Azərbaycan Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tamhüquqlu iştirakçı kimi qoşulub
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Bu gün qardaş xalqlarımız üçün həqiqətən də tarixi bir gündür. Biz Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edirik.
Demokrat.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün “Mərkəzi Asiya + Azərbaycan” formatında iclasında bildirib.
Şavkat Mirziyoyev qeyd edib: “Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək. Bu vacib qərarı qəbul etdikləri üçün bütün həmkarlarıma səmimi-qəlbdən təşəkkürümü bildirmək və Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması münasibətilə İlham Heydər oğlunu təbrik etmək istəyirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 16 Noyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















