Icma.az
close
up
RU
Gecikmiş addım, yaxud...

Gecikmiş addım, yaxud...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Tövsiyə xarakteri daşıyan qətnamə

Fevralın 25-də Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümü ilə əlaqədar Avropa İttifaqı ölkələrinin təşəbbüsü ilə BMT Baş Assambleyasında fövqəladə sessiya keçirilib - sessiyanın sonunda Rusiya qüvvələrinin Ukraynadan dərhal çıxarılmasını və müharibənin dayandırılmasını tələb edən qətnamə qəbul olunub. Səsvermə zamanı qətnamə 93 lehinə, 18 əleyhinə səslə təsdiqlənib, 65 ölkə isə səsvermədə birtərəf qalıb. ABŞ və Rusiya qətnamənin əleyhinə səs verib.

Sözügedən qətnamədə vurğulanıb ki, Rusiya-Ukrayna müharibəsi 3 il davam edir və bu, təkcə Ukrayna üçün deyil, həmçinin digər regionlar və qlobal təhlükəsizlik üçün də ciddi təhlükə yaradır. Aİ-nin üzv ölkələri tərəfindən irəli sürülən sənəddə müharibənin dərhal son qoyulması və rus qoşunlarının Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən tamamilə çıxarılması tələb olunur. Qeyd edək ki, BMT Baş Assambleyasında qəbul edilən qətnamələr tövsiyə xarakteri daşıyır və hüquqi cəhətdən məcburi qüvvəyə malik deyil - bundan əvvəl də - 2014, 2022 və 2023-cü illərdə Baş Assambleyada Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı qətnamələr qəbul olunub.

Qətnamə Tramp administrasiyası tərəfindən birmənalı qarşılanmayıb - Dövlət Departamentinin katibi Marko Rubio “Breitbart News”a müsahibəsində bildirib ki, BMT Baş Assambleyasının düşmənçilik xarakterli qətnamələri Ukraynadakı münaqişənin həllinə kömək etmir. 

“Düşünürük ki, münaqişənin hər iki tərəfinə qarşı olan bir qətnamənin BMT-də qəbul edilməsi həlli asanlaşdırmayacaq”, -deyə  Rubio vurğulayıb.

Qətnamənin müsbət təsiri olacaqmı?

Məsələ ilə bağlı politoloq  Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, bu qətnamə mövqe nümayiş etdirmək üçün irəli sürülüb: 

“BMT Baş Assambleyasında bir sıra regional münaqişələrlə bağlı saysız-hesabsız qətnamələr qəbul olunub. Amma onların heç birinin icra mexanizmləri olmayıb. O ki qaldı Baş Assambleyanın yeni qətnaməsinə, kifayət qədər gecikmiş bir addımdır. Artıq Rusiya ilə Ukrayna arasındakı müharibənin üçüncü ili başa çatır. Faktiki olaraq, Rusiya Ukraynanın kifayət qədər ərazisinə nəzarət edir. Bundan əlavə, Ukraynanın bir sıra şəhərləri müharibə nəticəsində darmadağın olub. Belə bir zamanda BMT-nin Baş Assambleyasında bu cür qətnamələrin irəli sürülməsi Ukraynada müharibənin dayandırılmasından daha çox Qərb yarımkürəsindəki müəyyən dairələrin maraqlarına xidmət edir. Yəni onlar bununla mövqe nümayiş etdirirlər. Bildiyimiz kimi, bu gün Tramp administrasiyasının Ukrayna məsələsində mövqeyi Avropa İttifaqının mövqeyi ilə ziddiyyət təşkil edir. Hətta ABŞ Aİ-ni Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindən kənar edib”.

Politoloq, həmçinin vurğulayıb ki, bu qətnamənin hər hansı faydasının olacağı ehtimalı azdır: “Baş Assambleyanın digər qətnamələri kimi bu qətnamənin də icra mexanizmləri olmayacaq”. A.Nərimanlının sözlərinə görə, bu cür qətnamələr yalnız diplomatik danışıqlarda istifadə bilər: “Əgər Ukraynadakı münaqişə dondurulub Moskva ilə danışıqlar prosesi başlayacaqsa, bu halda Ukrayna tərəfi danışıqlar masasında Rusiyanın onun ərazilərindən çıxmasını tələb etmək üçün bu qətnaməni  irəli sürəcək. Amma əsas məsələ burasındadır ki, Rusiya ilə Ukrayna arasında müharibənin nə zaman sona çatacağı, xüsusilə Kiyevin münaqişənin nizamlanması üzrə keçiriləcək danışıqlarda rolunun nə olacağı bəlli deyil. Bu gün ABŞ Zelenski hakimiyyətinə tələblərini qəbul etdirmək üçün ona təzyiqlər edir. Tələblərin icra olunmadığı təqdirdə Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması məsələsi var. Hər halda hesab edirəm ki, danışıqlar prosesində Vaşinqton və Moskvanın mövqeyi üstünlük qazanacaq. Ukraynanın gələcəyi müəmmalıdır”.

Vaşinqtonun niyyəti ciddidir

A.Nərimanlı qeyd edib ki, Tramp administrasiyasının BMT ilə bağlı mövqeyi bir sıra geosiyasi hədəflərə söykənib: “ABŞ-ın BMT-nin üzvlüyündən çıxması məsələsi Trampın birinci hakimiyyəti dövründə də gündəmə gəlib. Amma konqres bunu qətiyyətlə rədd etdi. Trampın Ağ Evə qayıtmasından sonra yenidən bu məsələnin gündəmə gəlməsi Vaşinqtonun niyyətinin nə qədər ciddi olduğunu göstərir. Ancaq bu məsələyə mövcud şərtlər daxilində baxmaq lazımdır. Trampın BMT ilə bağlı mövqeyi onun cari dövrdə atacağı addımlara hesablanıb. Onun hədəflərinə Ukrayna da daxildir - Tramp administrasiyası BMT-də Ukrayna münaqişəsi ilə bağlı qətnamələrin öz mövqeyinə uyğun təsdiqlənməsini istəyir. Yəni Rusiya işğalçılıqda ittiham olunmamalıdır və münaqişənin sona çatması üçün Kiyev və Moskva ortaq məxrəcə gəlməlidir”. Ardınca politoloq əlavə edib: “ABŞ Ukrayna və onun üçün geostrateji əhəmiyyət kəsb edən digər məsələlərdə öz məqsədlərinə çatmaq üçün BMT-dən çıxmaq məsələsindən təzyiq vasitəsi kimi istifadə edə bilər”.

Yunis ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Fevral 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see549

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see198

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see180

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see179

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see170

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see169

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see165

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see165

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see164

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see164

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see162

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see162

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see161

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see160

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see159

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see159

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see159

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see159

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see159

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri