Icma.az
close
up
RU
Gecəki ailə faciəsi ilk deyildi... Sabirabadda yanğın kabusu

Gecəki ailə faciəsi ilk deyildi... Sabirabadda yanğın kabusu

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gecə Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində baş verən yanğın 4 nəfərlik gənc ailənin məhv olmasına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, ötən gün rayonun adıçəkilən kəndində olan hadisə Sabirabadda yaşanan ilk belə faciə deyil.

Belə ki, 2012-ci ilin martında rayonun Qaraqaşlı kənd sakini Abdulkərim Murtuzayevə məxsus evdə qeydə alınan güclü yanğında ev sahibinin oğlu - Valehin və onun 3 övladının yanmış meyitləri tapılıb. A.Murtuzayev və gəlini Emiliya isə yanıq xəsarətləri alıb.

2013-cü ilin oktyabrında isə rayonun Quruzma kəndində baş verən güclü yanğında ev sahibinin həyat yoldaşı yanıq xəsarəti alıb, 2011-ci il təvəllüdlü nəvəsi isə vəfat edib. Digər 2 azyaşlı son anda xilas edilib.

2014-cü ilin dekabrında Sabirabadın Qaratuğay kəndindəki yanğında isə ailənin 5 üzvü: 1967-ci il təvəllüdlü Rzayeva Nəzakət Hüseynağa qızı, 1991-ci il təvəllüdlü Rzayeva Lamiyə Mahir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Mənsumə Zabil qızı, 2012-ci il təvəllüdlü Rzayeva Yağmur Zabil qızı və 2013-cü il təvəllüdlü Rzayeva Gülay Zabil qızı həyatını itirib.

Oxşar hadisələr növbəti illərdə də bir neçə dəfə təkrarlanıb.

Son olaraq bu ilin 10 aprel tarixində Sabirabadın Bala Həşimxanlı kəndində fərdi yaşayış evində baş vermiş yanğın zamanı xəsarət alan 13 yaşlı Yasəmən Məmmədli Bakıda xəstəxanada vəfat edib. Daha 6 nəfər isə xəstəxanaya yerləşdirilib.

Mütəxəssislər bildirirlər ki, baş verən yanğınların əsas səbəbi təhlükəsizlik qaydalarına əməl edilməməsidir.

Aslan Vəliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 İyun 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri