad olunması bəyan edilirdi. 30 il işğal faktı ilə barışmayan xalqımız bu tarixi günləri böyük sevinc və qürür hissi ilə qarşılayır. Füzuli şəhərinin erməni işğalından azad edilməsi də mühüm tarixi və strateji əhəmiyyətə malikdir. Çünki 30 ilə yaxın bu ərazilərdə özləri üçün keçilməz adlandırdıqları istehkamlar quran mənfur düşmən Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyib qaçmağa, torpaqlarımızı tərk etməyə məcbur qalıb”.Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.

Sevinc Hüseynova qeyd edib ki, Cəbrayıldan sonra Füzuli şəhərinin azad edilməsi xüsusi önəm kəsb edirdi: “Füzulinin azad edilməsi həm də şanlı ordumuzun növbəti əməliyyatları baxımından strateji önəm daşıyırdı. Çünki bu nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması ilə növbəti hərbi üstünlüklər qazanılmışdı. İşğal dövründə Ermənistan Füzuli istiqamətində cəbhə xəttində bir neçə mərhələli müdafiə mövqeləri yaratmışdı. Lakin şanlı ordumuzun gücü və əzmi qarşısında bu mövqelər darmadağın edildi”.
Deputatın sözlərinə görə, Füzulinin azad edilməsi ilə Azərbaycan Silahlı Qüvvələri bir daha öz gücünü, döyüş əzmini nümayiş etdirərək düşməni lərzəyə saldı: “1993-cü ilin avqust ayında Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun kəndləri işğal edilmişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Bu mənada Füzulinin azad edilməsi Azərbaycan Ordusunun Horadiz əməliyyatından başlamış olduğu tarixi missiyasının davamı idi. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilandan sonra qədim Azərbaycan şəhəri, milli qürurumuzun ünvanı Şuşanın azad edilməsi xalqımız üçün şanlı bir tarix hesab edilir. Çünki 44 günlük Vətən müharibəsi Azərbaycan xalqı üçün şərəf və milli ləyaqət məsələsi idi. Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımız bu tarixi mərhələdən şərəflə və ləyaqətlə çıxaraq müasir Azərbaycanın daha güclü və qalib kimi inkişafına bir yol açmış oldu”.
Sevinc Heseynova Füzuli və digər azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işlərindən də bəhs edib: “Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olması tarixi hadisə idi. Prezident İlham Əliyevin Füzuli şəhərində üçrəngli dövlət bayrağımızı ucaltması Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzulidə də bərpa və quruculuq işləri sürətlə gedir. Dövlət başçısının Füzuliyə səfərləri zamanı mühüm strateji obyektlərin təməlləri qoyulur və açılışları edilir. Artıq Qarabağın hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanı uğurlu fəaliyyət göstərir. Respublikanın müxtəlif ərazilərində, o cümlədən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan 824 ailə (3141 nəfər) doğma yurd yerlərinə köçürülüb.
Özbəkistan Prezidentinin təşəbüsü ilə Füzulidə inşa edilmiş orta məktəb və Qazaxıstan Prezidentinin təşəbüsü ilə qazax xalqının böyük oğlu Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzi türk xalqları arasında dostluğun rəmzinin məkanıdır. Əminik ki, tezliklə Füzuli rayonu da öz sakinləri ilə firavan günlərinə qovuşacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see246

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see195

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see178

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see164

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see163

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see155

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri