G20 sammitinin keçiriləcəyi tarix açıqlandı
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"Böyük İyirmilik" (G20) sammiti 2026-cı ildə dekabrın 14-15-də ABŞ-nin Mayami şəhərində keçiriləcək.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.
"G20-də ABŞ-nin sədrliyi ili Prezident Donald Trampın rəhbərliyi altında dekabrın 14-15-də Florida ştatının Mayami şəhərindəki "Trump National Doral" klubunda baş tutacaq liderlərin sammiti ilə yekunlaşacaq", - deyə məlumatda vurğulanır.
ABŞ-nin maliyyə naziri Skott Bessentin sözlərinə görə, Birləşmiş Ştatlar administrasiyası iqtisadi artımın stimullaşdırılmasını, maliyyə tənzimlənməsi sisteminin modernləşdirilməsini, borc öhdəlikləri sahəsində şəffaflığın artırılmasını və onların restrukturizasiyasına kömək göstərilməsini, rəqəmsal aktivlərin inkişafını, ödənişlər sahəsində fırıldaqçılıqla mübarizəni və maliyyə savadlılığının təşviqini öz sədrliyinin prioritetləri etmək niyyətindədir.
Baxış sayı:114
Bu xəbər 19 Fevral 2026 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















