Icma.az
close
up
RU
Gelandewagen almaq istəyən xanımın başına iş gəldi Sevgili oldu, 234 min verdi...

Gelandewagen almaq istəyən xanımın başına iş gəldi Sevgili oldu, 234 min verdi...

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Külli miqdarda dələduzluqda ittiham olunan şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. O, tanış olduğu xanımla sevgili olduqdan sonra əvvəlcə ondan borc pul istəyib. Sonra isə xaricdən "Gelandewagen” gətizdirəcəyini vəd edərək onun külli miqdarda pulunu ələ keçirib.

Musavat.com xəbər verir ki, dələduzluqda ittiham olunan şəxs 1991-ci il təvəllüdlü Nihad Əliyevdir.

Nihad Əliyev Tamam adlı xanımla tanış olub. Bir müddət sonra onların arasında sevgi münasibəti yaranıb. Nihad Tamamdan əvvəlcə borca pul alıb.

Onların tanışlığı maşınların icarəyə verildiyi salonda baş tutub. Tamam həmin salona icarəyə maşın götürmək üçün gedibmiş. Nihad da orada olub və özünü salonun sahibinin oğlu kimi təqdim edib.

Nihad bir müdddət sonra Tamamın maşın almaq istəyini öyrənib. Ondan xaricdən avtomobil gətirmək adı ilə pul alıb. "Gelandewagen” almaq arzusunda olan Tamam hissə-hissə olmaqla 30 min manatdan çox pul verib. Uzun müddət keçsə də, maşın gəlməyib. Hətta Nihad bir dəfə də Tamama "Gelandewagen” şəkilləri ataraq maşının ölkəyə gəldiyini, depozit üçün pul verməli olduğunu deyib.

Zərərçəkmiş Tamamın iddiasına görə, Nihada verdiyi borclar və əlavə pullarla birlikdə ona ümumilikdə 234 min manat ziyan dəyib.

Nihad ifadəsində ittihamla özünü qismən təqsirli bildiyini deyib. Məhkəmə araşdırması zamanı məlum olub ki, Tamam Nihadı bağışlayıb. Buna səbəb isə Nihadın ailəsi tərəfindən ziyanın qarşılanması olub.

Məhkəmənin hökmü ilə Nihad barəsində 2 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri