Icma.az
close
up
RU
Gələcəyin tibb işçiləri aktyor libasında

Gələcəyin tibb işçiləri aktyor libasında

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Qarabağ Universitetinin səhnəsində irland pyesi

Çox da böyük olmayan tamaşaçı zalında anşlaqdır. Lojalar da daxil bütün yerlər dolub. Bir azdan işıqlar sönəcək, Xankəndidə ilk dəfə hansısa səhnə əsərinin ilk izləyicisinə çevriləcəyik. Əslində, tamaşa haqqında təəssüratlar da bundan sonra yaranmalıdır. Ancaq indidən heyrət içindəyik.

Qarabağ Universitetinin Beynəlxalq Dil Mərkəzində (BDM) hazırlanmış tamaşaya dəvət alanda çox sevindik. Daha çox həyata keçirilən bərpa-quruculuq fəaliyyəti və qayıdışla gündəmə gətirdiyimiz işğaldan azad olunmuş ərazilərdə mədəni tədbirlərin təşkili gərəkli olduğu qədər də qürurvericidir. Odur ki, böyük həvəslə dəvəti qəbul edib “hadisə yerinə” yollananda səhnədə universitetin incəsənət fakültəsinin tələbələrini izləyəcəyimizi güman edirdik. Lakin tamaşa haqqında aldığımız ilk məlumat bizi təəccübləndirdi: görkəmli irland yazıçısı və şairi, son Viktoriya dövrünün ən məşhur dramaturqlarından, estetika və Avropa modernizminin əsas simalarından biri olan Oskar Uayldın “Dorian Qreyin portreti” adlı əsəri əsasında hazırlanmış tamaşanın aktyorları incəsənət sahəsində təhsil alan gənclər deyil, tibb və sağlamlıq elmləri fakültəsinin birinci kurs tələbələri idilər. Üstəlik, gələcəyin həkimləri tamaşanı elə müəllifin yazdığı dildə – ingilis dilində təqdim edirdilər.

Sən demə, peşəkar yaradıcı kollektiv və teatr səhnəsi, xüsusi səs, işıq effektləri, projektorlar və toplar olmadan da yaxşı tamaşa hazırlamaq, izləyənləri təsirləndirmək mümkün imiş. İstər aparıcıların təqdimatlarda, istərsə də tələbə-aktyorların monoloq və dialoqlarda ingiliscə səlis danışıqları, hiss və emosiyaları çatdırmaq bacarıqları tamaşaçıları elə ilk andan ovsunladı.

Hadisələr finala doğru yaxınlaşdıqca artan alqışlardan da görünürdü ki, Qarabağ Universiteti BDM-nin İngilis dili müəllimi və dilin dərsdənkənar inkişafı üzrə bölmə rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Gülçöhrə Fərhadovanın quruluş verdiyi, ərsəyə gətirdiyi “Dorian Qreyin portreti” tamaşası uğurlu alınıb.

Tamaşa ilə bağlı 2 məqama qısaca toxunmaq istəyirik. Əvvəla, tibb təhsili alan gənclərlə ingilis dilində tamaşa hazırlamaq asan olmadığı qədər, seçilən əsər də cəsarətli yanaşma tələb edir. Axı Oskar Uayldın insanın daxili dünyası ilə ətrafın təfərrüatları, öz məninin portreti ilə psixoloji mübarizədən bəhs edən bu fəlsəfi əsərinə, belə demək mümkünsə, həvəskarların iştirakı ilə səhnə həyatı vermək bir çox peşəkarların belə risk etmədiyi qədər çətindir.

Dorian Qrey yaşca özündən böyük dostu lord Henrinin təsiri ilə heç bir sərhəd tanımayan prinsipsiz və pozğun bir gəncə çevrilir. O, mənəviyyatını əbədi zahiri gözəlliyə dəyişir. Cismi dəyişməz qalır, ruhu isə çürüyür. Onun bütün daxili eybəcərlikləri, şöhrətpərəstliyi, cinayətləri, satqınlığı, təkəbbürü rəssam Bezilin çəkdiyi portretə hopur.

Dorian gənc aktrisa Sibil Veynə vurulur, amma bir az sonra ondan üz döndərir. Buna dözməyən qız zəhər içərək intihar edir. Öz mənəviyyatının güzgüsü olan bu portretə görə Bezilə nifrət edən Dorian Qrey bir gün onu qətlə yetirir və bir tanışının köməyi ilə cəsəddən qurtulur.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xankəndi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 May 2026 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see340

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see330

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see257

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see256

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see243

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see240

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see228

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see222

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see218

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see217

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see208

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see203

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see193

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see193

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see184

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see180

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see165

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see165

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri