Icma.az
close
up
RU
Gediş haqqı ilə bağlı qərarın pərdəarxası Hətta 2 manat...

Gediş haqqı ilə bağlı qərarın pərdəarxası Hətta 2 manat...

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Azərbaycanda bir sıra sahələrdə qiymət artımı ilə bağlı müzakirələr intensivləşir. Xüsusilə də avtobus və metrolarda gediş haqqının dəyişməsindən sonra mövzu xeyli aktuallaşıb. Bir sıra ekspertlər mövcud vəziyyəti iqtisadi zərurət kimi dəyərləndirsələr də, müxalifət nümayəndələri və bəzi ictimai fəallar bunun əhalinin sosial rifahına mənfi təsir göstərəcəyini deyir.

Vəziyyət təqdim edildiyi qədər ağırdırmı? Son qərarın arxasında hansı real səbəblər dayanır?

Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, beynəlxalq təcrübə ilə müqayisədə Azərbaycanda sərnişindaşıma fəaliyyəti yüksək səviyyədə deyil.

“Bakıda avtobuslara xüsusi zolaqlar ayrılıb. Amma şəhər mərkəzindən kənarda müəyyən problemlər ortaya çıxır. Praktik olaraq bəzi avtobuslar öz hərəkət trayektoriyasını rahat həyata keçirə bilmir. Məsələn, Binəqədi şosesində hərəkət edən Mehdiabad avtobusu daim tıxacda qalır. Belə hallar ictimai nəqliyyatın effektivliyinə mənfi təsir göstərir. Avtobusların interval məsələsində də ciddi problemlər var. Bəzən 40 dəqiqə gözləmək lazım olur. Əsasən tələbələr, təqaüdçülər və sosial cəhətdən həssas əhali təbəqəsi narazılıq edirlər”.

Asif İbrahimov

İqtisadçı bildirib ki, nəqliyyat xərcləri əsasən gündəlik olaraq işə və ya dərsə gedənlərin büdcəsinə ciddi təsir göstərir:

“Tutaq ki, bir nəfər gündəlik iki dəfə avtobus və metrodan istifadə edir. Bu halda minimum xərclər 1.20 manat təşkil edir. Dörd nəfərlik bir ailə üçün bu rəqəm ayda təxminən 120 manata çatır. Bu, xüsusilə aşağı gəlirli ailələr üçün nəzərəçarpacaq xərclərdir. Son üç ildə sərnişindaşımada gediş haqqı təxminən 20-30 qəpik artıb. Düzdür, belə dəyişiklik keyfiyyətin yüksəldilməsi ilə əsaslandırılıb. Lakin istənilən xidmətin yekun qiymətini formalaşdıran əsas faktorlar həmin xidmətin maya dəyərini təşkil edən xərclərdir. Hazırkı şəraitdə hətta avtobuslarda gediş haqqı 2 manata qədər qaldırılsa belə, daşıyıcı şirkətlərin borclarını və xərclərini tam şəkildə ödəmək mümkün olmayacaq. Çünki problem yalnız qiymətdə deyil, sistemin özündə, onun idarə olunmasında və strukturundakı köklü problemlərdədir”.

Asif İbrahimov qeyd edib ki, məsələyə kompleks yanaşmaq lazımdır:

“Məsələn, ehtiyat hissələri daşıyıcı şirkətlər üçün daha münasib qiymətə olmalıdır. Yanacaqla bağlı dövlət müəyyən güzəştlər tətbiq etməlidir. Eyni zamanda, inzibati idarəetmədə də dəyişikliklər aparılmalıdır. “BakuBus” kimi nisbətən keyfiyyətli fəaliyyət göstərən şirkətlərin belə, fəaliyyətlərində xərcləri tam qarşılamadıqları görünür. Deməli, strukturda sistemli problemlər var. Metro və avtobuslardan əsas istifadə edən əhali qrupu sosial baxımdan həssas təbəqələr – tələbələr, təqaüdçülər və aztəminatlı ailələrdir. Ona görə də bu sahədə islahatlar həyata keçirilərkən onların maraqları mütləq nəzərə alınmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri