Icma.az
close
up
RU
“Ganjavi Holding” 5 illik yubileyini xüsusi tədbirlə qeyd etdi (FOTOLAR)

“Ganjavi Holding” 5 illik yubileyini xüsusi tədbirlə qeyd etdi (FOTOLAR)

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkəmizdə müxtəlif sahələr üzrə çoxşaxəli fəaliyyət göstərən "Ganjavi Holding” 5 illik yubileyini geniş proqramlı, xüsusi təşkil olunmuş ziyafətlə qeyd edib.

Yubiley tədbiri holdinqin ötən illər ərzində keçdiyi inkişaf yoluna nəzər salmaq, əldə olunan uğurları bölüşmək və komanda ruhunu ön plana çıxarmaq məqsədi daşıyıb.

Tədbirdə Milli Məclisin deputatları, rəsmi qurumların nümayəndələri, media nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, yaradıcı şəxslər, holdinqin əməkdaşları və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər. Çıxışlarda holdinqin 5 illik fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək hədəfləri ilə bağlı fikirlər səsləndirilib, iştirakçılar tərəfindən təbriklər çatdırılıb.

Tədbir çərçivəsində qonaqlar üçün canlı musiqi və yaradıcı proqramı təqdim olunub.

Sonda holdinqin inkişafına töhfə vermiş əməkdaşlar və tərəfdaşlar müxtəlif nominasiyalar üzrə simvolik mükafatlarla təltif olunublar. Bu addım şirkətin komanda ruhuna və əməkdaşlığa verdiyi önəmin göstəricisi kimi qiymətləndirilib.

05 aprel 2021-ci ildə iqtisadçı, ictimai xadim və iş adamı Elşən Gəncəvi tərəfindən təsis olunan "Ganjavi Holding” qısa müddətdə müxtəlif sahələri əhatə edən güclü platformaya çevrilib. Holdinq maliyyə və mühasibatlıq, analitik təhlil və strateji maliyyə planlaşdırılması, yeni bizneslərin qurulması və idarə olunması, alternativ təhsil və təlim proqramları, layihələrin hazırlanması, kuryer və poçt xidmətləri, media üzərindən reklam, hüquqi və inzibati xidmətlər, İT həlləri, eləcə də səyahət və səfərlərin təşkili kimi geniş istiqamətlər üzrə fəaliyyət göstərir.

Bununla yanaşı, holdinq informasiya sferasında da aktiv rol oynayaraq iqtisadi, ictimai və sosial mövzuların işıqlandırılmasına və analitik materialların hazırlanmasına xüsusi önəm verir. Hazırda "Ganjavi Holding”in tərkibində "Najafsoy Group”, "Ganjavi Media”, "Strateji.az” və "Siyasi.az” xəbər portalları, "ELSHAN GANJAVI” şirkəti, "Public” və "Gəncəvi” jurnalları, eləcə də "GƏNCƏVİ” Milli Mükafatı layihəsi fəaliyyət göstərir.

Peşəkar fəaliyyəti ilə yanaşı, ictimai və sosial sahədə də aktiv olan Elşən Gəncəvi müxtəlif dövrlərdə "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyində maliyyə meneceri, "PUBLIC AZERBAIJAN” konsepsiyasının rəhbəri, "ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım ictimai birliyində ictimai və sosial şuranın rəhbəri kimi fəaliyyət göstərib. O, həmçinin "Oxu-magiya” kitabının müəllifidir və müxtəlif media platformalarında iqtisadi, ictimai və sosial mövzularda analitik yazılarla çıxış edir.

Təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr səviyyəsində, Timişoara Qərb Universitetində isə "Siyasi elmlər” ixtisası üzrə magistr səviyyəsində başa vuran Elşən Gəncəvi müxtəlif illərdə Milli Məclisə seçkilərdə də namizəd kimi iştirak edib.

Onun fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Belə ki, İstanbul şəhərində keçirilən "Altın Melek Ödülleri 2021” layihəsində "İlin ən uğurlu iş adamı”, "Turkey Exclusive Awards 2022” layihəsində "Azərbaycanın uğurlu iş adamı” və "Altın Melek Ödülleri 2025” layihəsində "İlin beynəlxalq ən uğurlu iş adamı” nominasiyaları üzrə mükafatlara layiq görülüb.

Qeyd edək ki, holdinqin adı Nizami Gəncəvi irsindən ilhamlanaraq seçilib və bu, milli-mənəvi dəyərlərə bağlılığın ifadəsi kimi dəyərləndirilir. Təsadüfi deyil ki, holdinqin təsis olunduğu 2021-ci il İlham Əliyev tərəfindən ölkədə "Nizami Gəncəvi ili” elan edilmişdi.

5 illik yubileyini qeyd edən "Ganjavi Holding” qarşıdakı dövrdə də fəaliyyət istiqamətlərini genişləndirməyi, innovativ yanaşmalar tətbiq etməyi və ölkənin iqtisadi, sosial və media mühitinə töhfə verməyi hədəfləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Aprel 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri