Gələn il bu şəxslərə verilən ödənişlər artacaq
Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gələn il işsizliyə görə sığorta ödənişi artırılacaq.
Metbuat.az xəbər verir ki, 2026-cı ildə işsizliyə görə sığorta ödənişi üçün 28 milyon manat vəsait nəzərdə tutulur.
Rəqəmlər Hesablama Palatasının İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcə layihəsinə verdiyi rəydə əksini tapıb.
Mövzu ilə bağlı danışan iqdisaçı Xalid Kərimli deyir ki, işsizlikdən sığortahaqqı yalnız əmək müqaviləsi ilə rəsmi şəkildə çalışan və qanuni əsaslarla işdən çıxarılmış şəxslərə verilir. Vətəndaşlar işsiz kimi qeydiyyata alınmaq üçün Dövlət Məşğulluq Agentliyinin yerli şöbələrinə və ya DOST mərkəzlərinə müraciət etmədən bu statusu əldə edə bilməzlər. Ödənişlər isə əməkhaqqının səviyyəsindən asılıdır.
İqtisadçı artımın minum əməkhaqqına uyğunlaşdırlmasına da diqqət çəkib.
Qeyd edək ki, işsizliyə görə sığorta ödənişinin ortaaylıq məbləği cari ilin sonunda 441.67 manat, 2026-cı ildə isə 450 manat olacağı proqnozlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 15 Noyabr 2025 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















