Icma.az
close
up
RU
Gedin, mövzu axtarın, xəbər yazın, ayıbdır!

Gedin, mövzu axtarın, xəbər yazın, ayıbdır!

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mediamızın bəzi agentlik, sayt və portalları var ki, görünür, mətbuatdan, onun janrlarından hələ də xəbərləri yoxdur. Ona görə ki, keyfiyyətə yox, kəmiyyətə, “like” jurnalistikasının inkişafına xidmət etməkdədirlər. Qarşılarına nə çıxırsa, ondan xəbər yaradırlar, həm də bir-birini təkrarlaya-təkrarlaya yüzlərlə eyni xəbər. Hara baxırsan eyni xəbər, nə qədər axı. Ta cana doyduq biz.

Yaxşı, bunu hələ qoyaq bir tərəfə. Bəziləri dirilərdən yazdılar, onları bəxtəvər etdilər, indi qalıb ölülər. Dünən qarşıma bir informasiya agentliyinin xəbəri çıxdı: “Süni intellekt Məhəbbət Kazımova “Laçınım”ı oxutdurdu”.

Allah xətrinə, sərlövhəyə diqqət edin. Dünəndən özümə gələ bilmirəm. Ona görə ki, müasir jurnalistika budur? Süni intellekt kimdir və nədir ki, mahnı oxutdura? Bu, jurnalist adını daşıyan şəxsin hansı dərrakə ilə yaza biləcəyi sərlövhə ola bilər?

Birincisi, rəhmətlik Məhəbbət Kazımovun sağlığında bu mahnı istənilən qədər dinlənilib, həm də minlərlə tamaşaçı tərəfindən anşlaqla qarşılanıb. Süni intellektin ona mahnı oxutmasına ehtiyac yoxdur. Həm də hazırda bu mahnının lent yazısını istənilən yerdə, sosial platformalarda dinləmək olar. İkincisi, bu süni intellektdən sosial şəbəkələr kimi düzgün istifadə etməyə-etməyə, çox keçməz, onu da özümüz üçün təhlükəyə çevirərik. Necə ki, sosial şəbəkələrin ağını çıxarıb indi uşaq-yeniyetmə və gənclər üçün təhlükə ocağı yaratmışıq, eləcə də süni intellektin başına elə bir oyun gətirməkdəyik ki, inanın, bu təhlükədən sabah çox zərər görəcəyik. Nə bilim, dostluqlar, rəfiqəliklər, bacı olmaq, qardaşlaşmaq, fotolar canlandırmaq, şəkillər düzəltmək, söhbətlər etmək və sair...

Zəhmət olmasa, süni intellektin Məhəbbət Kazımovu canlandırmasına diqqət edin. Bizim üçün çox dəyərli olan sənətkarı robot halına gətirib, bunu da yaxşı bacara bilməyib. Elə bil şəkil hərdən ağzını açır və susur. Əlindəki çiçəklərə baxın hələ. Bunu kim rəva görüb bizim böyük sənətkara görəsən?

Nə üçün bizi əlimizdə olanlar qane etmir? Kim bu mahnını dinləmək istəyirsə, You tube-da sənətkarın vaxtilə canlı ifa ilə səsləndirdiyi və lentə alınmış versiya var. Ona qulaq asa biləcəyimiz təqdirdə, süni intellektin bu gülünc “oxutmasına” ehtiyac varmı?

Digər tərəfdən bunu xəbər edən agentlik nə düşünür? Yəni bu qədərmi “like” üçün? Vallah, şair demişkən dəli bir ağlamaq keçir könlümdən. Son vaxtlar iki müğənninin biri-birinə xoş gəlməyən sözlərindən, hansısa aparıcının dəbdəbəli evində özünə ad günü keçirməsindən, dünən səhnəyə gələn müğənninin geyindiyi paltar-ayaqqabısının aparıcının gözlərini kəlləsinə çıxaran qiymətindən, sadə bir aparıcının öz dəbdəbəli evinin pəncərəsindən ətrafa baxıb məmnun qalmasından, efirdə uşağının atasının sevgilisi olduğuna utanmaz etiraflardan yaranan xəbərlərlə hər dəfə rastlaşanda onsuz da çox tez-tez dəli bir ağlamaq keçir könlümdən.

Budur, milli mətbuatımızın müasir dövrü? Budur müasir jurnalistika? Budur bizim mediaya verdiyimiz töhfə?

Məncə ağlımızı başımıza yığmalıyıq. 150 il layiqli yol keçib bu dövrə gəlib çıxmamışıq ki, əsr yarımda qazandıqlarımızı əlimizdən asanlıqla verək.

Gedin, əziyyət çəkin, mövzu tapın, xəbər yazın. Rəhmətə getmiş bir müğənnini bu vəziyyətə salan süni intellekt də, onu xəbər edən agentlik də papağını qarşısına qoyub yaxşı-yaxşı fikirləşsin. Süni intellekt bir “intellektini” işə salsın, görsün nə etmək istəyib burada? Hər hansı bir yenilikdirmi bu? Və yaxud bunu xəbər edən agentlik, bir fikirləşsin, görsün bu, xəbər janrının hansı xüsusiyyətinə uyğun gəlir? Düşünürəm ki, dərindən fikirləşsələr, süni intellekt uğursuz işindən, agentlik isə uğursuz xəbərindən əl götürər.

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Avqust 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri