Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Strateji tərəfdaşlıq region üçün mühüm önəm kəsb edir

Strateji tərəfdaşlıq region üçün mühüm önəm kəsb edir

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu mənada Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. İkitərəfli münasibətlərimizin dinamik inkişaf etdiyi ölkələr sırasında İtaliya xüsusi yer tutur. İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrin daha da inkişafına təkan verdi. Səfər çərçivəsində dövlət başçıları strateji əməkdaşlığın əsas istiqamətləri barədə mühüm müzakirələr apardılar.

Prezident İlham Əliyev və İtaliya Prezident Sercio Mattarella arasında keçirilən görüşlərdə Azərbaycan–İtaliya əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan və İtaliya artıq sadəcə tərəfdaş deyil, strateji tərəfdaşdırlar. Bu, iki ölkə arasında siyasi, iqtisadi və mədəni münasibətlərin yüksək səviyyəsini göstərir. Səfər zamanı bir sıra mühüm məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhsil və humanitar əməkdaşlıq müzakirə olundu. İtaliya Prezidentinin Azərbaycana səfəri həm də xalqlar arasında dostluq və qarşılıqlı etimadın bariz nümunəsi oldu.
Hazırda Azərbaycan regionun lider dövləti, əsas söz sahibi kimi böyük bir tarixi vəzifəni – Şərqlə Qərbi, Şimalla Cənubu siyasi-iqtisadi, logistik və humanitar sahələrdə yaxınlaşdırmaq, qlobal əməkdaşlığı hamı üçün faydalı məcraya yönləndirmək missiyasını üzərinə götürüb. Azərbaycanın İtaliya ilə əməkdaşlığı isə qarşılıqlı etimad və maraqlar əsasında inkişaf edir. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsi kimi diqqət çəkir. Dövlət başçısı İlham Əliyevin dost ölkədə keçirdiyi görüş və müzakirələrdə təkcə ikitərəfli münasibətlər deyil, Avropa məkanı ilə də münasibətlərin yeni mərhələdə davamı əksini tapdı. Azərbaycan və İtaliya Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə səylərin vacibliyini vurğulayırlar. Cənub Qaz Dəhlizi və TAP layihələri üzrə uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsi təsdiq olunur. Enerji ilə yanaşı, kənd təsərrüfatı, sənaye, logistika və rəqəmsal texnologiyalar sahəsində yeni əməkdaşlıq imkanlarının dəstəklənməsi razılaşdırılır. İtaliya şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin isə İtaliyada sərmayə qoyuluşları təşviq ediləcəkdir.
Azərbaycan-İtaliya münasibətlərinin daha bir mühüm tərəfi sənaye əməkdaşlığıdır. Prezident İlham Əliyevin xatırlatdığı kimi, Sercio Mattarellanın əvvəlki səfəri zamanı tərəflər birlikdə Sumqayıtda İtaliya şirkətləri tərəfindən inşa olunmuş böyük bir sənaye müəssisəsinin açılışında iştirak etmişdilər. Bu fakt göstərir ki, əməkdaşlıq təkcə enerji ilə məhdudlaşmır, sənaye sahəsində də yeni imkanlar yaranır. Hazırkı səfər isə daha da əlamətdar hadisə ilə müşayiət olunur – İtaliya-Azərbaycan Universitetinin açılışı. Bu universitet artıq yüzlərlə tələbəni birləşdirir və gələcəkdə də hər iki xalqın gəncləri üçün elm, bilik və mədəniyyət mərkəzinə çevriləcək. Universitetin yaradılması həm də humanitar əlaqələrin genişlənməsi, iki ölkə arasında mədəni və təhsil sahəsində körpülərin qurulması deməkdir. Burada təhsil alan tələbələr yalnız yüksək biliklər qazanmayacaq, eyni zamanda, xalqlarımız arasında dostluğun, anlaşmanın, qarşılıqlı hörmətin daşıyıcıları kimi çıxış edəcəklər.
İtaliya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin tarixində mühüm mərhələ oldu. Səfər zamanı əldə olunan razılaşmalar və açılış mərasimləri Azərbaycan–İtaliya əlaqələrinin davamlı inkişafına təkan verdi. Bu münasibətlər yalnız enerji və iqtisadi sahələrlə məhdudlaşmır, həm də elm, mədəniyyət və humanitar əməkdaşlıq istiqamətində yeni imkanlar yaradır. Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlıq gələcəkdə də region və Avropa üçün mühüm əhəmiyyət daşıyacaq.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri