Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Öskürəyə nə yaxşı təsir edir?

Gazelli Art House Baku sizi “Məskunlaşmış fərdlər” adlı multidissiplinar qrup sərgisinə dəvət edir

Gazelli Art House Baku sizi “Məskunlaşmış fərdlər” adlı multidissiplinar qrup sərgisinə dəvət edir

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gazelli Art House Baku böyük məmnuniyyətlə sizi "Məskunlaşmış fərdlər" adlı multidissiplinar qrup sərgisinə dəvət edir. Sərgi, tanınmış amerikalı fenomenoloq və çağdaş fəlsəfənin aparıcı simalarından biri sayılan Edvard S. Keysinin (1ç3ç) fəlsəfi fikirlərinə söykənir.

Keysi "yer" və "məkan" anlayışları arasında dərin bir fərq qoyur. Onun fikrincə, "yer" insanın cismani varlığı ilə sıx bağlı olan, yaşanmış gerçək təcrübələrlə yoğrulmuş bir anlayışdır. "Məkan" isə daha çox abstrakt, hisslərdən uzaq və ölçüləbilən bir məmumdur. Keysi göstərir ki, yer sadəcə fiziki koordinat deyil: o, kimliyimizi, yaddaşımızı və dünyaya münasibətimizi formalaşdıran mühüm bir ünsürdür. O, bizi müəyyən bir yerə bağlı varlıqlar kimi təqdim edir və "yer əsaslı" bir düşüncə tərzinin vacibliyini vurğulayır.

Klassik modernist və karteziançılıq ənənələrinin boş, ölçülü və neytral məkan anlayışına zidd olaraq, Keysi yerin emosional qatlar, zaman hissi və mədəni məna ilə zənginləşdiyini irəli sürür: "Biz sadəcə bir yerdə deyilik. Biz həmin yerin özüyük".

Sərgidə iştirak edən rəssamlar təsəvvür edilən, unudulan və yenidən məskunlaşan yerlər vasitəsilə təcrübənin yerlə necə formalaşdığını və dislokasiyanın insan ruhuna və vücuduna necə təsir etdiyini araşdırırlar. "Məskunlaşmış fərdlər" ziyarətçini məkanı sadəcə seyr etməyə deyil, onu duymağa, orada var olmağa dəvət edir: sanki sərgi bir məkandan daha çox yaşanan bir təbəqədir.

Rəssamlar məkanı sabit və hərəkətsiz fon deyil, canlı, nəfəs alan bir varlıq kimi təqdim edir. Əsərlərdə məkan, şəxsi hekayələr və duyğularla yoğrulmuş emosional coğrafiyalara çevrilir. Burada məkan xatırlanır, sorğulanır və yenidən mənalandırılır.

Məskunlaşmış Fərdlər

Jalə Əziz, İrina Eldarova, Eldar Qurban, Bütünay Haqverdiyev, Anar Hüseynzadə, Ramal Kazım, Tora Mais, Regina Rzayeva, Rza Rzazadə

Sərgi: 12 avqust - 31 oktyabr, 2025 Gazelli Art House, Bakı

Rəssamlar haqqında

Jalə Əziz (d. 1ççç) Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) toxuculuq üzrə magistr təhsili almışdır. O, tekstil, toxuma və naxış texnikalarından istifadə edərək köhnə parçalar və fotoşəkillərlə yaddaş, kimlik və zaman anlayışlarını yenidən qurur. O, laylar, teksturalar və ənənəvi motivlərlə keçmişin səsini bu günə daşıyan təsirli əsərlər yaradır. Jalə Əziz Bakı, İstanbul və Moskvada keçirilmiş bir sıra qrup sərgilərində iştirak etmişdir.

İrina Eldarova (d. 1ç55) sənət fəaliyyətinə "Uşaq ədəbiyyatı" nəşriyyatında illüstrator kimi başlamışdır. Keçmiş SSRİ dönəmində və daha sonra bir çox ölkələrdə sərgilərdə iştirak etmiş, beynəlxalq media qurumları ilə sıx əməkdaşlıq etmişdir. 1çç6-cı ildən Böyük Britaniya Jurnalistlər Assosiasiyasının üzvüdür. Əsərləri müxtəlif texnikalarda olsa da, böyük ölçülü və monumental qarışıq texnikalar onun əsas vizual ifadə vasitələridir. O, müasir konseptual incəsənətin inkişafına verdiyi töhfələrlə tanınır. Fotoqrafiya, video-art və jurnalistika onun yaradıcılığında mühüm yer tutur. Eldarova Azərbaycandan olan müasir incəsənəti dünyaya tanıdan beynəlxalq səviyyəli bir çox layihədə iştirak edib. Bunlardan biri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə London, Paris, Berlin və Romada keçirilən "Bakıya uçuş", digəri isə 2013-cü ildə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan "Ev, doğma ev" sərgisidir

