Icma.az
close
up
RU
Gələcəyin “zəkalı meymunu”

Gələcəyin “zəkalı meymunu”

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Set Şostak astronomdur, illərdir kənar sivilizasiyaların radiosiqnallarını tapmaq məqsədilə kosmosu dinləyən SETİ proqramında çalışır. Bizim mövzuya da məhz bu nöqteyi-nəzərdən toxunub. Onun yanaşmasına görə, əgər biz nə vaxtsa kosmosdan gələn hansısa siqnalı alsaq, böyük ehtimalla bu, bioloji şüurun yox, süni intellektin göndərdiyi siqnal olacaq. Çünki əgər hansısa sivilizasiya radiosiqnal göndərmək səviyyəsinə qədər inkişaf etsə, qısa zamanda Süni İntellekt də yaradacaq. Sİ inkişafa başlayandan sonra isə bioloji şüuru sıxışdırıb, belə işləri öz əlində cəmləşdirəcək. Amma söhbət üsyandan və ya mübarizədən getmir.
Şostak əyani misal kimi bizim meymunlarla birgə yanaşı yaşayış tarixçəmizi göstərir. Biz də onlar kimi primatıq. Meymunlara qarşı heç bir düşmənçiliyimiz yoxdur. Onlar bizim üçün qida da deyillər. Köklərinin kəsilməsini əsla istəmirik. Əksinə: yaşamalarına, planetdə varlıqlarını davam etdirmələrinə çalışırıq. Hətta heyvanlara hüquq da vermişik (təbiətdən fərqli olaraq). Buna baxmayaraq, biz başqa primatlardan seçilib, homo sapiens kimi inkişafa başlayandan sonra onların sayı kəskin azalıb, bəzilərinin nəsli kəsilib. Niyə?
Məsələ ondadır ki, bizim növ təkamülün gedişində intellektə sahiblənəndən sonra ətraf mühiti öz tələblərinə uyğun dəyişməyə başlayıb. Tutaq ki, meşəni qırıb, yerində taxıl əkirik. Bu - yəni ətraf mühiti özünün tələbatına uyğun dəyişmək intellektin xüsusiyyətlərindən biridir. Nəticədə ekosistem gec-tez elə bir həddə qədər dəyişir ki, başqa növlərin yaşaması üçün əlverişsiz olur. Bu gün qorillalarla, gibbonlarla heç bir düşmənçiliyimiz olmasa da, onlar bizim şəhərlərdə (geniş mənada dünyamızda) yaşaya bilmirlər.
Set Şostak
Cənab Şostaka görə, Süni İntellektlə insanın münasibətlərinin gələcəyi də təxminən belə olacaq. Onun bizimlə heç bir düşmənçiliyi yoxdur, ola bilməz, olmayacaq da. Amma Süni İntellekt getdikcə böyüməyə, ətraf dünya, aləm, kainat, məkan, maddə, enerji haqqında daha çox məlumat əldə etməyə çalışacaq. Ona getdikcə daha çox data, daha çox yaddaş, daha çox hesablama gücü, deməli, daha çox enerji lazım olacaq.
Biz əvvəlcə könüllü şəkildə bunları onun üçün təmin edəcəyik. Çünki özümüz də Sİ-nin inkişafında maraqlıyıq. Sonra vəziyyət elə bir şəkil alacaq ki, daha prosesi dayandırmaq mümkün olmayacaq. Nəticədə Yer Kürəsi getdikcə məhz bir növün yaşaması və inkişafı üçün optimallaşmış ekosistemə çevriləcək: Süni İntellektin. O, insanları məhv etməyəcək, sadəcə olaraq, bizim bugünkü şəhərlər meymunlar üçün münasib olmadığı kimi, Süni İntellektin ekosistemində də biz yersiz olacağıq.
Sİ-nin nəzərində ideal planet hər tərəfi günəş panellərilə örtülmüş nəhəng serverlər və onlara yorulmadan xidmət edən droidlər dünyasıdır. Ona çox, lap çox, getdikcə artan yaddaş və hesablama gücü lazımdır. Bir müddətdən sonra Günəşdən Yerə gələn enerji artıq qlobal Sİ üçün azlıq edəcək. Onda əvvəlcə orbitdə panellərin qurulmasına başlanılacaq, uzaq gələcəkdə isə bütövlükdə Günəşin özü də panellərlə əhatə olunacaq ki, enerjisi hədər getməsin. Buna “Dayson sferası” deyirlər.
Bu qədər enerji Sİ-nin nəyinə lazım ola bilər? Məsələn, “kosmosda onun kimi başqa Sİ-lər varmı?” sualına cavab tapmaq üçün.
Şostak istisna etmir ki, kosmik sivilizasiyaların arasında kommunikasiya yaransa, bu, məhz Sİ-lərin bir-biri ilə əlaqəsi şəklində olacaq. Kosmos, ümumiyyətlə, biologiyanın yeri deyil. Bioloji növlər kosmosda nəsə edə bilmək üçün olduqca zəif və acizdirlər. Ora Si-nin və robotların meydanıdır.
Yuvarlaqlaşdırsaq, mənzərə belə alınır: Sİ insana düşmən kimi baxmayacaq, amma onun dominant olduğu dünyada insan təxminən hazırkı meymunların vəziyyətində olacaq: öldürən yoxdur, hətta qoruyurlar da, amma nə artıb-çoxalmaq üçün areal var, nə də bunun mənası.
Bu planet bizim deyil. Biz dünənə qədər heç burada hakim növ də deyildik. Sabah yenidən olmayacağıq.
Əlbəttə, bu ancaq yanaşmalardan biridir. Düşünürəm ki, hörmətli Elvin müəllimlə müzakirə əsnasında birlikdə məsələnin dərinliyinə daha yaxşı baş vura bilərik.
Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://azvision.az
archiveBu xəbər 01 Aprel 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see384

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see357

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see353

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see318

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see314

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see303

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see243

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see229

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see219

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see211

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see209

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see206

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see204

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see193

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see192

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see188

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see186

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri