Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“BakıKart” və “Mastercard” UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Sabah” - “Barselona” qarşılaşması münasibətilə sərnişinlər üçün xüsusi kampaniyaya start verir.
“Qafqazinfo” xəbər verir ki, kampaniya çərçivəsində bu gün saat 18:00-dan 01:00-dək Mastercard kartları ilə təmassız (NFC) ödəniş edən sərnişinlər ictimai nəqliyyatdan cəmi 1 qəpiyə (0,01 AZN) istifadə edə biləcəklər.
Güzəşt yerli və xarici banklar tərəfindən emissiya edilmiş “Mastercard” kartları ilə “Apple Pay” və “Google Pay” vasitəsilə aparılan təmassız (NFC) ödənişlərə şamil olunur.
Kampaniya Bakı ərazisində NFC ödənişlərinin mümkün olduğu metro və avtobusları əhatə edir.
Müəyyən edilmiş saatlar ərzində güzəştli gedişlərin sayına məhdudiyyət tətbiq edilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 25 Noyabr 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