Eldar Qurban (d. 1ç48) Azərbaycan Respublikasının Əməkdar rəssamı və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1ç6ç-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsini, daha sonra isə

V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun qrafika fakültəsini bitirmişdir. 1ç72-ci ildə keçirilən ilk sərgisindən indiyə qədər onun əsərləri dünyanın müxtəlif ölkələrində nümayiş olunmuşdur. 1ç8ç-cu ildə Xəzəryanı respublikaların Biennalesində "Şair və Muza" əsəri ilə qızıl medal və birinci dərəcəli diplomla təltif olunmuşdur. Eldar Qurban Azərbaycan incəsənətində primitivizm üslubunu təmsil edən nadir rəssamlardan biridir. Onun üslubu Fransanın primitivizm ənənələrinə oxşayır; lakin yerli mühit və onun özəlliklərini araşdırmaqla, reallığı və öz xəyal dünyasının gözəlliyini müxtəlif dillərlə ifadə edir.

Bütünay Haqverdiyev (d. 1ç8ç) əsasən rəngkarlıq və heykəltəraşlıqla məşğul olsa da, 200ç-cu ildən bəri video- art sahəsində də fəal şəkildə çalışır və əsasən qısa animasiya filmləri çəkir. Onun video əsərlərində müxtəlif texnikalarla eksperiment aparılır; "zaman intervallı" (time-lapse) çəkiliş və kompozisiya vasitəsilə, o, hərəkətli heykəllər yaradır. Bakı şəhərində anadan olan rəssam Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsində təhsil almış, daha sonra Moskvada Britaniya Ali İncəsənət və Dizayn Məktəbində təhsilini davam etdirmişdir. Yeniyetmə yaşlarında artıq bacarıqlı bir rəssam kimi tanınmış, 2003-2008-ci illərdə Bakıda yerləşən pravoslav kilsəsində freskaların çəkilməsi və bərpası işlərində rəssamlar qrupunda çalışmışdır. Əsərləri Bakı ilə yanaşı Rusiya, Fransa və İtaliyada keçirilmiş bir sıra önəmli qrup sərgilərdə nümayiş olunub. 2013-cü ildə, onun əsəri İtaliyada keçirilən 55-ci Venesiya Biennalesində Azərbaycanın milli pavilyonunda təqdim olunmuşdur.

2015-ci ildə isə Azərbaycan xalça ornamentlərini ağac heykəltəraşlığı vasitəsilə təqdim etdiyi əsərlər Kannın Festivallar Sarayında "Azərbaycan xalçaları incəsənətdə" adlı sərgidə nümayiş olunmuşdur.

Anar Hüseynzadə (d. 1ç81) Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını magistr dərəcəsi ilə bitirib. Anarın yaradıcılıq məqsədi açıqdır: ənənəvi incəsənətdə mövcud boşluqları doldurmaq və sərhədləri dağıtmaq. 2005-ci ildən bəri Azərbaycan, Türkiyə, Almaniya, İsveçrə, Özbəkistan, Moldova və İngiltərədə keçirilmiş qrup sərgilərində iştirak etmişdir. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun fərdi sərgiləri sırasında "Əsatirlər danışır" (Muzey Mərkəzi, Bakı, 2014), və "Abşeron nağılı" (Gazelli Art House Bakı, 2021) kimi layihələr yer alır. Rəssamın əsərləri ABŞ, Böyük Britaniya, İsveçrə, Türkiyə, Yunanıstan, Avstraliya və Norveçdə şəxsi kolleksiyalarda saxlanılır.

Ramal Kazım (d. 1ç87) Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını 2008-ci ildə bitirmişdir. Ekspressionizm ənənəsinə əsaslanan Ramal güclü təsir bağışlayan, qeyri-adi fiqurlar və kəskin rəng çalarları ilə seçilən kompozisiyalar qurur. Onun əsərləri insan təcrübəsinin vizual gündəliyi kimi dəyərləndirilə bilər: şok və provokasiya rəssamın əsas ifadə vasitələrindəndir. Ramalın ifadəli insan fiqurları və obrazları Azərbaycan cəmiyyətində tabu hesab olunan mövzulara toxunur. Onun portretləri reallıqla abstraksiya arasında bir sərhəddə yaşayır; qırılmış butulka parçaları, zorakı jestlər və ağrı ilə ehtiras arasında əyilən simalarla dolu vizual bir axın yaradır. Əsərləri ölkədə və xaricdə keçirilən qrup sərgilərində nümayiş olunmuşdur. 200ç-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Tora Mais (d. 1ç7ç) azərbaycanlı multidissiplinar rəssamdır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Rəngkarlıq" ixtisası üzrə magistr dərəcəsini aldıqdan sonra 2002-ci ildə əvvəlcə Şanxaya, sonra isə hazırda yaşadığı Berlin şəhərinə köçmüşdür. Onun əsərləri, Xəzər dənizində yaşayan xəyali məxluqlar və ya mənzərələr pozitiv enerji və yumorla zəngindir. Tora, Şərq rəsmlərinin vizual dilini istifadə edərək, seksuallığa qadın baxışını oyunbaz və tənqidi şəkildə əks etdirir. Əsərləri 2007-ci ildə 52-ci Venesiya Biennalesində Azərbaycanın milli pavilyonunda, 1ççç-cu ildə "Manej" Mərkəzi Sərgi Zalında, 2010-cu ildə Stavanger Müasir İncəsənət Mərkəzində, 2011-2012-ci illərdə keçirilmiş "Bakıya uçuş" səyyar sərgisi, 2011 və 2015-ci illərdə PERMM Muzeyində, 2018-ci ildə Berlinin "Voluntary Art Liaison" layihəsində, "Café Avarice & Generosity" sərgisində (Galerie Dixç, Paris, 201ç) və 201ç-cu ildə Kipr Müasir İncəsənət Muzeyində nümayiş olunmuşdur. Əsərləri bir sıra muzeyin daimi kolleksiyalarına daxil edilmişdir.

Regina Rzayeva (d. 1çç6) Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində moda dizaynı üzrə təhsil almışdır. O, ənənəvi rəssamlıq texnikalarını istifadə edərək müxtəlif material və parçalarda işləyir. Parça onun üçün yalnız fon deyil, əsərin strukturuna daxil olan əsas ifadə vasitəsidir. O, boyanı incə şaquli xətlər şəklində tətbiq edərək parça teksturası ilə dialoqa girir. Rəssam öz sənət üsulunu müşahidəçi yanaşma kimi təsvir edir. Onun üçün incəsənət fəlsəfi düşüncənin və zaman anlayışının bir hissəsidir. Onun əsərləri zəriflik, həssaslıq və yüngüllük ilə fərqlənir və rəssam, bu vasitə ilə insanın özünü dərk etməsinin keçiciliyinə və kövrəkliyinə diqqət çəkmək istəyir.

Rza Rzazadə (d. 1çç4) Bakıda fəaliyyət göstərən vizual rəssamdır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq üzrə təhsil almışdır. Onun əsərləri İtaliya, Almaniya, Türkiyə və Böyük Britaniyada şəxsi kolleksiyalarda saxlanılır. 2022-ci ildə o, ilk fərdi sərgisi olan "Fırtına"nı təqdim etmişdir. Rəssamın vizual dili emosional xaosla formanın arasında bir tarazlıq qurmağa çalışır; ifadəli jestlər və simvolik fraqmentlər vasitəsilə müasir insanın çoxqatlı portretlərini yaradır. Təbiət, xüsusilə də ağac motivi bəzən bu vizual axının içində səssiz bir metafora kimi peyda olur.

Qalereya haqqında

"Gazelli Art House" 2010-cu ildə Mila Əsgərova tərəfindən təsis edilmişdir. Qalereya, İkinci Dünya müharibəsindən sonrakı dövrdən başlayaraq pop-art və abstrakt ekspressionizm kimi istiqamətləri təmsil edən sənətçilərdən tutmuş, rəqəmsal dövrdə sənəti yenidən mənalandıran ultramüasir yaradıcı simalara qədər geniş beynəlxalq rəssamları nümayiş etdirir. Qalereya, çoxşaxəli ifadə vasitələri ilə ənənələrə meydan oxuyan sənətçiləri dəstəkləyir. O, Bakıda yerləşən qalereya ilə birlikdə regionun sənətçilərini tanıtmaq və mədəniyyətlərarası dialoqu təşviq etmək məqsədi daşıyır. 2015-ci ildə qalereya incəsənət və texnologiyaların kəsişməsində yenilikləri dəstəkləmək üçün GAZELL.iO adlı onlayn platforma yaratdı.

Əlavə məlumat üçün: [email protected]

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Avqust 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see226

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see152

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see144

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see140

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri