Gedişhaqqı 60 qəpikdir, lakin xidmət... Aktyor bu avtobusun vəziyyətindən şikayətləndi FOTO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda COP29 beynəlxalq tədbiri ilə əlaqədar ölkənin əksər bölgələrində yol infrastrukturunun, eləcə də, ictimai nəqliyyatın inkişafı istiqamətində vacib addımlar atılır. Lakin hələ də müəyyən yerlərdə atılan vacib addımlara kölgə salanların olduğu da açıq-aşkar görünməkdədir.
Avtosfer.az xəbər verir ki, Abşeron rayonu Qobu qəsəbəsində yaşayan sakinlər burada fəaliyyət göstərən ictimai nəqliyyatın fəaliyyətindən narazılıqlarını bildiriblər.
Aktyor Mahir Mirişli özüqnün “Facebook” hesabında bununla bağlı paylaşım edib. O Qobu qəsəbəsindən Bakı Beynəlxalq Avtovağzalına fəaliyyət göstərən avtobuslardan birinin salonunun fotosunu paylaşıb və açıqlama bölümündə bunları qeyd edib:
“Qobu qəsəbəsindən Bakı şəhərinə (avtovağzal) gedən, gediş haqqı 60 qəpik olan yeganə avtobus – 567”.
Aktyorun paylaşımına rəy yazan şəbəkə istifadəçiləri gedişhaqqının yüksək olmasına baxmayaraq xidmətin olduqca zəif olmasından şikayət ediblər. Onlar aidiyyəti qurumların vəziyyəti tezliklə nəzarətə götürmələrini xahiş ediblər.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 06 Noyabr 2024 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















