Icma.az
close
up
RU

“Gecə saat 3də ərimə zəng edib, yuxudan oyadıb deyib ki...” aşıqlar arasında QALMAQAL alovlanır ÖZƏL AÇIQLAMALAR

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aşıq Telli Borçalı bir müddət əvvəl qalmaqal yaşadığı həmkarı Zülfiyyə İbadovanın yenidən onun haqda danışmasına əsəbiləşib. “Həmin Zaur” verilişinə açıqlamasında Telli Borçalı həmkarının yalan danışdığını iddia edib və onun ünvanına bu sözləri bildirib:

“Guya mən onun restoranına getmişəm, sazım orada qalıb. Onu otuzdurub danışıblar. Ağzına gələni danışıb. Elə bir şey olmayıb. Başından yekə yalanlar danışıb. Nə qədər ki, ssenarini o başladıb, mən də onu davam etdirəcəyəm. Deyir ki, mən qalmaqal sevmirəm. Sən qalmaqalın kvadratı yox, kubusan. Sən qalmaqaldan ötrü ölürsən. Fakt göz qarşısındadır. Sənin başın üçün deyil mənim haqda danışasan. Neçə dəqiqə haqqımda danışmısan. Mən sənin haqda o qədər danışsam, yer yerindən oynayar. Sus! Sən kimlərin qızışdırmasına, uydurmasına gedirsənsə, seçimin düz deyil. Nə etsən də ürəyindəkilərin heç biri olmayacaq” deyə münasibət bildirib.

Moderator.az-a açıqlamasında isə aşıq Zülfiyyə İbadova həmkarının sözlərinə qarşılıq olaraq bunları bildirib:

“Verillişi mən izləməmişəm, bu haqda məlumatım yoxdur. Yalçın Uğur “Yalçınla bir gün” verilişində məndən soruşdu ki, münasibətiniz necədir? Mən də söylədim ki, o hadisədən sonra onu görməmişəm, salam versə salamını alaram. Verilişdə dünən danışıb, xoflanıb ki, Zülfiyyə məndən danışıb. Sənin nəyindən danışacam ki? Bu adam başa düşsə görər ki, mən verilişdə artıq-əskik heç bir söz danışmamışam. Əgər o dərk etmirsə, mən nə deyim? Başa düşən adama gərək söz deyəsən. Kim mənim haqqımda danışırsa, demək ki, mən o adamdan qabaqdayam. Qoy nə istəyirsə danışsın. Mən bu mövzuya başqa cür don geyindirə bilmirəm. Hətta mən verilişdə demişəm ki, kaş bu söz-söhbət olmayaydı, üz-üzə gəlsək belə salamlaşarıq. Salam Allahın salamıdır. Mən kimisə söymüşəm ki? Nə demişəm ki? Kimisə üzünə söyməmişəm ki! Özümdən arxayınam. Haqqımda nə danışa bilər ki? Şükür Allaha elə bir səhvim yoxdur ki, oturub efirdə ondan danışsın. Xanıma belə danışıq yaraşarmı? Yəqin ki, Telli bu cür danışığı, çıxışı özü-özünə yaraşdırır”.

Zülfiyyə İbadova daha sonra bildirib ki, Telli ilə münasibətləri çox yaxşı olub:

“Mən kimdən gözləsəm də, ondan gözləməzdim. Dəfələrlə bizim evdə qonaq olub, deyib-gülüb, danışıb zarafatlaşmışıq. Hətta kim nə qədər aramıza girmək istəsə belə, mən imkan yaratmamışam. Görünür Telli buna imkan yaradıb. Mənə deyirlər ki, bu paxıllıqdan başqa bir şey deyil. Amma nəyin paxıllığını çəkirsə bilmirəm. Şükür Allaha, gözəlliyi var, sənəti var, tamaşaçı kütləsi var. Bəlkə də bir çoxları bilmir ki, söhbət nədən qaynaqlanır? Mətanət Əliverdiyevanın “Xəzər axşamı” verilişində qonaq idik. Mən, Manaf Ağayev və başqaları. Dedi sizə suallar verəcəm, sadəcə bir az şou xarakterli cavablar verin. Əvvəl Manafa sual verib dedi ki, toya kimi çağırmasan səndən inciməz? O da dedi ki, Zülfiyyəni çağırmasam məndən inciməz, çünki o ağıllı qadındır, nə demək istədiyimi başa düşür. Manaf iki adamdan birini seçməli idi. Manaf ərk edib mənim adımı çəkdi, onda belə çıxır ki, mən də ondan inciməli idim? Sonra mənə sual verib dedi ki, aşıq Zülfiyyə sazını kimə əmanət edə bilməz? Variantlar da aşıq Telli və aşıq Samirə idi. Mən də Telli ilə gündə bir yerdə olduğumuz üçün ərk edib onun adını çəkdim. Və Allah şahiddir ki, həqiqətən də həmin günü sazı bizdə qalmışdı. Gecə saat 2-3 radələrində zəng edib yoldaşımı yuxudan oyadıb və restoranı açıb sazını vermişik. Mən bunu yalan demirəm. Amma bu sözü qəsdən yox, ərkyanə demişəm. Telli bu sözü mənim haqqımda desəydi həqiqətən də inciməzdim. Əgər sən məni dost bilmişdinsə gərək belə danışmazdın, deyərdin ki, ora bizim ocağımızdır”.

Qeyd edək ki, Zülfiyyə daha əvvəl açıqlamasında sahibi olduğu restorandan danışaraq "Aşıq Telliyə sazımı etibar etmərəm. Həmişə gəlir bizim restorana yeyir, sonra da sazını unudub gedir. Zəng edir ki, sazım orada qalıb" deyə, bildirib. Bu söz Tellinin xoşuna gəlməmiş və onlar arasında mübahisə düşmüşdü.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Dekabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri