Icma.az
close
up
RU
Gədəbəydə 500 ə yaxın qəbir abidəsi aşkarlandı

Gədəbəydə 500 ə yaxın qəbir abidəsi aşkarlandı

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu barədə Ölkə.az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, 2023-cü ildə Gədəbəy arxeoloji ekspedisiyasının rəhbəri Tükəzban Göyüşova tərəfindən aparılmış nekropolda arxeoloji kəşfiyyat işlərinə söykənən ilk əsaslı tədqiqat zamanı yerüstü əlamətləri bilinən 130-a qədər qəbir abidəsinin varlığı qeydə alınmışdı. Hazırda isə üst torpaq örtüyün götürülməsi nəticəsində xeyli sayda yeni qəbirlər (əsasən uşaq qəbirləri) müəyyən edilib, beləliklə, qəbirlərin ümumi sayı hələlik 500-ə yaxın olub.

Məlumata görə, qəbirlərin bəziləri dikinə basdırılmış baş və ayaq daşları, qəbir kameraları üzərində cənub-qərb – şimal-şərq istiqamətində uzadılmış sinə daşları ilə müşayiət olunurlar. Yalnız sinə daşları ilə müşayiət olunan qəbirlərin sayı isə daha çoxdur. Qəbirlər sıx salınmışdır və qəbirüstü daşların ölçüsündə qeyri-standartlıq müşahidə olunur. Baş və sinə daşları təxminən 2-2,5 m uzunluğunda, 50-80 sm qalınlığında olub, ağırlıqları 200-300 kq-dan 1 tona qədərdir. Ehtimal etmək olar ki, bu qədər ağır çəkidə qəbir daşları zamanında xüsusi texnologiya ilə qəbristanlığa gətirilib, dəfn mərasimlərində istifadə edilib.

Nekropolda arxeoloji qazıntı işlərindən öncə ölçü işləri aparılıb, reperlər təyin edilmiş və qazıntı sahəsi müvafiq qazıntı zonalarına (A, B, C, D, E) və qazıntı kvadratlarına (A1, A2, B1, B2, və i.a.) bölünüb. 10x10 m ölçüdə 17 qazıntı kvadratı (şimal-cənub istiqamətində) müəyyən edilib, 1700 m2-lik ümumi qazıntı sahəsinin 12 kvadratında ilkin mərhələ artıq tamamlanıb. Nekropoldakı qəbirlərin dəqiq sayını və onların tutduğu arealı müəyyən etmək məqsədilə ərazinin üst torpaq örtüyü relyefdən asılı olaraq 20-40 sm qalınlığında götürülüb. Üst torpaq örtüyün götürülməsi nəticəsində xeyli sayda yeni qəbirlər (əsasən uşaq qəbirləri) müəyyən edilmiş, beləliklə, qəbirlərin ümumi sayı hələlik 500-ə yaxın olub. Bu rəqəm, yerüstü əlamətləri əsasında müəyyən edilmiş qəbirlərin sıralamasında statistik artımı və nekropolun qəbirlərinin real sayını göstərir. Torpaq işlərinin digər kvadratlarda tamamlanması prosesinin sonunda bu qəbirlərin sayında yenə də artım istisna edilmir.

Nekropolun qəbirlərində vahid istiqamət prisnsipi gözlənilir. Müşahidə edilib ki, bəzi sapmaları nəzərə alınmasa, əksər qəbirlər cənub-qərb – şimal-şərq istiqamətində salınıb. Qəbir daşları üzərində işlənmə izləri və əlamətləri yoxdur. Daşların, demək olar ki, çox böyük əksəriyyəti təbii qaya, dağ daşlarıdır. Bəzi qəbir daşları qranit cinslidir. Çox az sayda baş və sinə daşlarının səthi kobud formada hamarlanıb. Belə daşların üzərində əsasən cızma üzulu ilə alban xaçları təsvir edilib. Xaç təsvirlərinə müxtəlif formalarda rast gəlinir. Yanları qabartmalı lotos gülü formasında həkk edilmiş xaç təsvirləri daha çox üstünlüyə malikdirlər. Onların sayı az olsa da, alban dövrü xristian simvollarının müəyyən edilməsi baxımından əhəmiyyət daşıyırlar. Tərtibatı və özünəməxsus təsvir xüsusiyyətlərinə görə alban xaç daşları dövrün memarlığının, incəsənətinin və dini simvolikasının üzvi sintezini yaradıb. Alban xaç daşları haqqında elmi tədqiqatlar alban xristian abidələrinin tarixini arxeoloji və memarlıq baxımından tədqiq etməyə, xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa imkan verir.

Qeyd edək ki, nekropolun sahəsi 1 ha-dan bir qədər artıqdır. İlkin müşahidələr onu deməyə əsas verir ki, zamanında nekropolun sərhədləri daha geniş əraziləri əhatə edib. Bu fikri yaxın ətraflardan, xüsusilə əkin yerlərindən tapılan eyni formalı qəbir daşlarının aşkarlanması da sübut edir. Ayrıca, nekropolun şərq hüdudunda sərt dağ yamacının torpaqlarını yağış və sel sularının yuması və aşınma nəticəsində bəzi qəbirlər dağıntıya məruz qalıb.

Xarxar nekropolu Gədəbəy rayonunun Xarxar kəndində, Xarxarçayın kiçik dağ çayı qolunun hündür sol sahilində, yüksək dağ zirvəzindən çay dərəsinə yönəlik yastı, az maili təpəliyin üzərində qərarlaşır.

Növbəti mərhələdə qəbirlərin açılması, dəfn adətlərinin tədqiq edilməsi, insan qalıqları üzərində antropoloji tədqiqatların aparılması və s. işlər planlaşdırılır.

İlkin tədqiqatlar onu deməyə əsas verir ki, nekropolda dəfnlər az sayda xristianlığa qədərki mərhələyə, daha çox dəfnlər isə xristianlığın qəbulundan sonrakı mərhələyə aiddir. Təxmin etmək olar ki, xristianlığın qəbulundan sonrakı 4-5 əsr ərzində nekropolda dəfnlər ardıcıl olaraq icra edilmişdir.

Nekropolda arxeoloji tədqiqatlar davam edir.

Xatırladaq ki, Xarxar nekropolunun yerləşdiyi məkan ilk dəfə 2012-ci ildə mərhum arxeoloq Qoşqar Qoşqarlı tərəfindən Şəmkir və Gədəbəy rayonları ərazisində alban dövrünə aid arxeoloji abidələrin qeydiyyatı aparılan zaman yerli əhalinin verdiyi məlumat əsasında müəyyən edilmiş, əraziyə ilkin arxeoloji baxış keçirilmiş, müşahidələr aparılıb və abidənin xüsusiyyətləri müəyyən edilib. Nekropolda arxeoloji kəşfiyyat işlərinə söykənən ilk əsaslı tədqiqat isə 2023-cü ildə Gədəbəy arxeoloji ekspedisiyasının rəhbəri Tükəzban Göyüşova tərəfindən aparılıb, nekropolun tutduğu areal müəyyənləşdirilib, qəbirlərin bəziləri fotolaşdırılmış, abidənin yerləşdiyi ərazinin çevrə koordinatları götürülüb və bu barədə toplanılan informasiya müəllifin elmi hesabatına daxil edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 İyul 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri