Icma.az
close
up
RU

Gələn il qiymət artımı üçün daxili və xarici risklər

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

2025-ci ildə pul siyasəti Mərkəzi Bankın başlıca mandatı olan qiymət sabitliyinin təmin edilməsinə, inflyasiyanın müəyyən edilmiş hədəf daxilində sabitləşməsinə yönəldiləcəkdir. Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdiriləcəkdir. 

Modern.az Mərkəzi Banka istinadən xəbər verir ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq pul siyasətinin hədəfi növbəti ildə də illik inflyasiyanı 4±2% səviyyəsində saxlamaqdan ibarət olacaqdır. Əvvəlki illərdə olduğu kimi, növbəti ildə də hədəf göstəricisi Dövlət Statistika Komitəsi tərəfindən hesablanan istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaqdır. 

Mərkəzi Bankın son (oktyabr 2024) proqnozlarına görə, 2025-ci ildə illik inflyasiyanın 5,8% ətrafında olacağı gözlənilir ki, bu da hədəfə uyğundur. Mərkəzi Bank 2025-ci ildə də inflyasiya amillərinin hərtərəfli təhlili əsasında özünün inflyasiya proqnozlarını müntəzəm yeniləyəcəkdir. Ümumi inflyasiya ilə yanaşı, baza inflyasiyanın da dinamikası davamlı şəkildə təhlil olunacaqdır. Eyni zamanda inflyasiya gözləntilərinin qiymətləndirilməsi davam etdiriləcəkdir. 

Qiymətlər sabitliyi ilə bağlı bir sıra xarici və daxili risklər aktuallığını saxlayır. Növbəti ildə də xarici faktorlar - dünya bazarında əmtəə qiymətlərinin dinamikası, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və iqtisadi aktivlik ölkədəki inflyasiya proseslərinə təsir göstərəcəkdir. Geosiyasi gərginliyin davam etməsi şəraitində sözügedən xarici faktorların dəyişkən olaraq qalacağı gözlənilir. Məcmu tələbin izafi genişlənməsi ehtimalı, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmət tariflərinin dəyişimi, habelə inflyasiya gözləntilərinin artması isə qiymət sabitliyi üçün daxili risk mənbələridir.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Dekabr 2024 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri