Icma.az
close
up
RU
Gücünüzü içinizdə axtarın!

Gücünüzü içinizdə axtarın!

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Dünya elə sürətlə inkişaf edir ki, nəyin yalan, nəyin doğru olduğunu müəyyən etmək çətindir. Hələ qloballaşma deyilən mövzu ortaya çıxandan sonra məsələ bir az da qəlizləşib. Bəs nədir qloballaşma? - Dünyada ortaq mədəniyyət, ortaq düşüncə və həyat tərzi təmin etmək cəhdi. Bütün bunlar nə qədər özünü doğruldacaq, bu, əlbəttə gələcəyin işidir. Ancaq bizim bildiyimiz elə şeylər var ki, onlardan güzəştə getmək çətindir.
Həqiqətən həyatımızda elə məqamlar var ki, bir qədər fərqli yaşasaq, güzəştə getsək, bəlkə də qazanarıq. Ancaq elə məqamlar da var ki, bir addım belə güzəşt yeri yoxdur. Min illərdən bəri sınanıb qəbul olunmuş keyfiyyətlər var. Məsələn, insan heç vaxt doğruluqdan, ədalətdən güzəştə gedə bilməz. Bunlar bizim əsas prinsiplərimizdir. İnsan həmişə böyüyünə ehtiramla, kiçiyinə mərhəmətlə yanaşmalıdır. Bunlar da bizim milli dəyərlərimiz, pozulmaz normalarımızdır. Namus anlayışı var, xeyirxahlıq düşüncəsi var, yardım etmək, əldən tutmaq var - bunlar da bizim dəyərlərimizdir. Yəni, məsələyə kompleks yanaşdıqda bizim pozulmaz bir əxlaq sisteminə sahib olduğumuz ortaya çıxır. Belə olan halda, dünya ilə qloballaşarkən hansı prinsiplərimizdən keçməli olduğumuzu yaxşı düşünməliyik.
Bəşər tarixində dəfələrlə isbat olunub ki, insanlıq öz məcrasından çıxanda fəlakətə uğrayır. Bu mövzuda kifayət qədər nümunələr göstərmək olar. Ancaq onlara ehtiyac görmədən bir şeyi vurğulamaq istəyirik ki, fərdlərin gücü cəmiyyətin düzgün qanunlarla idarə olunmasındadır. Buna görə də, istər qloballaşmaya gedək, istər bütövləşməyə, bütün hallarda fitrəti və fitrətin qarşımıza qoyduğu vəzifələri unutmamalıyıq.
İki adam döyüş meydanında üz-üzə gələndə özünə güvənən, güclü olan sakit olur, hay-küy salmır, qorxan, zəif olan isə qarşı tərəfə psixoloji təsir göstərməyə çalışır. Qloballaşma müəyyən mənada elə o döyüş meydanına girmək kimidir.
Gəlin, gücümüzü içimizdə axtaraq. Çünki gücümüzdən kifayət qədər istifadə edə bilsək, inanın ki, ləyaqətimizdən heç bir şey əskilməyəcək. Onda qarşı tərəfi doğru yola qaytarmaq da asan olacaq.
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 18 İyul 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri