“Gəl, şəklini çəkim dünya” Rusiya trendinə düşdü Video
Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
İfaları hər zaman böyük səs-küy doğuran Azərbaycan incəsənətinin incisi Xumar Qədimovanın yeni təqdim etdiyi “Gəl, şəklini çəkim dünya” mahnısı daha bir uğura imza atıb.
Axşam.az-ın məlumatına görə, Əməkdar artistin klipi Rusiyada yutubda ən çox izlənilənlər siyahısına düşüb. Belə ki, mahnı üç gün əvvəl işıq üzü görsə də Rusiyada “Youtube Charts”da yer alıb.
İlk 20-likdə olan “Gəl, şəklini çəkim dünya” artıq 18-cı sıraya yüksəlib. Mahnı qlobal trendə düşərək daha çox maraq doğurub.
Qeyd edək ki, bəstənin sözləri xalq şairi Zəlimxan Yaquba, musiqisi isə Uqoya (Uğur Rəcbər) məxsusdur. Mahnının duyğusal ab-havasını tamamlayan klarnet ifası da məhz Uqonun öz təqdimatıdır. Klipdə Xumarın tərəf müqabili "Kurtlar Vadisi Pusu" və "Eşkiya dünyaya hükümdar olmaz" seriallarından tamaşaçılara tanış olan məşhur türkiyəli aktyor Savaş Özdemir olub. Ekran işinin rejissoru Natiq Novruzdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 16 Fevral 2026 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















