Icma.az
close
up
RU
Gədəbəydə gənc oğlandan yetkinlik yaşına çatmayan sevdiyi qıza qarşı dəhşətli əməl

Gədəbəydə gənc oğlandan yetkinlik yaşına çatmayan sevdiyi qıza qarşı dəhşətli əməl

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gədəbəy rayonunda 1998-ci il təvəllüdlü Nahid yetkinlik yaşına çatmayan sevgi münasibətində olduğu Gülşən (adlar şərti göstərilib - red.) ilə cinsi əlaqədə olub.

Demokrat.az-ın məlumatına görə, hadisə 30 avqust 2023-cü ildə, saat 23 radələrində Gədəbəy rayonunun kəndində baş verib.

Nahid kənddə yerləşən xalası Əminəyə məxsus yaşayış evində aralarında iki ildən çox yaş fərqi olmaqla onun üçün aşkar surətdə on altı yaşına çatmayan Gülşən ilə öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Hadisəni törədən Nahidin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonunun kəndində yaşayır: "Yaşadığım kənddə yerləşən "avtoyuma" məntəqəsində avtomobil yuyub ailəmi dolandırıram. Mən 2-ci Qarabağ müharibəsində könüllü iştirak etmişəm, üç medal almışam, bir dəfə yaralanmışam. Lakin yenidən sağaldıqdan sonra döyüşə qayıtmışam. Torpaqlar azad olunan günədək döyüşmüşəm".

Nahidin ifadəsinə görə, 2023-cü ilin iyun ayında Gədəbəy rayonunun kəndində Gülşən ilə tanış olub: "Gülşən həmin il həmkəndlim Mahirəgilə qonaq gəlmişdi və həmin vaxtdan bir-birimizi gördük, aramızda sevgi münasibətləri yarandı. Mənim fikrim ciddi olub. 29 avqust 2023-cü ildə Gülşən ilə telefonla danışan zaman evlənmək üçün mənimlə qoşulub qaçmağı təklif etdim. Gülşən mənim təklifim ilə razılaşdı. Avqustun 30-da Gədəbəy rayonundan özümə məxsus VAZ-2111 markalı avtomobillə Gəncə şəhərinə Gülşənin dediyi ünvana getdim. Həmin yerdən Gülşəni götürərək, Gədəbəy rayonunun kəndində yaşayan xalam Əminənin evinə gətirdim. Xalamın evində Gülşən ilə ikimizə birlikdə yer saldılar. Həmin vaxt Gülşən ilə cinsi əlaqədə olmaq istədim. Gülşən mənə 16 yaşının tamam olmadığını dedi. Bu səbəbdən Gülşənlə onun öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə oldum. Gülşəni qaçıran zaman, eləcə də onunla cinsi əlaqədə olan vaxt ona qarşı hər hansı zorakılıq, fiziki və ya psixi təsir göstərməmişəm. Gülşən ilə ər-arvad münasibətlərində birlikdə yaşayırıq".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Gülşənin sözlərinə görə, Gəncə şəhərində valideynləri və digər ailə üzvləri ilə birlikdə yaşayır: "Gədəbəy rayonunun kəndində yaşayan xalam Mahirənin evinə qonaq getdim. Onlarda qalarkən təsadüfən həmin kənddə yaşayan Nahid ilə tanış oldum və telefon nömrələrimizi bir-birimizə verdik. Mütəmadi əlaqə saxladıq. Nahid mənimlə evlənmək istədiyini dedi və mənə ailə qurmaq məqsədilə qoşulub qaçmağı təklif etdi. Avqustun 29-da, saat 20 radələrində Nahidlə telefonla danışdım və danışıq zamanı Nahid birlikdə evlənmək məqsədilə Gədəbəy rayonuna getməyi təklif etdi. Mən də onun təklifi ilə razılaşdım".

Zərərçəkmiş qeyd edib ki, avqustun 30-da, saat 21 radələrində Nahid ilə onun yaşadığı evin yaxınlığında görüşüb və Nahidin avtomobili ilə Gədəbəy rayonunun kəndinə, Nahidin xalasının yaşadığı evə gəliblər: "Həmin gecə saat 23 radələrində Nahidin təklifi ilə razılaşaraq könüllü razılıq əsasında qeyri-təbii yolla cinsi əlaqədə olduq. Mən Nahiddən şikayətçi deyiləm, bir ailə kimi birlikdə yaşayırıq. Mən hazırda hamiləyəm".

Bu cinayət işinə Gədəbəy Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nahidin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddə tətbiq olunub. Ona 8 ay sınaq müddəti olmaqla 1 il müddətinə şərti cəza verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Noyabr 2024 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri