Icma.az
close
up
RU
G20 də gərginlik: Trampın sammiti boykotunun geopolitik anlamı

G20 də gərginlik: Trampın sammiti boykotunun geopolitik anlamı

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Məlumdur ki, bir neçə gün öncə Cənubi Afrikanın ev sahibliyi etdiyi Yohannesburq şəhərində "Həmrəylik, bərabərlik və davamlı inkişaf" mövzusuna həsr olunmuş G20 sammiti baş tutub.

Bakıvaxtı.az xatırladır ki, sammit çərçivəsində G20 ölkələrinin liderləri qlobal iqtisadiyyatın gələcəyini formalaşdıracaq islahatlarla bağlı üç sessiya keçiriblər. Birinci sessiyada qlobal maliyyə-iqtisadi sistemin möhkəmləndirilməsi, qlobal tənəzzülün və proteksionizmin qarşısının alınması, davamlı artıma keçid üzrə tədbirlər müzakirə edilib. Sammitin ikinci sessiyası fəlakət riskinin azaldılması, iqlim dəyişikliyi ilə mübarizə, ədalətli enerji keçidinin təmin edilməsi və qida sistemlərinin gücləndirilməsinə həsr olunub. Üçüncü sessiyada isə liderlər qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyətə malik faydalı qazıntıların hasilatı və ticarəti, habelə süni intellektlə bağlı məsələləri müzakirə ediblər.

Onu da qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ağ əhaliyə qarşı irqi ayrı-seçkiliyə yol verildiyini əsas gətirərək sammitə qatılmayıb.

Trampın Sammitdən imtina etməsi doğrudanmı irqçiliklə bağlıdır? Ümumiyyətlə, G20 sammitində yeni qlobal ittifaqların formalaşması mümkündürmü və bu ittifaqların fəaliyyəti effektiv ola bilərmi?

Politoloq Taleh Əliyev Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.

Onun sözlərinə görə, dünyanın nüfuzlu beynəlxalq platformalarından biri olan G20 Sammitində qəbul olunan qərarların birmənalı olaraq, yeni dünya düzənini formalaşdırdığını iddia etmək düzgün olmaz:

"Sadəcə olaraq dünyanın iqtisadi, siyasi, hərbi və hüquqi baxımdan nüfuzlu olan dövlətlərin G20 çərçivəsində bir araya gəlməsi və dünyanın gələcəyi ilə bağlı müəyyən qərarlar qəbul etməsi digər beynəlxalq və regional təşkilatlar üçün də yeni prioritetlər müəyyənləşdirir”.

Taleh Əliyev: Trampın tədbirə qatılmaması G20 Sammitində qəbul olunan qərarların təsir gücünü azalda bilər

Müsahibimiz qeyd edib ki, bu baxımdan G20-də qəbul olunan qərarların növbəti mərhələdə digər dövlətlər tərəfindən də ciddiyə alınmasına, eyni zamanda bu prosesdə yaxından iştiraklarına səbəb olacaq. Dediyinə görə, ancaq ABŞ prezidentinin bu tədbirə qatılmaması G20 Sammitində qəbul olunan qərarların müəyyən mənada təsir gücünü azalda bilər.

T.Əliyev hesab edir ki, D.Trampın bu məsələni irqi ayrı-seçkiliklə əlaqələndirməsi daha çox Cənubi Afrika Respublikasının BRİCS-in üzvü olması ilə bağlıdır:

"Belə ki, Cənubi Afrika son zamanlar anti-amerikan bloku kimi formalaşan BRİCS-in fəaliyyətini təşkil edən əsas ölkələrdən birinə çevrilib. Bu isə Trampın Sammiti boykot etməsinə səbəb ola bilər".

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Noyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri