Icma.az
close
up
RU
“Gecə Suraxanıya aparır, güllələyir və meyitləri quyuya atırdılar” Bakıda bənzəri olmayan muzey

“Gecə Suraxanıya aparır, güllələyir və meyitləri quyuya atırdılar” Bakıda bənzəri olmayan muzey

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Paytaxtın tam mərkəzində, “Sahil” metrostansiyasından cəmi bir neçə yüz metr məsafədə maraqlı bir muzeyi yerləşir. İlk baxışdan insanların nəzərini cəlb etməsə də, öz daxilində olduqca vahiməli, düşündürücü və bir o qədər kədərli xatirələri daşıyan bu yer “Siyasi repressiya qurbanları” muzeyi adlanır.

Bu muzeydə 30-cu illərin qanlı repressiyalarının dəhşətli aurasını hiss etmək mümkündür. 

“Yeni Sabah”ın əməkdaşı olaraq, sözügedən muzeyə baş çəkdim.

Bu muzeyə giriş digərlərindən fərqlənir: ”Siyasi repressiya qurbanları” muzeyini ziyarət etmək üçün əvvəlcə Dövlət Sərhəd Xidmətinin rəsmi saytındakı eyniadlı bölmədən fərdi müraciət etmək lazımdır.

Məni burada “Siyasi repressiya qurbanları” muzeyinin rəisi Mirabbas Məmmədov qarşıladı.

Söhbətimiz zamanı o, oxucular üçün maraqlı olacağını düşündüyüm bir neçə sualımı da cavablandırdı.

- Bu muzeyin yaradılması ideyası kimə məxsusdur? Neçənci ildə yaradılıb?

- Gəlişiniz çox əlamətdar oldu. Çünki sabah, yəni mayın 24-ü Siyasi Repressiya Qurbanları Muzeyinin açılışının 6-cı ili tamam olur. Bu muzeyin təşkil olunması sırf Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyinin öz təşəbbüsüdür.

1925-ci ildən sonra Azərbaycanın dövlət təhlükəsizliyi orqanı olan Azərbaycan Fövqəladə Komissiyası (AFK) məhz bu binaya köçürülüb. 30-cu illərin əvvəllərində, bu binanın həyətində artıq həbsxana fəaliyyət göstərməyə başladı.

Bu həbsxana sənədlərdə “Xalq Daxili İşlər Komissarlığının daxili həbsxanası” (NKVD həbsxanası) adlanır. Əminliklə deyə bilərik ki, 30-cu illərin əvvəllərindən siyasi motivlərlə həbs olunmuş insanların hamısı məhz bura gətirilib. Dindirmə, işgəncə və güllələnmələr bu məkanda aparılıb. Hadisələrin məhz bu məkanda baş verdiyini nəzərə alaraq, DSX rəhbərliyi bu məkanda belə bir muzeyin təşkil olunması təşəbbüsü irəli sürdü. Bu təşəbbüs müvafiq qurumlarda bəyənildi və 4 ilə yaxın vaxt ərzində biz buranı hazırladıq.

Muzeydəki quruluş, eksponatlar təsviri həmin dövrə aiddir, yoxsa sadəcə təxəyyül məhsuludur? 

- Muzeyin təşkili zamanı rastlaşdığımız ən böyük problem məhz o illərə aid nəinki əşyaların, hətta yazılı xatirələrin, sənədlərin demək olar ki, olmaması idi. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) arxivində həbslər və dindirmələrlə bağlı sənədlər var. Amma cəza çəkmiş şəxslərin həmin hadisələrlə bağlı demək olar ki, heç bir yazılı xatirə materialı yoxdur.

Demək olar ki, bu barədə heç kim yazılı sənədsaxlamayıb. Sözsüz ki, əminliklə deyə bilmərəm ki, nümayiş etdirdiyimiz əşyaların hansısa 30-cu illərə aiddir. Ola bilsin, bəziləri 40-cı, 50-ci illərə aid olsun.

Əlbəttə, yaxşı olardı ki, məhz həmin illərə aid olan əşyalar olardı. Muzey hazılamışıq və o dövrlə bağlı təsəvvür yaratmaq üçün imitasiya edirik. Yeganə o dövrə aid olan əşyalar zalda görəcəyiniz qapılardır. O qapılar məhz 30-cu illərdə bura həbsxana olanda istifadə olunub.

Mən Qazaxıstanda da analoji keçmiş həbsxananın binasında olmuşam, eyni bu qapılardan orada da var.

- Tanınmış ziyalılardan hansıların burada işgəncəyə məruz qaldığı məlumdur?

- Təəssüf ki, bu gün həmin o illərə aid konkret olaraq, hansı otaq, hansı kamerada kimlər olub, buna dair AFK-nın sənədləri əlçatan deyil. Ola bilər sənədlər yoxdur, ola bilər var, amma onların harada yerləşdiyi bəlli deyil. Təəssüf ki, bu mövzu uzun illər lazımi səviyyədə araşdırılmayıb. Bunun da obyektiv səbəbi var.

30 ilə yaxın başımız düşmənlərlə mübarizəyə qarışmışdı. Düşünürəm ki, artıq bizim tarixçilərin, tədqiqatçıların və jurnalistlərin diqqəti artacaq. Bu mövzu danışmaqla, deməklə çatdırılası deyil.

- Bu təcridxanada öldürülənlər daha sonradan harada basdırılıb? Bu təcridxananın özünün xüsusi qəbirstanlığı olubmu?

- Bu yaxınlarda üzə çıxan ən təzə faktlardan birini sizə deyəcəm. Bunu hələlik heç bir mətbuat orqanına açmamışıq, siz ilk oldunuz.

Deməli, o dövrdə burada çalışan 2 zabit hadisələrin iştirakçısı olub. O zabitlərdən biri 1955-ci ildə istintaqa bu haqda məlumat verir. O deyir: “Biz ikimiz buradan maşınla Suraxanıya getdik. Məni Suraxanıya aparan zabitdən soruşdum ki, niyə gedirik? Dedi, gedib orada görəcəyik. Suraxanıya çatanda çöllükdə maşını saxladı və düşdük. Digər zabit mənə dedi ki, dünən burada bir xeyli insan güllələmişik. Mən indi gəlmişəm ki, həmin yerin üzəri yaxşı basdırılıb, ya yox. Yaxınlaşdıq quyuların birinə. Zabit dedi ki, insanları həmin quyunun yanına aparanda adamların əllərini, ayaqlarını bağlayırdıq, ağzına bir əski qoyurduq və yük maşınına yeşikləri düzən kimi canlı insanları üst-üstə düzüb aparırdılar. Daha sonra quyunun ağzına gətirib, orada güllələyirdi və birbaşa quyuya düşürdü”.

Bunları danışan həmin o zabit deyir ki, mən həmin o quyuya yaxınlaşdım və hətta dibini görmədim. Quyunun diametri isə 2 metrdən az deyildi. Məndə elə bil güman yaranır ki, bu quyular elə əvvəlcədən, məqsədli formada hazırlanıb. Bax bu son sənədlərdən aşkar etdiyimiz məlumatlardan biridir. Həmin dövrlə bağlı belə sözləri dolaşır ki, məhkumları aparıb Nargində gülləyərdilər. Amma bu ağlabatan deyil. Artıq Stalindən sonra NKVD-də işləyən əməkdaşlar artıq ilk illərdə, yəni 1954-55-ci illərdə onlar da istintaqa şahid kimi cəlb olunurdular. Bu o istintaq idi ki, orada əssasız cəzalandırılmış şəxslərə bəraət verilməsi üçün həmin işlərə yenidən baxılırdı.

Yenidən baxılanda sözsüz ki, həmin o istintaqı aparanlar, işgəncə verənlər də dindirilirdi. Onların böyük əksəriyyəti həmin illərdə artıq NKVD-də işləmirdi. Həmin o şahidlərdən Tağıyev soyadlı şəxs deyir ki, biz insanları gecə güllələyirdik. Daha sonra gecəylə meyitləri dəniz qırağına daşıyıb, oradan isə qayıqlara yükləyib dənizin ortasına tökürdük. Belə faktlar da var. 

- Ümumən 1930-cu illərdə repressiyaya məruz qalan azərbaycanlıların dəqiq sayı məlumdur? Təxminən neçə ziyalımız həmin hadisələrin qurbanı olub?

- Dəqiq rəqəm yoxdur. Amma müəyyən sənədlərdə bəzi rəqəmlər yer alıb. 1937-ci ildə SSRİ-nin Xalq Ədliyyə Komissarlığından Azərbaycana məktub gəlir ki, rəhbər orqanlar təklif ediblər ki, kənd yerlərində olan haqsız həbslərə və məhkəmə işlərinə yenidən baxılsın. Həmin məktub Moskvadan Mircəfər Bağırov adına gəlir. Məktubda Xalq Ədliyyə Komissarlığının əməkdaşı İvanov yazır ki, bizim hesablamalarımıza görə, siz Azərbaycanda 11 min işə yenidən baxmalısınız. 11 min iş də 32 min insana şamil olunur. Bu təkcə 1934-1937-ci illərdə etiraf olunanlardır.

Bilirik ki, repressiyalar 1920, 1940, 1950-ci illərdə də olub. SSRİ Xalq Daxili İşlər komissarı Nikolay Yejovun 00447 saylı əmri olub. Biz buna “güllələnmə planı” deyirik. Hər respublika, vilayət və diyar üçün plan qoyulmuşdu ki, nə qədər adam güllələnməlidir. SSRİ Xalq Daxili İşlər Komissarlığının məxfilik qrifi üzərindən götürülən məlumatlarının birində qeyd edilir ki, Azərbaycanda məhz 00447 saylı əmrin icrası ilə 9972 nəfər repressiyaya məruz qalıb. Lakin bunların nə qədərinin güllələndiyi yaxud sürgün olunduğu hələlik məlum deyil.

Ötən illərdə Rusiya arxivlərindən tam da olmasa, müəyyən məlumatları müəyyən ödəniş etməklə əldə etmək olurdu. Bu il müraciətlər 1 aydan çoxdur ki, cavabsız qalıb. Məlumatın əldə olunması da bir problemdir. 

- Xatırlayırsınızsa, bir müddət öncə Mikayıl Müşfiqin nəşinin tapılması ilə bağlı söhbət gedirdi. Sonra müəyyən oldu ki, DNT nümunələri bunu təsdiqləmir. Sözügedən nəş harada tapılmışdı?

- Açığı mən sizə deyim ki, həmin məlumat ictimaiyyətdə gedən kimi, 100 faiz bəlli idi ki, o analiz heç nə verməyəcək. Bu gün Azərbaycanda basdırılan repressiya qurbanlarının heç birinin məzarı tapılmır. Burada böyük qüvvə lazımdır ki, kompleks formada araşdırılsın. Dediyim kimi, dənizə atılanlar olub, quyulara basdırılanlar olub. Bəzi ehtimallar var ki, neft mədənlərində istismardan çıxmır quyulara da ata bilərdilər. Mənbələr göstərir ki, elə gecə olub ki, 100-150 nəfər güllələnib. Çox güman ki, 100-1000 nəfərin basdırıldığı məkanlar var. Onlar haçan və nə vaxt çıxacaq, bu biraz müşkül məsələdir. 

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 May 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see188

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see187

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see145

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see145

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see143

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see142

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see141

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see136

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see134

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see130

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see127

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see127

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see127

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see127

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri