Icma.az
close
up
RU
Menu

Müharibə riski ciddi olaraq qalır

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

PSJ nin müdafiəçisi: “Dünyanın ən yaxşı komandasıyıq”

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

Cabir İmanovun əleyhinə statuslar Öldüyü gündə nə baş verir?

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

Cabir İmanov əvvəldə də infarkt keçirib?

Xavi Mançester Yunayted i çalışdırmağa hazırdır

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

Pulum və evim yoxdur Saakaşvilidən qeyri adi müraciət

Beyin mərkəzlərinin əməkdaşlığı: Türk dünyasının intellektual gücü birləşir

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

Gələn il Ermənistan iqtidarını yeni siyasi “sürprizlər” gözləyir

Gələn il Ermənistan iqtidarını yeni siyasi “sürprizlər” gözləyir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yola salmağa hazırlaşdığımız il Ermənistanda daxili siyasi proseslərdə bir sıra gərginliklərlə yadda qaldı. Aprelin 19-da iki ölkənin delimitasiya və sərhəd təhlükəsizliyi üzrə komissiyasının iclasında Qazax rayonunun işğal altında olan 4 kəndinin (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı) Azərbaycana qaytarılmasına dair qərar qəbul edilməsi Hayastanda siyasi hərarətin artmasına gətirib çıxardı. Ermənistanı 20 il idarə edən, bu illər ərzində hər cür qanunsuzluqla, o cümlədən ölkənin sərvətlərini çapıb-talamaqla məşğul olan Qarabağ klanı məlum hadisədən sui-istifadə etmək qərarına gəldi. Amma törətdiyi qanunsuzluqlar səbəbindən xalqdan dəstək ala bilməyəcəyini anladığı üçün erməni apostol kilsəsinin Tavuş vilayəti üzrə yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanı irəli verdi.

Adı müxtəlif qalmaqallarda hallanan, keçmişi qaranlıq, ikili vətəndaşlığı, başqa sözlə, digər ölkə qarşısında öhdəliyi olan B.Qalstanyan isə bu təkliflə cani-dildən razılaşdı. Qalstanyan təklifin icrasını həyata keçirmək üçün “Vətən naminə Tavuş” adlı qondarma hərəkat yaratdı. Yeri gəlmişkən qeyd edək ki, o, sonradan bu adı “Müqəddəs mübarizə”yə dəyişərək hazırda ona yeni siyasi məzmun verməyə çalışır. Qalstanyan baş nazir Nikol Paşinyanı devirmək üçün onun 2018-ci ilin mayında hakimiyyətə gəlmək üçün istifadə etdiyi metoddan yararlanmağa çalışdı. O, mayın əvvəllərində sərhədyanı Kirants kəndindən İrəvana doğru yürüş etdi. Mayın 9-da İrəvana yetişərək burada son illərin ən böyük mitinqini keçirməyə nail oldu. Mitinqlər bütün yaz ayları boyunca davam etdi. Amma onun sıraları nəinki genişlənmədi, əksinə azalan xətt üzrə getdi. İyunun 12-də Baqratın tərəfdarları hakimiyyəti devirmək üçün parlament qarşısında zorakılığa əl atdılar. Ancaq polis geri çəkilmədi və qanunsuz təşəbbüslərin qarşısını aldı. Nəticədə, keşiş uğursuzluğunu başa düşərək geri çəkilmək məcburiyyətində qaldı.

Bununla belə baş vermiş etiraz aksiyaları N.Paşinyan iqtidarını, necə deyərlər, ciddi şəkildə silkələdi. Bir sıra ekspertlər Ermənistanda bu yaxınlarda yüksək vəzifəli şəxslərin işdən çıxarılmalarını da məlum hadisələrlə izah edirlər. Ekspertlər diqqəti 2026-cı ildə Ermənistanda növbəti parlament seçkilərinin keçiriləcəyinə yönəldərək 2025-ci ili Paşinyan iqtidarı üçün hazırlıq dövrü adlandırırlar. İl ərzində baş nazirin parlamentdə hakim “Mülki müqavilə” fraksiyasını təmsil edən bir neçə deputatla üzülüşməsi də iqtidarın öz sıralarını möhkəmləndirmək siyasətinin bir elementi kimi qiymətləndirilir.

Aydındır ki, digər siyasi qüvvələr də boş oturmayıblar. Onlar da sıralarını genişləndirməyə, narazı təbəqəni öz tərəflərinə çəkməyə çalışırlar. Qarabağ klanının “xaç atası” Robert Koçaryanın qurub yaratdığı “Hayastan” bloku hazırda parlamentdə əsas müxalifət fraksiyasıdır. Onun sıralarında 27 deputat cəmləşib. “Şərəfim var” fraksiyası 6 deputat mandatına malikdir. Bu iki siyasi qüvvə Paşinyan iqtidarına qarşı olduqca barışmaz mövqedədir. Paşinyanın hakimiyyətdə olduğu dövrdə bu fraksiyaları təmsil edən şəxslərin bir çoxu cinayət təqibinə məruz qalıb. Keçmiş prezident Robert Koçaryan isə bir müddət məhbəs həyatı yaşayıb. Bu mənada sabiqlərin növbəti seçkilərdə sivil mübarizə aparıb qalib gəlməyə deyil, revanşa çalışacaqlarını demək daha doğru olardı.

Bu çərçivədə Ermənistanda toplumun müxtəlif təşəbbüslərinin həyata keçirilməsi üçün yaradılmış “Hayakve” milli vətəndaş birliyinin koordinatoru Avetik Çalabyanın səsləndirdiyi fikirlər diqqəti cəlb edir. O, “Nyus.am”a müsahibəsində bildirib ki, gələn il mübarizə daha da kəskinləşəcək. A.Çalabyan deyib ki, rəhbərlik etdiyi təşkilatın ilin ikinci yarısındakı fəaliyyəti mübarizənin növbəti böyük mərhələsinə hazırlıq işləri çərçivəsində həyata keçirilib və onun proqnozlarına görə, nəticə özünü çox gözlətməyəcək: “Söhbət küçə mübarizəsindən, Paşinyanın konstitusiya referendumu keçirmək üçün mümkün istəyinə qarşı çıxmaqdan və potensial növbədənkənar seçkilərdən gedir. Biz bütün variantları nəzərdən keçiririk və Ermənistanda türkyönlü hakimiyyətin (?) istefasına nail olmaq üçün bütün imkanlardan istifadə edəcəyik. İlin ikinci yarısında biz təşkilatımızı milli birliyə çevirdik və bu, sadəcə ad dəyişikliyi deyil. Əgər biz əvvəllər eyni təşəbbüs ətrafında birləşirdiksə, indi Ermənistanı bu hakimiyyətdən xilas etmək, yeni milli hökumət formalaşdırmaq və ölkəni böhrandan çıxarmaq məqsədilə təşəbbüslər portfeli üzərində işləyirik. Bu, daha geniş gündəmdir və daha aktiv iş tələb edir”.

Üstəlik, nəzərə almaq lazımdır ki, Ermənistan hakimiyyəti 2025-ci ildə Azərbaycanla sülh danışıqları ilə bağlı da son qərarını verməlidir. İrəvanın danışıqları sonsuzluğadak aparmaq istəyi uğursuzluğa məhkumdur. Onlar razılaşdırılmamış iki maddə üzrə öz mövqelərini dəyişməlidirlər. Əks-təqdirdə prosesdə imitasiya ilə məşğul olduqlarını etiraf etməlidirlər. Beləliklə, qarşıdan gələn ildə Ermənistan iqtidarı həm daxili siyasi çağırışlara, həm də Azərbaycanla münasibətlərə adekvat reaksiya verməlidir.

Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşərkən dedi ki, Cənubi Qafqaz beynəlxalq geosiyasi aktorların artan maraqları fonunda ciddi çağırışlarla üz-üzədir. Onun sözlərinə görə, biz bunu ölkəmizdə bəlkə də o qədər hiss etmirik: “Amma Gürcüstan və Ermənistanla bağlı biz onun şahidiyik ki, artan geosiyasi rəqabət ayrı-ayrı dövlətlərin həmin ölkələrə müdaxilələri ilə nəticələnir. Azərbaycanın, əlbəttə, müstəqil daxili və xarici siyasət yürütməsi, Prezident İlham Əliyevin əzəl gündən ölkənin maraqlarının təmin olunmasına çalışması, milli ideologiya, ümumiyyətlə, dövlətin gələcək prioritetləri ilə bağlı düzgün qərarların verilməsi bizi bu kimi təlatümlərdən və çağırışlardan kənarda saxlayıb. Amma biz bu fikri digər Cənubi Qafqaz ölkələri ilə bağlı deyə bilmərik. Bəllidir ki, Gürcüstan və Ermənistanda Rusiyanın, belə deyək, yarımçıq qalan işləri var. Bu il Rusiya üçün Gürcüstan Ermənistandan daha prioritet idi. Ona görə ki, bu il Gürcüstanda parlament seçkiləri baş tutdu. Digər tərəfdən Ukrayna kimi, Qara dəniz sahili ölkəsi olan Gürcüstanla bağlı ABŞ-nin da planları mövcud idi. Nəticə etibarilə biz hələ ötən ildən başlayaraq, şərhlərimizdə qeyd edirdik ki, Rusiyanın əsas məqsədi Gürcüstandakı vəziyyəti özünün lehinə çevirmək olacaq. Bundan sonra növbə Ermənistana çatacaq”.

Politoloq bildirdi ki, eyni zamanda, Rusiya–Ukrayna müharibəsi də şimal qonşumuzun Ermənistandakı resurslarına və imkanlarına təsir edib: “2025-ci ildə Ukraynadakı müharibənin mümkün başa çatması və ABŞ ilə Rusiya arasında bu və digər regionlarla bağlı razılaşmanın əldə edilməsi fonunda Ermənistanda vəziyyətin dəyişməsinə dair mülahizələr geniş şəkildə yayılmaqdadır. Zənnimcə, Ukraynadakı müharibə başa çatdıqdan sonra növbə, həqiqətən də, Ermənistana çatacaq. Ermənistanda Qərbin möhkəmlənmiş maraqlarının alt-üst edilməsi üçün Rusiya həm xarici, həm də daxili faktorlardan istifadə edəcək”.

Z.Məmmədovun fikrincə, burada N.Paşinyanın necə, hansı mövqe tutacağı da maraqlı və əsas nüanslardan biri olacaq. Əgər Paşinyan özünün xarici siyasət vektorunda bir qədər dəyişiklik edəcəksə, Rusiyanın maraqlarını nəzərə almağa başlayacaqsa, bu, onun iqtidarına qarşı çağırışların azalması ilə nəticələnəcək: “Yox, əgər o, 2025-ci ildə də son iki ildə olduğu kimi konkret, radikal addımlar atacaqsa, xarici siyasətlə bağlı qütblü dönüşlərini davam etdirəcəksə, bu, ölkə daxilində siyasi rəqibləri tərəfindən ona ciddi təzyiq göstərilməsinə səbəb olacaq. Amma burada əsas məsələ məhz Ermənistanla Azərbaycan arasındakı münasibətlərdən və ümumiyyətlə, bölgəmizdəki proseslərdən asılı olacaq. Yəni Paşinyan hakimiyyətinin, bütövlükdə, Ermənistan dövlətinin gələcəyi Azərbaycanla münasibətlərdən birbaşa asılıdır. Hətta, hansısa ölkənin Hayastanda möhkəmlənməsi məsələsi də Azərbaycan və Ermənistan arasındakı danışıqlardan asılı olacaq”.

Həmsöhbətimiz bildirdi ki, müxalifət, heç şübhəsiz, 2025-ci ildə də hakimiyyətə gəlməyə çalışacaq: “Robert Koçaryan və onun düşərgəsində təmsil olunanlar, necə deyərlər, yatmayıblar, oyaqdırlar. Onlar Paşinyanla bağlı revanşist niyyətlərinin gerçəkləşəcəyi günü gözləyirlər. Amma məsələ ondadır ki, revanş üçün xalqın onlara dəstəyi lazımdır. Xalqın isə onlara yetərli dəstəyi yoxdur. Daha doğrusu, minimum səviyyəsindədir. Bunun da səbəbi Paşinyanın erməni cəmiyyəti tərəfindən daha çox dəstəklənməsindədir. Ona görə ki, Paşinyan hakimiyyəti, həqiqətən də, Qərbə inteqrasiya istəyir. Onlar Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirməkdə də maraqlıdırlar. Eyni zamanda, onlar Ermənistanın yenidən Rusiyanın, necə deyərlər, çətiri altında olmasını istəmirlər. Bu zaman həm Rusiya, həm də Ermənistan müxalifəti “cəmiyyət niyə Paşinyana qarşı çıxmalıdır?” dilemması qarşısında qalır”. Onlar 4 il ərzində bunun, necə deyərlər, reseptini tapa, müxalifətin sosial bazasının genişlənməsi üçün nə etmək lazım olduğunu bilmədilər. Özlərinə yeni siyasi lider tapmağa da müvəffəq olmadılar. Halbuki bu istiqamətdə ciddi axtarışda idilər. Hətta, onlar din xadimlərindən birini də “lider” kimi ortaya atmışdılar. Bu da alınmadı. Belə olan təqdirdə müxalifət Paşinyana təzyiq edə və hakimiyyətə gələ bilməsi üçün həm özünə lider tapmalı, həm də xalqı öz tərəfinə çəkə bilməlidir. İndiki halda Ermənistan siyasi hakimiyyətini seçkilər vasitəsilə dəyişmək mümkün görünmür. Ona görə ki, seçkilər gələn il də indiki şərtlər daxilində keçiriləcəyi təqdirdə Paşinyanın hakimiyyətdə qalacağı şübhəsizdir. Amma biz bilirik ki, burada heç də hər şey seçkilərdən asılı deyil. Dövlət çevrilişi, öz ətrafında olanların Paşinyana qarşı xəyanəti, yaxud digər hansısa inqilabın baş verməsi məsələsi də gündəmə gələ bilər”.

Politoloq hesab edir ki, hər halda Ermənistanın gələcəyi yaxın iki il ərzində müəyyənləşəcək. Ölkənin gələcəyinin necə olacağı isə rəsmi İrəvanın Azərbaycanla sülh danışıqlarına dair atacağı addımlardan sonra bəlli olacaq: “Təbii ki, Ermənistan daxilində qeyri-sabitliyin olması həm danışıqlar prosesinə, həm də bütövlükdə, Cənubi Qafqazda cərəyan edən hadisələrə təsir edəcək. Hər bir halda 2025-ci ilin yazından başlayaraq, biz Hayastan daxilində daha dinamik siyasi proseslərə şahidlik edəcəyik”.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Dekabr 2024 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see240

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

30 Sentyabr 2025 13:31see218

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see211

PSJ nin müdafiəçisi: “Dünyanın ən yaxşı komandasıyıq”

30 Sentyabr 2025 09:48see169

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see151

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see149

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see148

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

30 Sentyabr 2025 13:49see146

Cabir İmanovun əleyhinə statuslar Öldüyü gündə nə baş verir?

29 Sentyabr 2025 23:47see145

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see139

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

30 Sentyabr 2025 13:29see135

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see135

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

30 Sentyabr 2025 15:08see133

Cabir İmanov əvvəldə də infarkt keçirib?

30 Sentyabr 2025 12:42see129

Xavi Mançester Yunayted i çalışdırmağa hazırdır

29 Sentyabr 2025 22:37see126

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

01 Oktyabr 2025 01:12see124

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see121

Pulum və evim yoxdur Saakaşvilidən qeyri adi müraciət

29 Sentyabr 2025 21:26see120

Beyin mərkəzlərinin əməkdaşlığı: Türk dünyasının intellektual gücü birləşir

30 Sentyabr 2025 11:07see120

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

01 Oktyabr 2025 01:58see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri