Icma.az
close
up
RU
Gələcəkdə Bakı... Şəhər 10 il sonra belə görünəcək?

Gələcəkdə Bakı... Şəhər 10 il sonra belə görünəcək?

Icma.az bildirir, Bizim media portalına istinadən.

Bakı şəhəri son illərdə sürətlə inkişaf etməkdədir. Bu prosesin yaxın 10 ildə hələ daha çox da inkişaf edəcəyi yəqindir. Günü-gündən şəhərdə yeni layihələr və tikinti işləri, yeniliklər həyata keçirilir.
Bizim.Media Baki-baku.az-a istinadən xəbər verir ki, yeni yaşayış binaları, memarlıq abidələrinin bərpası, yeni nəqliyyat yollarının yaradılması, bir sözlə şəhəri abadlaşdırma işləri uğurla davam etməkdədir.
1. Bakıda hazırda gedən dəyişikliklər.

Bakıda hal-hazırda bir çox yeni yaşayış binaları tikilir. Onlardan biri də Binəqədi Yaşayış Kompleksidir. Ümumi sahəsi 9 hektar olan bu kompleksdə 28 bina və 1398 mənzil planlaşdırılır. Ərazidə həmçinin 80 nəfərlik uşaq bağçası və 960 şagirdlik ümumtəhsil məktəbi tikiləcək.
Bir digəri isə Kempinski Residences Bayıl Bay layihəsidir. Xəzər buxtasına açılan füsunkar mənzərəli “Kempinski Residences Bayıl Bay” müasir memarlıq ənənələrini “italyan minimalizmi” ilə birləşdirən dəbdəbəli yaşayış kompleksidir.
Bunlarla bərabər hal-hazırda Bakıda yeni otellər inşa edilir, yeni nəqliyyat yolları və Bakı Metropolitenində yeni xətlər və stansiyalar yaradılır.
2. Şəhəri dəyişdirəcək iri layihələr.

Şəhəri dəyişdirəcək iri layihələr arasında “Crescent Residences” kompleksini və “Sea Breeze” layihəsini görə bilərik. Bu layihələr öz qeyri-adiliyi və əsrarəngizliyi ilə şəhərə yeni ab-hava qatacaq və artıq bir qədər şəhəri dəyişməkdədir.
Xəzər dənizin toxunduğu dəbdəbəli kompleks olan “Crescent Residences” şəhərin mərkəzində – dəb dünyasının simvolu olan Port Bakunun qonşuluğunda yerləşir. Bu kompleksin artıq 1 layihəsinin canlı nümunəsi kimi “Crescent Mall”a baxa bilərik. "Crescent Residences"in infrastrukturu da özünəməxsusluğu ilə seçilir. Mənzil sahibləri və onların qonaqlarını PAŞA Real Estate tərəfindən təmin olunan dünya səviyyəli xidmətlər və əmlaka texniki qulluq gözləyir. Burada qarşılama xidmətindən 24 saat mühafizəyə və hər bir gözləntini qarşılayan xüsusi konsyerjə qədər hər şeyə diqqətlə yanaşılır.
“Sea Breeze” kompleksi, Xəzər dənizinin sahilində, Nardaran qəsəbəsində yerləşən müasir kurort və yaşayış məkanıdır. Ümumi ərazisi 500 hektardır. Ərazidə tikilmiş və tikilməkdə olan 40-dan çox layihə mövcuddur. 50-dən çox restoran, kafe və barlar fəaliyyət göstərir. Layihə, geniş qumlu çimərliklər, dəbli restoranlar, SPA və fitnes mərkəzləri kimi infrastruktura malikdir.
Nardaran sahil xətti Bakının şimal-şərqində yerləşən və Xəzər dənizi boyunca uzanan bir ərazidir. Nardaran sahil xətti, “Sea Breeze” layihəsi sayəsində Bakının yeni vizit kartına çevriləcək.
“Dreamland Golf Club”u Bakı şəhərində yerləşən müasir qolf klubudur. Ərazidə yeni yaşayış və istirahət obyektlərinin tikintisi planlaşdırılır ki, bu da ərazinin perspektivlərini daha da artırır.

3. Bakının yaşıl enerjiyə keçidi.
Bildiyimiz kimi 2024-cü ildə Azərbaycan, COP29 konfransına ev sahibliyi etdi. Bu da ölkənin yaşıl enerjiyə keçid prosesində beynəlxalq səviyyədə tanınmasına və qlobal enerji keçidinə töhfə verməsinə şərait yaratdı.
Ümumiyyətlə, Bakıda günəş və külək enerjisi kimi alternativ enerji mənbələrindən istifadəni artırmaq üçün layihələr həyata keçirilir.
Bakı şəhərində yaşıllıqların artırılması, tullantıların idarə olunması və ictimai nəqliyyatların ekoloji cəhətdən təmizləşdirilməsi kimi ekoloji təşəbbüslər həyata keçirilir.
Bütün bunlar turizmin inkişafı üçün önəmli addımlardır. Turistlər üçün cəlbedici məkanlar, gözəl infrastruktura malik yaşayış yerləri və şəhərin təmizliyi əhəmiyyətlidir. Şəhərdə belə layihələrin olması yaxın 10 ildə Bakıda turistlərin sayının artmasında böyük artım olacağının göstəricisidir.
Eləcə də günümüz üçün aktual olan vasitədən, yəni süni intellektdən şəhərimizin yaxın 10 ildə Bakı şəhərini necə gördüyünü soruşduq və ortaya bu görüntü çıxdı:

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Fevral 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri