Icma.az
close
up
RU
Anlaşılmazlıqlar keçmişdə qaldı

Anlaşılmazlıqlar keçmişdə qaldı

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Fransa Azərbaycann Ukraynadakı səfirliyinin Rusiya tərəfindən raket və pilotsuz uçuş aparatları ilə hücuma məruz qalmasını qətiyyətlə pisləyən bəyanatla çıxış edib. Fransanın Avropa və Xarici İşlər Nazirliyi öz bəyanatında ölkəmizin diplomatik korpusu ilə həmrəyliyiyini ifadə edərək öz dəstyəini bildirib.
Avropanın siyasi güclərindən biri olan Fransanın bu cür qətiyyətli mövqe bəyan etməsi rəsmi Parisin ədalətli davranışının və Azərbaycana mühüm siyasi dəstəyinin göstəricisi hesab edilə bilər.
Bu tendensiya Azərbaycan və Fransa arasında son illərdə müşahidə edilən soyuq münasibətlərin arxada qaldığını və əlaqələrin bir-birinə hörmət prinsipləri əsasında bərqərar olduğunu əks etdirir.
İki dövlət arasında ötən əsrin 90-cı illərində möhkəm bünövrəsi qoyulmuş siyasi-diplomatik münasibətlər çox təəssüf ki, Emmanuel Makronun hakimiyyəti dövründə pozulmuşdu. Erməni diasporunun güclü təsiri altında olan Fransa hökuməti uzun illər Ermənistanın təcavüzkar siyasətini müdafiə etməklə və Azərbaycanın ərazi bütövlüyünə qarşı haqsız mövqe tutmaqla ikitərəfli əlaqələri gərginləşdirmiş, hətta 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrlərdə rəsmi Bakı ilə münasibətləri düşmənçilik həddinə gətirmişdi.
Prezident İlham Əliyevin regionda yaratdığı yeni reallıqlarla və Ermənistanla sülh və rihaf sazişi imzalaması ilə barışmalı olan rəsmi Paris düşmənçilik ritorikasının mənasız olduğunu görərək geri çəkildi.
E. Makron İlham Əliyevin iradəli lider kimi humannist, insanpərvər və əsil sülh çarçısı olduğunu etiraf edərək dostluq əlini uzatmalı oldu. Ötən ay – oktyabrın 2-də Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında Azərbaycan və Franda Prezidentinin görüşü siyasi olaraq münasibətləri qaydaya salmaq və normallaşma prosesi üçün möhkən istinad oldu. Makron Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələri yüksək dəyərləndirərək dövlətimizin başçısına xüsusi etimadını bildirdi.
Oktyabrın 12-də Misirdə keçirilən Sülh Zirvə toplantısında Prezident İlham Əliyevi qucaqlayaraq növbəti xoş görüşlər arzulayan Makron bu addımı ilə Azərbaycanla gələcək əməkdaşlığın inkişaf etdirilməsi üçün təşəbbüskarlığını göstərdi.
Paris Azərbaycanın Cənubi Qafqazda lider dövlət, Avropa-Asiya qovşağında enerji-nəqliyyat dəhlizlərinə nəzarət edən aktor olduğunu qəbul edir və bu rifah layihələrindən kənarda qalmaq istəmir. ABŞ-ın təşəbbüsü ilə bölgədə yaradılan Zəngəzur dəhlizi və digər kommunikasiyalardan özünü təcrid etmək istəmir və Azərbaycanla əlaqələri normallaşdırmağı vacib hesab edir. Bu, Bakı-Paris xəttində qırılmaların demək olar ki, tam aradan çıxdığını və yeni nizamlı siyası mərhələnin başlandığını təsdiqləyir.
Oktyabrın 16-da Fransanın ölkəmizdə yeni təyin olunmuş səfiri Sofi Laqutun etimadnaməsini qəbul edən Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi artıq aramızda anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qalıb və indi ikitərəfli gündəlikdə yeni dövr başlayıb.
Bir neçə gün əvvəl Fransa Prezidentinin Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalter və Xarici İşlər Nazirliyinin Avropa üzrə direktoru Bris Rokfey Azərbaycana səfəri də yaxın dostluğun bərpası barədə çoxsaylı müsbət mesajaları çatdırdı.
Göründüyü kimi Bakı və Paris həqiqi dostluq əlaqələrini bərpa etmək və çoxistiqamətli münasibətlərin perspektiv irəliləyişində qəti və iradəlidir. Bu isə nəticədə ölkəmizin Avropaya sıx inteqrasiyası, siyasi və demokratik institutlarla əməkdaşlığının inkişafında da yeni mərhələ açmış olacaq.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Noyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri