Icma.az
close
up
RU
Gələn il imtahan verənlərə şad xəbər: Yeni model… Yeni Çağ Media

Gələn il imtahan verənlərə şad xəbər: Yeni model… Yeni Çağ Media

Yenicag saytına istinadən Icma.az xəbər verir.

Dövlət İmtahan Mərkəzi 2025-ci ildə keçiriləcək buraxılış imtahanlarında dəyişikliklərin olacağı vədini verib. Qurumun sədri Məleykə Abbaszadə 2025-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan modelinin tətbiq ediləcəyini bildirib.

Tətbiq edilən yeniliklər yalnız IX sinfi bitirəcək təhsilalanlar üçün nəzərdə tutulub. Yeniliklər bu il buraxılışla yanaşı, qəbul (blok) imtahanı da verəcək XI siniflərə şamil edilməyəcək.

Yenicag.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elmin Nuri “Yeni Sabah”a danışarkən bir neçə xüsusi məqamı qeyd edib.

O bildirib ki, yeni imtahan modeli xarici dil predmeti ilə bağlı tətbiq ediləcək:

“Bu model artıq aprobasiyadan keçirilib, tapşırıq nümunələri 2023-2024-cü illərdə nəşr olunan ümumtəhsil müəssisələrinin 8 və 9-cu sinif dərsliklərinə uyğun hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitablarında verilib. Əslində, o qədər də ciddi əlavələr yoxdur. Sadəcə, IX sinif buraxılış imtahanlarının daha üst səviyyədə dəyərləndirilməsi meyarlarının da sırf buna görə müəyyənləşdirilməsindən ötrü belə bir addımın atılıb. Ən maraqlı yenilik şəkil tipli esse tapşırığı ilə bağlıdır.

Bildiyimiz kimi, PHD (doktorantura) imtahanlarında belə bir qayda var: xarici dil bloku üzrə hər hansı bir şəkil, portret təqdim olunur və imtahan verən şəxs bir dəqiqə ərzində təsvirlə bağlı şifahi şəkildə esse danışmalı, öz fikrini əsaslandırmağı bacarmalıdır. IX siniflərin buraxılış imtahanlarında da bu metoda müəyyən qədər bənzəyən tapşırıq salınıb.

Doğrudur, PHD imtahanı ilə IX siniflərin buraxılış imtahanlarının səviyyə və çətinlik fərqini eyniləşdirə bilmərik. Amma bu metoda bənzər şəkildə tapşırığın olması uşaqların xarici dil biliklərində daha hazırlıqlı olmalarına xüsusi motivasiya yaradacaq. Burada şagird təqdim olunan təsvir əsasında öz fikirlərini esse formasında, yazılı şəkildə əsaslandırmağa çalışacaq”.

E.Nurinin fikrincə, imtahanlarda tətbiq edilən yeni model dəyişikliklərin əsas məqsədi qapalı tipli test tapşırıqlarının dominantlığını azaltmaq, şagirdlərin təhlilyönümlülük bacarıqlarının inkişafına şərait yaratmaqdır:

“Diqqət etmisinizsə, hər dəfə qəbul olunan yeni model dəyişikliklər qapalı test tapşırıqlarından asılılıq dərəcəsinin azalmasına xidmət etmiş olur. Bu, əslində gələcəyə yönəlik çox düşünülmüş bir addımdır. Şagirdlərin 5 variantlı testlər üzərindən deyil, bu tipli tapşırıqlarla təhlilyönümlülük bacarıqları yönündən qiymətləndirmək onların İQ göstəricilərinə, analitik qabiliyyətlərinə də ciddi təsir etmiş olacaqdır”.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 30 Noyabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see214

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see210

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see161

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see131

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri