Icma.az
close
up
RU
Gələcək qarşısında ən böyük HESABAT

Gələcək qarşısında ən böyük HESABAT

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bu ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ölkəmizin müasir simasının formalaşmasında yeni bir səhifə açır".

Bunu "Cebheinfo.az"- a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert, Naxçıvan Dövlət Universitetinin Kembric Məktəbinin direktoru Bayram Əliyev mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə bağlı danışarkən deyib. 

Ekspert bildirib ki, Azərbaycanın çoxəsrlik mədəniyyət tarixi bəşər sivilizasiyasına misilsiz incilər bəxş etmişdir:

"Bu mənəvi sərvətlərin, xüsusilə memarlıq irsimizin araşdırılması və mühafizəsi hər birimizin müqəddəs vəzifəsidir. Çünki mədəniyyət tariximizin "guşədaşlarını" qorumaq cəmiyyətin mənəvi sütunlarını ayaqda saxlamaq deməkdir. 

Bu mənada çoxəsrlik memarlıq abidələrimiz həm də milli kimliyimizin ayrılmaz parçasıdır. Bu aspektdən yanaşdığımız zaman bu ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Memarlıq və Şəhərsalma İli” olaraq elan edilməsi milli kimliyimiz və mədəni irsimiz üçün müstəsna əhəmiyyət daşıyır".

O qeyd edib ki, bu qərar yeni və modern üslubda tikilmiş binaların inşası ilə yanaşı, tarixin dərindən dərk edilərək müasir memarlıqla sintezidir:

"Bu ilin diqqət mərkəzində isə qədimliyini qoruyaraq müasirləşən, Azərbaycan memarlıq məktəbinin beşiyi sayılan Naxçıvan dayanır. Milli kimliyimizin, fəlsəfəmizin, ədəbiyyatımızın memarlıq üslubunda əks olunduğu onlarla qədim abidəyə ev sahibliyi edən Naxçıvan üçün bu çox mühüm əhəmiyyət daşıyır.

Naxçıvan Muxtar Respublikasında şəhərsalma ənənələri bu gün yeni bir mərhələyə qədəm qoyur. Hazırda icra olunan dövlət proqramlarına əsasən Naxçıvan, Şahbuz və Ordubad şəhərlərinin yenidən layihələndirilməsi prosesi, tarixi irsi qorumaqla yanaşı, insan amilinə xidmət edən yeni, modern konsepsiyaları özündə birləşdirir. 

Bu kontekstdə Naxçıvan şəhərinin regional mərkəz kimi infrastrukturu müasir standartlara uyğunlaşdırılır və Baş Plan əsasında yeni yaşayış massivləri ilə qədim abidələrin vəhdəti təmin edilir. Təbiətin qoynunda yerləşən Şahbuz şəhəri isə ekoloji şəhərsalma prinsipləri əsasında yenidən formalaşdırılır ki, bu da onu bölgənin turizm və istirahət mərkəzinə çevirir".

Bayram Əliyev əlavə edib ki, 2025-ci il sentyabr ayında Prezident Naxçıvan şəhərində Memar Əcəminin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb: 

"Bunun davamı olaraq isə cənab Prezident 16 mart 2026-cı il tarixdə Mömünə Xatun türbəsinin bərpa olunması və konservasiyası üçün vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. 

Bütün bunlar göstərir ki, Azərbaycan memarlıq məktəbinin incisi olan Naxçıvan abidələrinin, xüsusilə dahi Əcəmi Naxçıvaninin şah əsərlərindən olan Mömünə Xatun türbəsinin qorunması, bərpası və tədqiqi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. 

Dövlət başçısının verdiyi sərəncam və tapşırıqlar, o cümlədən 2026-cı il üçün müəyyənləşdirilən şəhərsalma və memarlıq hədəfləri Memar Əcəmi irsinin daha dərindən öyrənilməsinə, bu bənzərsiz tarixi abidələrin qorunaraq həm gələcək nəsillərə, həm də beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir".

Onun sözlərinə görə, göstərilən ali dövlət qayğısı fonunda Naxçıvan memarlığından danışarkən, bu sahədə silinməz izlər qoyan tədqiqatçı, memarlıq namizədi Qadir Əliyevin xidmətlərini vurğulamaq Mömünə xatun türbəsinin sıradan bir abidə olmadığını göstərmək baxımından yerinə düşər:

"Qadir Əliyevin "Memar Əcəmi Naxçıvani yaradıcılığında ahəngdarlıq" adlı monoqrafiyası bu sahədə mövcud olan boşluğu dolduran, dərin elmi-nəzəri qənaətlərdən yoğrulmuş bir mənbədir. Bu monoqrafiyada dahi memar Əcəminin naxışlarındakı sirləri mühitin, elmlərin və dini düşüncələrin vəhdətində axtarılaraq memarlıq elmimizə yeni bir baxış gətirmişdir. 

O, Əcəmi yaradıcılığını idrakımızın və biliyimizin yetdiyi qədər dərk etməyə çalışmış, bu sənətin nə qədər dərin və müxtəlif elm sahələri (cəbr, həndəsə, astronomiya və s.) ilə əlaqəli olduğunu isbat edib.
Qadir Əliyevin tədqiqatları göstərir ki, Əcəmi memarlığı kainatın harmonik quruluşu ilə eynilik təşkil edir. 

Mömünə Xatun, eləcə də Əcəminin digər şah əsəri Yusif Küseyir oğlu türbələrindəki "girih" naxışları ciddi riyazi qanunlara tabedir və "qızıl bölgü" prinsipi əsasında qurulmuşdur. Bu abidələrin araşdırılması, bərpası, qorunması həm də bizim milli kimliyimizi dərk etməyin bir parçasıdır". 

Bayram Əliyev vurğulayıb ki, mədəniyyət tariximizin “guşədaşları” hesab olunan memarlıq nümunələrinin qorunması və yaşadılması olduqca vacibdir:

"2026-cı il  Şəhərsalma və Memarlıq İli" çərçivəsində görülən işlər dahi Əcəminin qoyduğu o müqəddəs təməllər üzərində yüksələrək, Azərbaycanın memarlıq şöhrətini dünyaya bir daha bəyan edir. 

Mədəniyyət tariximizin bu "guşədaşlarını" qorumaq və dövlətin bu sahədə müəyyən etdiyi inkişaf strategiyasının işığında hər birimizin gələcək nəsillər qarşısında ən böyük hesabatıdır".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: memarlıq Bayram Əliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 May 2026 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri